İranda ötən sutka ərzində koronavirusdan (COVID-19) 233 nəfər ölüb.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 77 765 nəfərə yüksəlib.
İranda ötən sutka ərzində 12 789 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 2 792 204 nəfərə çatıb. Virus daşıyıcılarından 5 158 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
İranda indiyədək 2 272 719 nəfər koronavirusdan sağalıb, 18,4 milyondan çox diaqnoz testi həyata keçirilib.
Ümumilikdə İranda 2,72 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2,29 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 425 min təşkil edir.
Koronavirusa yoluxma üzrə 3 şəhər qırmızı və 262 şəhər narıncı zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan şəhərlərə gediş-gəliş qadağandır. Bundan başqa 183 şəhər sarı zona hesab olunur.
Rusiyanın "Nasionalnaya oborona" (Milli müdafiə) məcmuəsinin baş redaktoru İqor Korotçenko Sputnik-in studiyasında bir sıra aktual suallara cavab verib. Söhbətin əsas mövzusu Azərbaycan-Ermənistan sərhədində vəziyyət olub.
Analitik qeyd edib ki, Qarabağ uğrunda Vətən müharibəsinin nəticəsi olaraq Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən sonra meydana çıxan, o cümlədən Qarabağa dair üçtərəfli bəyanatda nəzərdə tutulmuş vacib məsələlərdən biri də sərhədlərin demarkasiyasıdır. Onun sözlərinə görə, bunun üçün əsas olaraq SSRİ Baş Qərargahının topoqrafik xəritələri götürülür və həmin xəritələrdə Azərbaycan SSR və Ermənistan SSR-in sərhədləri kifayət qədər dəqiq müəyyən olunub.
Demarkasiya prosesini müşayiət edən səs-küyü şərh edən ekspert bildirib ki, bu, məsələnin lazımsız siyasiləşdirilməsidir və ilk növbədə Ermənistanın növbədənkənar parlament seçkilərinin astanasında olması ilə bağlıdır.
Paşinyanın iki dövlət arasındakı sərhədlə bağlı vəziyyətə dair KTMT-yə müraciətinə gəldikdə isə, Korotçenko bunu əsassız hesab edir. Bu cür müraciət üçün beynəlxalq səviyyədə tanınmış hərbi təcavüz faktı olmalıdır. Hazırda isə söhbət heç sərhədyanı insidentdən də getmir - bu, sırf demarkasiya məsələsidir, Korotçenko bildirib.
"Ermənistanda keçiriləcək seçkiləri nəzərə alsaq, KTMT-yə müraciət sırf Paşinyanın siyasi qərarıdır. Bununla Paşinyan bir tərəfdən erməni maraqlarının keşiyində dayandığını nümayiş etdirmək istəyir, digər tərəfdən fəal şəkildə ona hücum edən siyasi rəqiblərinin əllərindən onların üstün mövqelərini almaq istəyir", - deyə Korotçenko vurğulayıb.
O bildirib ki, yuxarıda qeyd olunanları, habelə Qarabağ uğrunda ikinci müharibənin nəticələrini nəzərə alaraq Ermənistan tərəfi hadisələrə həddən artıq kəskin reaksiya verir.
Onun sözlərinə görə, Yerevan məsələyə kənar tərəfləri, məsələn Fransanı cəlb etməyə çalışır ki, onun mövqeyi də bu məsələdə destruktiv və qərəzlidir.
Analitikin sözlərinə görə, Rusiya tərəfi məsələyə ABŞ-ın müdaxilə etmək cəhdlərini narahatlıqla müşahidə edir.
"Zənnimcə, amerikalılar qiymətləndirmə və mövqe nümayişində bir qədər mülayimlik nümayiş etdirməlidirlər. Hər necə olsa, biz başa düşürük ki, Cənubi Qafqaz ilk növbədə Rusiya maraqları dairəsinə aid zonadır və Azərbaycan-Ermənistan sərhədində demarkasiyanın maksimum sakit keçməsi Rusiyanın maraqlarına uyğundur", - deyə o qeyd edib.
Ekspert xatırladıb ki, demarkasiya Qarabağa dair üçtərəfli bəyanatın ancaq bir bəndidir. Qarşıda nəqliyyat dəhlizlərinin reallaşmasıdır ki, onlar da açılmalıdır.
"Hazırda Laçın dəhlizi fəaliyyət göstərir. Bundan əlavə, Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirəcək dəhliz də açılmalıdır. Bu dəhlizə nəzarəti Federal Təhlükəsizlik Xidmətinin (Rusiya - redaktor) sərhəd xidməti həyata keçirəcək", - deyə o bildirib.
Korotçenko hesab edir ki, KTMT Xarici İşlər Nazirləri Şurasının Düşənbədə keçiriləcək iclasında Azərbaycan-Ermənistan sərhədində vəziyyət müzakirəyə çıxarılacaq və təşkilatın məqsədi odur ki, məsələ siyasi müstəvidə həllini tapsın. Həm də ki, Moskva bu prosesdə fəal iştirak edir. Rusiya sülhməramlıları və onların komandanı Rüstəm Muradov maksimum çalışırlar ki, Azərbaycan və erməni tərəfindən işçi qaydada yaranan problemlər siyasiləşdirilmədən həll edilsin. Buna heç də həmişə tez nail olmaq olmur, lakin Rusiya bütün proseslərdə fəal iştirak edir və onların həllinə kömək edir, deyə ekspert bildirib.
Korotçenko əmindir ki, demarkasiya prosesindən qaçınmaq mümkün deyil. Yerevana xoş olub-olmamasından asılı olmayaraq iki ölkə arasında sərhədlər dəqiq müəyyən edilməlidir və bunun mümkün qədər tez həlli Ermənistanın özünün maraqlarına uyğundur. Bu halda sui-istifadə və narahatlıq üçün səbəb də az olacaq.
"O ki qaldı Azərbaycanın keçirdiyi və Ermənistanda narahatlıq doğuran təlimlərə, burada bunu demək olar - Azərbaycan müharibəni udub. Onun Ermənistana qarşı silahlı fəallığa ehtiyacı yoxdur", - deyə o qeyd edib.
Rəsmi Bakı dəfələrlə Azərbaycanın Ermənistanın ərazi bütövlüyünə təcavüz etmədiyini və gələcəkdə də bunu etməyi planlaşdırmadığını bəyan edib. Bundan əlavə, Ermənistan KTMT-nin üzvüdür və istənilən silahlı təcavüz faktı erməni tərəfinin yardım üçün təşkilata müraciət etməsinə bəhanə ola bilər.
O qeyd edib ki, Rusiya hərbi bazasının Sünikdə (Zəngəzur) yerləşdirilməsinə gəldikdə isə, ekspert hesab edir ki, bu məsələ Rusiya-Ermənistan münasibətlərinə və Kremlin siyasi qərarlarına aid məsələdir. Əgər belə bir qərar qəbul olunarsa, o, müvafiq şəkildə rəsmiləşdiriləcək.
Müsahibə əsnasında həmçinin Rusiya-Belarus münasibətlərinə də toxunulub. Konkret olaraq Rusiya və Belarusun NATO blokuna qarşı durması məsələsinə dair fikirlərini bölüşən Korotçenko bildirib ki, vəziyyətin sabitləşməsi və təhlükənin neytrallaşdırılmasının elementlərindən biri Belarus ərazisində Rusiya hava-kosmik qüvvələri bazasının yerləşdirilməsi ola bilər.
Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1160 yoluxma halı qeydə alınıb, 20 nəfər ölüb.
Hindistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına267 334yoluxma qeydə alınıb.
Milli.Az APA-ya istinadən bildirir ki, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı25 496 330nəfərə çatıb.
Son 24 saat ərzində 4 529 nəfər koronavirusdan ölüb və bununla da Hindistanda indiyədək infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı283 248nəfərə yüksəlib.
Hindistan Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə indiyədək peyvənd olunanların sayıisə 185 809 302 nəfərdir.
Kommunikasiyaların açılması və sərhədlərin dəqiqləşdirilməsi prosesi Azərbaycana nə qədər vacibdirsə, Ermənistana da o qədər vacibdir. Bu məsələ üçtərəfli formatda həll edilməlidir.
Axar.az xəbər verir ki, bunu Ermənistan Baş nazirinin səlahiyyətlərinin icraçısı Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı deyib.
“Sərhədlərin dəqiqləşdirilməsi planında belə bir nüans var. Son günlər ərzində Azərbaycan təbliğatı sərhədlərin dəqiqləşdirilməsi prosesinin ikitərəfli formatda həll edilməli olduğu ideyasını irəli sürür. Bu sadə bir səbəbə görə baş verə bilməz, çünki Azərbaycanla Ermənistan arasında münasibətlər yoxdur. Kommunikasiyaların açılması, eləcə də sərhədlərin dəqiqləşdirilməsi prosesi üçtərəfli formatda keçməlidir. Bununla bağlı bir neçə dəfə razılıq əldə olunub”, - deyə o bildirib.
Ermənistan lideri Azərbaycanla Ermənistan arasında Qaragöllə bağlı yaranmış gərginlik ətrafında danışıqların çərşənbə günü davam edəcəyini də qeyd edib.
O, Azərbaycan Ordusunun Ermənistanın iddia etdiyi torpaqlardan çıxmayacağı ana qədər İrəvanın situasiyanı böhran olaraq qiymətləndirəcəyini və KTMT-Rusiyadan yardım istəyəcəyini bildirib.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanın Baş nazir əvəzi Nikol Paşinyanın Rusiya lideri Vladimir Putinə hərbi yardım haqqında məktub göndərməsi ilə bağlı suala cavab verməkdə çətinlik çəkib.
Axar.az xəbər verir ki, Peskov yalnız hərbi dəstək məsələsinin ikitərəfli kontaktlar zamanı müzakirə edildiyini bildirib:
“Mən sizə məktubla bağlı dəqiq söz deyə bilmərəm, amma bütün bu məsələlər təbii olaraq, dəfələrlə ikili kontaktlarda müzakirə edilib”.
O, Rusiyanın Bakı və İrəvanla daimi əlaqədə olduğunu və gərginliyin azaldılması üçün çalışdığını, Prezident Putinin isə üçtərəfli razılaşmaların alternativsiz icrasının tərəfdarı olduğunu söyləyib.
Patron Davo ləqəbli silah taciri David Qalstyan Ermənistan Apellyasiya məhkəməsinin qərarı ilə azadlığa buraxılıb.
Axar.az xəbər verir ki, bu məlumatı onun vəkili Armen Arutyunyan yayıb.
Qeyd edək ki, bir müddət öncə Qalstyan barədə 2 aylıq həbs qətimkan tədbiri seçilmişdi. O, Ermənistan ordusuna yararsız artilleriya mərmiləri tədarük etməkdə ittiham olunmuşdu.
Qalstyan Ermənistanın hazırkı hakimiyyəti ilə sıx əlaqələrə sahibdir. Məhz onun vasitəçiliyi ilə Ermənistana son iki il ərzində müxtəlif ölkələrdən silah tədarük edib.
Erməni KİV Qalstyanın hətta Nikol Paşinyanla ortaq biznesə də sahib olduğunu iddia edir.
İranda ötən sutka ərzində 303 nəfər koronavirusdan (COVID-19) ölüb.
İsrail-Fələstin münaqişəsinə Kanadadan fərqli reaksiya gəlib.
Axar.az xəbər verir ki, Kanadanın Baş naziri Castin Trüdo Fələstin ərazilərindəki nəzarət bitənə qədər İsrailə Kanada istehsalı olan silahların satışının dayandırılmasını istəyib.
Bununla bağlı Yeni Demokrat Partiyası ictimai imza kampaniyası başladıb. Partiyanın rəsmi saytında başladılan kampaniyada kanadalılar İsrail polisinin Əqsa məscidinə basqınları və Şeyx Cərrahdakı şiddətin artmasından narahat olduqlarını vurğulayıblar.
Həmçinin açıqlamada mülki şəxslərin həyatının qorunması, eləcə də hər cür şiddət və təxribat qınanılıb.
ABŞ Dövlət katibi Entoni Blinken və Rusiya xarici işlər naziri Sergey Lavrov İslandiyanın paytaxtı Reykyavikdə Arktika Şurasının iclasında prezidentlərin mümkün görüşünün təşkilini müzakirə edə bilər.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Prays deyib.
O bildirib ki, tərəflər ümumilikdə Moskva-Vaşinqton əlaqələrini, strateji stabilliyi və gündəlikdə duran məsələləri müzakirə etmək niyyətindədir.
Qeyd edək ki, iclasın 19-20 may tarixlərində baş tutması gözlənilir.