Fransa ola bilsin Ruanda soyqırımında iştirak etməyib, bəs digər Afrika ölkələri? Əlcəzairdə dinc xalqı, qadın-uşaq demədən, qətlə yetirən, Qabon, Kamerun, Seneqalda insanları kölə edən kim olub? Bir əsrdən artıq Afrikanın məzlum xalqını, təbii sərvətini mənimsəyən, istismar edən Fransa olmayıb? Makronun Ruandada dediyi tək həqiqət Fransanın soyqırım törədən Ruanda hökumətinin tərəfini saxlaması barədə sözləridir.

Bu sözləri Axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Fransa Prezidenti Emmanuel Makron Ruanda səfəri zamanı “Fransa soyqırım törədən Ruanda hökumətinin tərəfini saxlayıb” sözlərini şərh edərkən deyib.

O bildirib ki, Makronun Ruandaya və ya başqa bir Afrika ölkəsinə səfər etməsi Fransanın bu qitədə etdiyi soyqırımlara, axıtdığı qanlara bəraət qazandıra bilməz:

“Fransa bir əsrə yaxın müstəmləkə əsarətində saxladığı Afrika ölkələrində müxtəlif soyqırımlar törədərək qitənin təbii sərvətlərini talayıb. Bu da azmış kimi, yerli xalqı bir-birinə düşmən edəcək bir çox münaqişələr yaradıb. Diqqət etsəniz, bu gün Afrika qitəsindəki əksər ölkələrin dövlət sərhədi sanki xətkeş-qələmlə dəqiqliklə çəkilib. Sanki Fransa özündən sonra da bu qitədə sülhün olmaması üçün bu addımı atıb.

Makronun qeyd etdiyi Ruanda soyqrımının pərdəarxasında məhz Fransa durur. Bu gün özünü demokratik dəyərlərin qoruyucusu sayan Fransa 1994-cü il Ruandada tutsilərin soyqırıma uğramasına həm dəstək verdi, həm də uzaqdan buna səssiz qaldı. Hutu hökumətinin əmri ilə Ruandada yaşayan tutsilərin kütləvi şəkildə öldürülməsinə səssiz qalan, altdan-altdan dəstək verən bir ölkənin başçısının bu gün özünü o ölkədə sanki bu hadisələrdən xəbərsizmiş kimi aparmasını izah etmək çətindir. Makron yaxşı olardı başda Əlcəzair olmaqla, ölkəsinin birbaşa soyqırım törətdiyi Afrika ölkələrini ziyarət edib, xalqı və ölkəsi adından bu ölkənin xalqından üzr istəsin. Rəsmi Paris heç olmasa Əlcəzairdə öldürülən və bu gün Fransada barbacasına muzeydə sərgilənən əlcəzairlilərin cəsədlərini təhvil versin. Bunu belə etməyən bir ölkənin bu gün demokratiyadan, insan haqlarından, insani dəyərlərdən danışmağa haqqı yoxdur”.

Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn seriyasının altıncı mərhələsinin - “The FTX Crypto Cup” turnirinin dörddəbir final oyunları keçirilib.

Axar.az xəbər verir ki, Azərbaycan şahmatçısı Teymur Rəcəbov 4 partiyadan ibarət birinci matçda Niderland təmsilçisi Aniş Giriyə 2,5:1,5 hesabı ilə qalib gəlib. Dörddəbir final mərhələsinin digər iştirakçıları Fabiano Karuana (ABŞ) Yan Nepomnyaşi (Rusiya), Uesli So (ABŞ) Maksim Vaşye-Laqrav (Fransa) üzərində qələbə qazanıb. Hikaru Nakamura (ABŞ) - Maqnus Karlsen (Norveç) qarşılaşması isə heç-heçə ilə başa çatıb.

“Champions Chess Tour” onlayn şahmat seriyası 10 turnirdən ibarətdir.

“Ryaneyr” aviaşirkətinin təyyarəsində partlayış təhdidi məlumatı bizə İsveçrədən daxil olub.

Axar.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Konstitusiya Komissiyasının üzvləriylə görüşü zamanı deyib. O, məlumatın İsveçrədən Polşa İP ünvanıyla daxil olduğunu bildirib:

“Bizi daxildə və xaricdə sevməyənlər dövlətə hücuma başladılar. Onlar çoxlu qırmızı xətləri tapdaladılar, sağlam məntiq və insan əxlaqının sərhədlərini keçdilər. Mən insanları qoruyaraq, bütün beynəlxalq hüquqa uyğun hərəkət etdim”.

ABŞ və Çexiyanın daxil olduğu dost olmayan ölkələrin siyahısı Praqa və Vaşinqtonun konkret düşmənçilik hərəkətlərinə cavab olaraq hazırlanıb.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.

O qeyd edib ki, əvvəlcə siyahı ABŞ-ın hərəkətlərinə cavab olaraq hazırlanıb. Ancaq anidən Çexiya Rusiyaya qarşı fəal şəkildə düşmənçilik hərəkətlərinə başlayıb və bu siyahıya da daxil edilib.

Azərbaycanın hələlik nə KTMT, nə də Avrasiya İqtisadi Birliyinə qoşulmaq niyyəti var. Rəsmi Bakı hələ iki il Qoşulmama Hərəkatının lideri olacaq. Bu müddət ərzində ölkəmiz hər hansı bloka qoşula bilməz.

Bu sözləri Axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenkonun KTMT-nin Azərbaycan üçün də qapılarının açıq olması gərəkdiyi barədə sözlərini şərh edərkən deyib.

O bildirib ki, hazırda Azərbaycan-Ermənistan dövlət sərhədi dəqiqləşməyib:

“Yəni ilkin olaraq rəsmi Azərbaycan ilə KTMT üzvü olan Ermənistan arasında dövlət sərhədləri dəqiqləşməli, daha sonra İrəvan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Bundan sonra yekun sülh sazişi imzalanmalıdır. Ermənistan Azərbaycanın ərazi bütövlüyünə hörmət edəcəyi təqdirdə diplomatik münasibətlər də qurula bilər. İki ölkə arasında diplomatik münasibətlər yaranandan sonra Azərbaycanın KTMT-yə qoşulub-qoşulmaması məsələsi müzakirə edilə bilər”.

Politoloqun sözlərinə görə, indiki halda rəsmi Bakı bütün diqqətini Türk Şurasına yönəltsə, daha yaxşı olar:

“Ölkəmiz hazırda Qoşulmama Hərəkatı ilə birlikdə həm də Türk Şurasının sədridir. İndiki halda bütün diqqətimizi məhz Türk Şurasına yönəltmək daha doğru olar”.

Vladimir Putinlə Co Bayden arasında 16 iyunda Cenevrədə keçiriləcək görüş ərəfəsində Rusiya-ABŞ dialoqunun əleyhdarları tərəfindən təxribatlar baş verə bilər.

Axar.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev deyib.

“16 iyunu ehtiyatlı optimizmlə gözləyəcəyik. Ancaq yaxın günlərdə Rusiya-ABŞ dialoqunun əleyhdarlarının təxribatlarının baş verə biləcəyini düşünmək çətin deyil. Ona görə də yaxın günlərdə KİV-lərdə hansısa “Rusiya kiberhücumu”, “Rusiya təcavüzü” barədə məqalə oxusaq, təəccüblənmərəm”, - Kosaçev bildirib.

Ermənistan Müdafiə Nazirliyi Sünikin (Zəngəzur) Geqarqunik bölgəsində Azərbaycan tərəfi ilə silahlı toqquşmanın baş verdiyi, bir erməni hərbçisinin öldüyü xəbərini yaydı. İnformasiyanın məqsədi Azərbaycanı hücum edən tərəf kimi göstərməkdir.

Ermənistanın KTMT-yə nizamnaməsinin 2-ci bəndi (dövlətə hücum təhdidi) üzrə müraciət etdiyini, təşkilatı məsələyə cəlb etmək məqsədilə prosesi 4-cü bənd (dövlətə hücum) mərhələsinə keçirmək üçün sərhəddə təxribatlara əl atacağı haqda yazmışdıq. Baş verən hadisə və erməni hərbçisinin “ölüm faktı” prosesin başlandığına işarə hesab oluna bilər.

Paşinyan sərhədlərin demarkasiyası üzrə yeni müqavilə imzalamağa razı olsa da, sərhəddə gərginliyin davam etməsində maraqlıdır:

- erməni cəmiyyətinə Rusiyanın dəstək vermədiyini göstərməklə Moskvadan idarə olunan opponentlərinin səslərinə təsir etməyə çalışır;

- seçkiöncəsi ermənilərin diqqətini “xarici düşmən” obrazı ətrafında cəmləmək, hakimiyyətin “dövləti qorumaq uğrunda mübarizə apardığını” göstərmək istəyir;

Seçkilər yaxınlaşdıqca sərhəd üzərindən təxribatların artacağı istisna deyil.

Son iki günün hadisələri fonunda sərhəddə erməni hərbçinin “ölüm faktı”nın arxasındakı başqa ssenariləri də önə çıxarır.

Birincisi: Bayden İlham Əliyevə təbrik məktubu.

Məktubun mətnində Baydenin Bakı-İrəvan münasibətlərinə dair iki fikri diqqət çəkir:

- Vaşinqton həmsədr ölkə kimi münaqişənin uzunmüddətli həllinə kömək etməyə sadiqdir;

- ABŞ münaqişə və koronavirus pandemiyası ilə yadda qalan bir ildən sonra Azərbaycanın qonşuları ilə sülh içində yaşamaqla daha da firavan bir dövlət kimi çıxmasına ümid edir;

Baydenin fikirləri İlham Əliyevin postkonfilikt dövründə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına kömək etməsi üçün ABŞ-a etdiyi çağırışa cavab hesab oluna bilər. “Münaqişə və koronavirus pandemiyası ilə yadda qalan ildən sonra” sözləri Vaşinqtonun gələcəyə baxdığını, “qonşularla sülh içində yaşamaq” sözləri isə sərhəd məsələsinin də diplomatik yolla həllini istədiyini deməyə əsas verir.

Sərhəd məsələsində Ermənistanın ümid etdiyi əsas ölkələrdən biri ABŞ idi. Dövlət Departamentinin açıqlaması da buna zəmin yaradırdı. Baydenin məktubu isə Vaşinqtonun mövqeyində korrektlər etdiyini göstərir. Bu məktubdan bir gün sonra sərhəddə erməni hərbçinin “ölüm faktı” ilə İrəvan Vaşinqtona göstərmək istəyir ki, “Bakı qonşuları ilə sülh içində yaşaya bilməz”.

İkincisi: Zərifin bölgəyə səfəri...

Bu gün Bakıda olan İran xarici işlər naziri Cavad Zərif sabah İrəvana səfər edəcək. Zərifin gəlişinin iki ana səbəbi var:

- Tehran sərhədlərin müəyyənləşməsindən narahatdır və prosesin ən azı uzanmasını istəyir: münasibətlərin normallaşması İranı bölgədən çıxara və Türkiyənin mövqelərini gücləndirə bilər;

- İran sərhəd məsələsində vastiəçi olmaqla bölgədəki mövqelərini qorumağa çalışır;

Bu baxımdan, gərginlik İranın da maraqlarına uyğundur.

Üçüncüsü: Muradovun İrəvanda keçirdiyi görüşlər.

Erməni informasiya mənbələri Rusiya sülhməramlılarının komandanı Rüstəm Muradovun dünən Bakıda olduğunu, bu gün İrəvanda Ermənistanın müdafiə naziri və təhlükəsizlik xidmətinin rəhbəri ilə görüşdüyünü yazır. Məqsəd sərhədlə bağlı razılaşmanın detalarının müzakirə etməkdir.

Mümkündür ki, Muradov Bakının tələblərini İrəvanda təqdim edib və Ermənistan bununla razılaşmamaq üçün sərhəddə təxribat ssenarisini işə saldı. Hadisənin baş verməsi saatının məhz Muradovla görüşlərdən sonra – 14:20-də göstərilməsi də təsadüfi deyil.

Sərhəd təxribatının hədəflərindən biri İrəvanın yeni müqavilədə istəklərinin yer alması üçün Moskvanın dəstəyini qazanmağa hesablanıb: ruslar Bakının tələblərini yumşaltmasa, sərhəd toqquşması ilə KTMT-ni 4-cü bənd üzrə fakt qarşısında qoyacaq və Rusiyanın vasitəçilik missiyasını çətinə salacaqlar.

Muradovun Bakıda yox, İrəvanda olduğu vaxt hadisənin baş verməsi bu fikri gücləndirir.

Erməni hərbçinin “ölümü” İrəvana bütün ssenarilər üzrə sərf edir. Bu baxımdan, qarşıdakı dövrdə belə “ölüm”lərin daha intensiv şahidi ola bilərik.

Almaniya kansleri Angela Merkel Avropa Birliyi sammitində Rusiya ilə dialoq aparmaq çağırışı edib.

Axar.az-ın məlumatına görə, kansler bildirib ki, fərqli fikirlərin olmasına baxmayaraq, danışmaq və görüşmək gərəkdir.

“Mən bunu (fikir mübadiləsi – red.) Rusiya prezidenti ilə edirəm. Rusiya ilə bağlı müzakirələrdə də qeyd etdim ki, ittifaq olaraq müzakirə aparmalıyıq. Avropanın maraqlarını Rusiya prezidentinə ABŞ prezidentindən daha yaxşı təqdim edə bilərik”, - deyə Merkel bildirib.