ABŞ, Böyük Britaniya və Fransanın Ukraynaya Rusiyanın dərinliklərinə zərbə endirmək icazəsi verməsi, Kiyevin ATACMS və “Storm Shadow” raketlərini işə salması, Putinin nüvə doktrinasını yeniləməsi bir sualı aktuallaşdırdı: müharibənin arealı genişlənəcəkmi?

 

Ukrayna müharibəsi başlayandan etibarən Qərbin Kiyevə ilk dəfə belə bir icazə verməsinin təxminən iki ay sonra başlayacaq post-Bayden dövrünə - “Rusiya ilə masaya əyləşmək” çağırışı edən Trampın gəlişinə hazırlıq olduğu aydındır. Bu gedişin iki taktiki hədəfi var:

1. Trampın – respublikaçıların çağırışları Ukrayna müharibəsinin masada Rusiyanın xeyrinə - işğal edilmiş ərazilər üzərində rusların nəzarətinin ən azı de-fakto qəbul edilməsi - həll ediləcəyi gözləntisini yaradıb: Kiyevə verilən raketlərlə Rusiyaya hücum icazəsində ilk hədəf mümkün danışıqların pozulmasıdır;

2. Ukraynanın “əlinin gücləndirilməsi”: Bayden administrasiyası, London və Paris anlayır ki, iki ay sonra Ağ Evə qayıdacaq Tramp Kiyevə yardımı dayandıracağı, yaxud azaldacağı təqdirdə, Moskva hərbi və diplomatik müstəvidə önə çıxacaq; onu da anlayırlar ki, hadisələrin bu istiqamətdə inkişafının önünü kəsmək o qədər də asan deyil; Rusiyaya maksimum zərbələr endirmək, xüsusilə Kurskda Ukrayna ordusunun “dözməsinə” nail olmaqla danışıqlar masasında Kiyevin mövqeyini gücləndirməyə, zəbt edilən ərazilərin ən azı müəyyən qisminin mübadiləsi imkanını yaratmağa çalışırlar.

Lakin eyni hədəf ətrafında birləşən hər üç ölkənin öz maraqları da var.

ABŞ: Bayden administrasiyası Tramp üçün “problemli miras” qoyur, xüsusilə Ukraynanın güzəştə məcbur edilməsi perspektivinin mümkünsə qarşısını almaq, yaxud ən azı çətinləşdirmək istəyir;

Böyük Britaniya: Ukraynada Rusiyanın qələbəsi Londonun Avrasiyada Moskvanın “qlobal güc” olmadığı planlarına ziddir; qələbə Rusiyanı “çoxqütblü dünya”da güclərdən birinə, ən azı hərbi baxımdan nəzarət edilməsi mümkün olmayan mərkəzinə çevirə bilər; İngiltərə müharibənin ilk mərhələsində Qərb ölkələrini Kiyevə dəstəyə sövq etməklə, eləcə də İstanbulda razılaşmanı son anda aradan qaldırmaqla bu perspektivin qarşısını aldı, indi Trampın gəlişi riskləri yenidən aktuallaşdırıb;

Fransa: Trampla Putinin Ukrayna üzərində anlaşması Parisin “öz evində məğlub olmasıdır”; Makron Rusiyanın da iştirakı ilə Avropanın yeni təhlükəsizlik sistemini qurmaq istəyirdi və müharibənin başlanmaması üçün Moskvanın ABŞ/NATO-dan istədiklərini verməyə hazır idi, müharibənin başlanmasından sonra da buna çalışdı; Trampın gəlişindən sonra ruslarla amerikalılar razılaşarsa, bu, Parisin Vaşinqtonun təsirindən xilas olmaq, Avropanı yeni dünyada müstəqil güc mərkəzinə çevirmək planlarını ciddi şəkildə riskə atacaq.

Hadisələrin inkişafı Rusiyanın atacağı addımlardan asılı olacaq. Putin yenilənən nüvə doktrinasını təsdiqləməsi nəzəri olaraq, müharibənin Ukrayna sərhədlərini aşacağı – NATO-Rusiya toqquşmasına çevriləcəyini riskini aktuallaşdırdı. Doktrinaya edilən dəyişikliyə görə, “nüvə dövlətinin dəstəyi ilə qeyri-nüvə dövlətlərinin hücumlarına nüvə silahı ilə cavab veriləcək”, yəni Rusiyaya atılan raketlərin istehsalçısı olan ölkələr də hədəfdədir. Putin də bəyan etdi ki, bu andan etibarən Ukrayna münaqişəsi qlobal xarakter alır.

Trampın gəlişindən öncə Ukraynaya hücum icazəsi verən Qərb ölkələrinin müharibə arealının genişlənməsi və Avropaya yayılması ssenarisini də seçimlərdən biri kimi gördüyü istisna edilməməlidir. Bu, təkcə Ukrayna müharibəsinin Rusiyanın arzuladığı istiqamətdə inklişaf etməsinin qarşısını almayacaq, həm də NATO-nun “təhlükəsizlik çətiri”ni gücləndirməklə, Trampın hərbi ittifaqa qarşı hansısa addım atması imkanlarını da azaldacaq. Ukrayna müharibəsi ilə “dirildilən” NATO-nun “ayaqda dayanması” təhlükənin miqyasından asılıdır.
Hərçənd Rusiyanın nəzəri baxımdan, nüvə təhdidini reallaşdırsa da, praktiki olaraq, buna gedəcəyi ehtimalı azdır. Çünki:

- belə bir ssenari iki ay sonra hərbi və diplomatik müstəvidə gözlənilən üstünlüyü arxa plana keçirə;

- müharibəni danışıqlar masasına köçürmək istəyən Trampın önünü kəsə;

- Rusiyaya qlobal hücuma zəmin yaratmaqla, indiyə qədər əldə edilən hərbi üstünlükləri də təhlükəyə ata bilər.
Moskva nüvə təhdidini nəzəri olaraq irəli sürsə də, Trampın Ağ Evdə fəaliyyətə başlamasına qədər müharibə arealının genişlənməməsinə çalışacaq. Əvəzində Rusiya və Ukraynanın qarşılıqlı şəkildə raket hücumlarını intensivləşdirəcəyi, müharibənin daha dəhşətli olan növbəti, həm də həlledici ola biləcək mərhələsinin başlayacağı ehtimalı önə çıxır.

Bütün bunların fonunda Rusiyanın nüvə doktrinasını indi yeniləməsi Trampın səlahiyyət müddəti başladıqdan sonra “Ukrayna müharibəsi masada həll edilməlidir” iddiasını gücləndirə və prosesin Moskvanın maraqlarına uyğun məcraya yönəlməsini şərtləndirə bilər. Lakin qarşıdakı iki ayın həlledici müddət olacağı görünür, bu, təkcə Rusiya və Ukrayna üçün yox, həm də qlobal müstəvidə belədir.

22 Noyabr 2024 Baş nazirdən qərar: Əvvəl 3 ay idi, indi...
22 Noyabr 2024 Damarları yağlı qidalardan qorumaq üçün nə içək?
22 Noyabr 2024 Putinin rezonans doğuran müraciəti: Bu sözü demədi!
22 Noyabr 2024 162 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb - General
21 Noyabr 2024 Quterreş Bakıdan səsləndi: Razılaşma əldə etməliyik!
21 Noyabr 2024 Azərbaycan XİN Pakistana başsağlığı verdi
21 Noyabr 2024 ÜST rəhbəri xəstəxanaya yerləşdirildi
21 Noyabr 2024 Hersoqdan BCM-nin qərarına reaksiya...
21 Noyabr 2024 Mirzoyan Hofrayterlə sülh prosesini müzakirə etdi
21 Noyabr 2024 İt qadına bir milyon dollar "qazandırdı"
21 Noyabr 2024 Cəbhə xətti çökür: Ukrayna üçün strateji fəlakət...
21 Noyabr 2024 Bu ölkə Ukrayna üçün bazaya çevrilir - Zaxarova
21 Noyabr 2024 COP29-a qarşı çıxdıq: bəs, nə qazandıq? - İrəvandan baxış
21 Noyabr 2024 Veteranların 80 manatı və pensiya ödəniş vaxtı… - Deputat
21 Noyabr 2024 Meşələrin qırılmasına qarşı siyasəti gücləndirməliyik
21 Noyabr 2024 Adı "İşsizlikdən Sığorta Fondu"dur, vəsaitləri isə...
21 Noyabr 2024 İşsizlik məsələsi heç vaxt bitməyəcək - Nazir
21 Noyabr 2024 Saxta yolla əlillikdən gəlir mənbəyi kimi istifadə... - Nazir
21 Noyabr 2024 Boşananlara bəd xəbər: aliment artırılır
21 Noyabr 2024 Bakıda 5-15 yaşlı uşaqlar arasında virus yayılır - Video
21 Noyabr 2024 Bu şəhər İranın yeni paytaxtı ola bilər
20 Noyabr 2024 Unun qiyməti bahalaşıb
20 Noyabr 2024 XİN-dən Qarakənd faciəsi ilə bağlı paylaşım - Foto
20 Noyabr 2024 Azərbaycan bu dəhlizlə bağlı mühüm işlər görür - Uraloğlu
20 Noyabr 2024 Anar Məmmədlinin həbsi ilə bağlı növbəti qərar
20 Noyabr 2024 20 min müəllimin diqqətinə - Nazir elan etdi
20 Noyabr 2024 Yerliqayaya hücum: Qurtulmuş CHP sədrinə zəng etdi
20 Noyabr 2024 Şahin Quliyev işdən çıxarıldı, yerinə Sultanov təyin edildi
20 Noyabr 2024 Afrika ölkələri Bakıda müstəmləkəçiliyə qarşı birləşdilər
20 Noyabr 2024 Bir uşağın illik təhsil xərci nə qədərdir? - Nazir açıqladı