ABŞ və Çexiyanın daxil olduğu dost olmayan ölkələrin siyahısı Praqa və Vaşinqtonun konkret düşmənçilik hərəkətlərinə cavab olaraq hazırlanıb.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.
O qeyd edib ki, əvvəlcə siyahı ABŞ-ın hərəkətlərinə cavab olaraq hazırlanıb. Ancaq anidən Çexiya Rusiyaya qarşı fəal şəkildə düşmənçilik hərəkətlərinə başlayıb və bu siyahıya da daxil edilib.