Putin etiraf etdi ki, bu il artıq eskalasiyaya, bu müharibənin genişləndirilməsinə doğru ikinci addım atıb, yeni ballistik raketdən istifadə edilib.
Axar.az xəbər verir ki, bu sözləri Ukrayna lideri Vladimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin dünənki video-müraciəti və “Oreşnik” orta mənzilli ballistik raletinin tətbiqi haqda bildirib.
“Putin Ukraynanın ən böyük şəhərlərindən biri olan Dnepri vurdu. Bu, müharibənin miqyasının və vəhşiliyinin aşkar və ciddi artması, Rusiya tərəfindən BMT Nizamnaməsinin qəzəbli şəkildə pozulmasıdır. Və vurğulayacağam ki, bu, Rusiyanın bu il eskalasiyaya doğru atdığı ikinci addımdır. İlk belə addım Şimali Koreyanın ən azı 11 min hərbi kontingentini Ukraynaya qarşı müharibəyə cəlb etmək olub”, - o qeyd edib.
Zelenskinin sözlərinə görə, Ukraynanın uzaqmənzilli silahlardan istifadə etməsi ilk dəfə deyil:
“Beynəlxalq hüquq çərçivəsində bunu etməyə tam haqqımız var - Rusiya raketləri şəhərlərimizi vuranda, Ukrayna hər gecə İran kamikadzelərinin hücumuna məruz qalanda, Şimali Koreyadan olan hərbçi bizim sərhədimizdə yerləşdiriləndə…”