Son xəbərlər

 


Bəşəriyyətin ən ali varlığı insandır. Ona tanınan imkanlar, verilən şanslar saysız-hesabsız, hədsiz-hüdudsuzdur. Yetər ki, bunlardan faydalanmağı bacarasan, əməllərinlə örnək nümunəsi olasan,  şərəf və ləyaqəti həyat amalına çevirəsən. Haqqında yazdığım insan da belə nadir şəxsiyyətlərdəndir.

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin birinci müavini Tehranağa Sadiq oğlu Abdullayev.

Tehranağa müəllim bu vəzifəyə təsadüfən deyil, keçdiyi zəngin həyat və iş təcrübəsilə gəlmişdir. Belə ki, Azərbaycan Dövlət İqtisad Universitetinin Kommersiya və Beynəlxalq İqtisadi Münasibətlər Fakültəsinin məzunu olan Tehranağa müəllim, həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Xalq Təsərrüfatı İdarəetmə İnstitutunun Kompüter Tədris Mərkəzində  Kompüter Texnologiyasının əsaslarına, həmçinin, ISO 9001:2015 keyfiyyəti idarəetmə sistemi üzrə beynəlxalq sertifikata yiyələnmişdir.

Əmək fəaliyyəti dövründə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunda, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyində müxtəlif rəhbər vəzifələrdə, 28 avqust 2024-cü ildən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsində şöbə müdiri və katib vəzifələrində çalışmışdır. 07 noyabr 2024-cü ildə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi Məclisinin qərarı ilə sədrin birinci müavini vəzifəsinə seçilmişdir.

Tehranağa müəllim harada çalışmasından asılı olmayaraq, yüksək peşəkarlığı, zəngin mənəviyyatı, rəhbər etikası ilə seçilib. İnanırıq ki, yeni vəzifəsində də böyük uğurları və şəxsi imzası ilə seçiləcək.

Biz də öz növbəmizdə Tehranağa müəllimə yeni vəzifəsində və şəxsi həyatında nailiyyətlər arzulayır və hər zaman səsiniz zirvələrdən gəlsin-deyirik.

21 Noyabr 2024 Qərb dünyada hökmranlığını itirib - Orban
21 Noyabr 2024 Balakəndə elmi-praktiki konfrans keçirilib - FOTOLAR
21 Noyabr 2024 “YAP yeni zirvələrə doğru uğurla və inamla addımlayır”
21 Noyabr 2024 Niyazi Bayramov Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tətqiqat İnstitutunda vətəndaşlarla görüşüb
21 Noyabr 2024 "Həmin hadisədən 33 il keçib" - HƏRBİ EKSPERT FİKRİ
21 Noyabr 2024 Ətin qiymətinin kəskin bahalaşmasının səbəbi nədir? - SƏBƏB AÇIQLANDI
21 Noyabr 2024 Tramp gitara satışına başladı
21 Noyabr 2024 Münasibətlərimiz yüksək səviyyədədir
21 Noyabr 2024 QƏLƏBƏLƏR, QALİBLƏR PARTİYASI - YENİ AZƏRBAYCAN PARTİYASI
20 Noyabr 2024 "Ağdam bundan sonra Qafqazın "mirvarisi" adlanacaq" - MÜNASİBƏT BİLDİRİLDİ
20 Noyabr 2024 “Biz heç bir dəstək almadan Böyük Qayıdış layihəsini həyata keçiririk” - ŞƏRH EDİLDİ
20 Noyabr 2024 “YAP dünyada nüfuzlu partiya kimi tanınır“ - ŞƏRH EDİLDİ
20 Noyabr 2024 Bu seriala görə İTV-yə xəbərdarlıq edildi
20 Noyabr 2024 Bəzi poçt şöbələrinin bağlanması araşdırılacaq
20 Noyabr 2024 YAP - Siyasi sabitlik, davamlı inkişaf
20 Noyabr 2024 “Fransa müstəmləkəçiliyi altında yaşayan xalqlar artıq barışmaq istəmir“ - ŞƏRH OLUNDU
20 Noyabr 2024 Əsrin duelindən kim qalib çıxacaq?
20 Noyabr 2024 Kamaləddin Qafarov: “Ağdamın azad olunması müharibənin dönüş nöqtəsi idi”
20 Noyabr 2024 Bağırmağın mənası yoxdur: "İndi vuracağıq..."
20 Noyabr 2024 Azərbaycanda dini fəaliyyətə 9 milyon manat ayrılır
19 Noyabr 2024 "Dil qaydalarının tez-tez dəyişməsi insanlar arasında çaşqınlıq yaradır" - MÜNASİBƏT BİLDİRİLDİ
19 Noyabr 2024 Azərbaycana qarşı QISQANCLIQ – TƏHLİL
19 Noyabr 2024 "Multikulturalizm bizim dövlət siyasətimizdir" - ŞƏRH EDİLDİ
19 Noyabr 2024 “YAP-ın yaradılması tarixi zərurətdən doğmuşdur“ - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
19 Noyabr 2024 İlham Əliyev onları hakim təyin etdi
19 Noyabr 2024 Naxçıvanın sosial-iqtisadi inkişafına ayrılmış vəsait azaldıldı
18 Noyabr 2024 Haylara baha başa gələcək SƏRT TƏDBİRLƏR – TƏHLİL
18 Noyabr 2024 Tramp fövqəladə vəziyyət tətbiq edəcək - Təsdiqlədi
18 Noyabr 2024 Meymunçiçəyi virusu yayılır: Azərbaycanda vəziyyət necədir? VİDEO
18 Noyabr 2024 Turşudan zəhərləmə ölümlə nəticələnib - Təhlükədən necə qorunmaq olar? VİDEO