İsrail İranın nüvə obyektlərinə zərbə endirmək qərarına gəlsə, böyük səhvə yol verəcək.
Axar.az xəbər verir ki, bu sözləri İran xarici işlər naziri Abbas Arakçı deyib.
“İranın nüvə obyektlərinə hücum böyük səhv olardı. Bizim bu məsələ ilə bağlı mövqeyimiz aydın və dəyişməzdir. İsrail bizim nüvə obyektlərimizə hücum etdiyi an biz eyni şəkildə cavab verəcəyik. Amma İsrailin belə sərsəm addım ata biləcəyini düşünmürəm", - deyə Arakçı əlavə edib.