Kreml sahibi Vladimir Putin ABŞ və Böyük Britaniya raketləri ilə Rusiya ərazisinə zərbələr endirilməsinin Rusiya-Ukrayna müharibəsini regional qarşıdurmadan qlobal qarşıdurmaya çevrildiyini bidirib.

Haqlıdır, ancaq bu haqda Ukraynaya qarşı müharibəyə başlamadan əvvəl düşünmək lazım idi.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Rusiya lideri Vladimir Putinin ötəngünkü video-müraciətini şərh edərkən deyib.

“Putinin sözlərinə görə, Rusiya ərazisini hədəf alan raketlər məhz amerikalı hərbçilər tərəfindən idarə olunur, çünki ukraynalı hərbçilər həmin raketləri idarə edə bilməzlər. Putin bu məsələdə də haqlı ola bilər. Ancaq yenə eyni sual yaranır: İkinci Dünya müharibəsindən sonra ilk dəfə Rusiya ərazisində niyə partlayışlar baş verir?

Vladimir Putin vide-müraciətində “təcavüzkar hərəkətlərin eskalasiyası halında biz də qətiyyətlə və qarşılıqlı şəkildə cavab verəcəyik” ifadəsini işlətdi. Ancaq Putin təxminən 8 dəqiqəlik çıxışının heç bir yerində “nüvə silahı” ifadəsini dilinə gətirmədi. Kreml sahibi bununla nüvə müharibəsi təhlükəsinin miqyasını anladığına və bundan çəkinəcəyinə işarə etdi. O, danışıqlardan imtina etmədiyi fikrini bir daha xatırlatdı. Buna rəğmən, tərəflər bir-birlərinə uzaqmənzilli raketlərlə zərbələr endirməkdə davam edəcəklər”, - politoloq bildirib.

E.Şahinoğlunun fikrincə, hazırda gərginliyin artmasında Ukrayna maraqlı görünür:

“Kiyev Rusiya ərazisini ABŞ və Böyük Britaniya raketləri ilə vurduqca Kremlin Vaşinqton və Londonla qarşıdurması artır. Kiyev bununla müharibəni Putinin də dediyi kimi, qlobal müstəviyə keçirir”.

22 Noyabr 2024 Baş nazirdən qərar: Əvvəl 3 ay idi, indi...
22 Noyabr 2024 Damarları yağlı qidalardan qorumaq üçün nə içək?
22 Noyabr 2024 3 böyük güc Rusiyaya qarşı – Putin 2 ay dözmək üçün…
22 Noyabr 2024 162 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb - General
21 Noyabr 2024 Quterreş Bakıdan səsləndi: Razılaşma əldə etməliyik!
21 Noyabr 2024 Azərbaycan XİN Pakistana başsağlığı verdi
21 Noyabr 2024 ÜST rəhbəri xəstəxanaya yerləşdirildi
21 Noyabr 2024 Hersoqdan BCM-nin qərarına reaksiya...
21 Noyabr 2024 Mirzoyan Hofrayterlə sülh prosesini müzakirə etdi
21 Noyabr 2024 İt qadına bir milyon dollar "qazandırdı"
21 Noyabr 2024 Cəbhə xətti çökür: Ukrayna üçün strateji fəlakət...
21 Noyabr 2024 Bu ölkə Ukrayna üçün bazaya çevrilir - Zaxarova
21 Noyabr 2024 COP29-a qarşı çıxdıq: bəs, nə qazandıq? - İrəvandan baxış
21 Noyabr 2024 Veteranların 80 manatı və pensiya ödəniş vaxtı… - Deputat
21 Noyabr 2024 Meşələrin qırılmasına qarşı siyasəti gücləndirməliyik
21 Noyabr 2024 Adı "İşsizlikdən Sığorta Fondu"dur, vəsaitləri isə...
21 Noyabr 2024 İşsizlik məsələsi heç vaxt bitməyəcək - Nazir
21 Noyabr 2024 Saxta yolla əlillikdən gəlir mənbəyi kimi istifadə... - Nazir
21 Noyabr 2024 Boşananlara bəd xəbər: aliment artırılır
21 Noyabr 2024 Bakıda 5-15 yaşlı uşaqlar arasında virus yayılır - Video
21 Noyabr 2024 Bu şəhər İranın yeni paytaxtı ola bilər
20 Noyabr 2024 Unun qiyməti bahalaşıb
20 Noyabr 2024 XİN-dən Qarakənd faciəsi ilə bağlı paylaşım - Foto
20 Noyabr 2024 Azərbaycan bu dəhlizlə bağlı mühüm işlər görür - Uraloğlu
20 Noyabr 2024 Anar Məmmədlinin həbsi ilə bağlı növbəti qərar
20 Noyabr 2024 20 min müəllimin diqqətinə - Nazir elan etdi
20 Noyabr 2024 Yerliqayaya hücum: Qurtulmuş CHP sədrinə zəng etdi
20 Noyabr 2024 Şahin Quliyev işdən çıxarıldı, yerinə Sultanov təyin edildi
20 Noyabr 2024 Afrika ölkələri Bakıda müstəmləkəçiliyə qarşı birləşdilər
20 Noyabr 2024 Bir uşağın illik təhsil xərci nə qədərdir? - Nazir açıqladı