ABŞ Prezidenti 1915-ci ildə ermənilərin 2,5 milyon türkü rus silahları ilə qətlə yetirməsini görməzdən gəlməsi, köçürülmə zamanı talançılıq edən və türk əsgəri geyimində özününküləri öldürən ermənilərin törətdikləri hadisəni “soyqırım” adlandıılması əslində tarix boyu soyqırımlara imza atan bir dövlətin ikiüzlülüyünü göstərir.

Amerika Prezidenti Bayden unudur ki, onların babaları Avropadan bura köçərək yerli hindu xalqlarını soyqırıma məruz qoyublar. Məsləhət olardı ki, din xadimi Bartolome de Las Kasasın 1552-ci ildə nəşr etdirdiyi “Hindistanların dağılmasının qısaca reallığı” (ispan dilində “Brevísima relación de la destrucción de las İndias”) əsərini oxusun. Müəllif qeyd edir ki, işgəncələri, qətliamları, yırtıcı münasibətlərin şahidi özü olmuş, yalnız müəyyən bir hissə digər şahidlərin sözləri ilə ifadə olunmuşdur.

Bu gün Amerika tarixçiləri və siyasətçiləri qəsdən Amerika kəşf ediləndə orda aborigenlərin sayın 16 milyon göstərməyə çalışırlar. Lakin həqiqətdə başqa rəqəmlər tarixin səhifələrindədir. Əksər tarixçilərin verdiyi məlumata əsasən, Kolumb Amerikaya qədəm qoyanda orada 75 milyon hindu yaşayırmış – 35 mln. Şimali, 40 mln. isə Cənubi Amerikada. Yalnız indiki ABŞ-ın ərazisində 15 milyon hindu yaşayırmış və 1620-ci ildən 1900-cu ilə qədər aborigenlərin sayı 237 min nəfərə kimi düşmüşdü.

Portuqalların Braziliyadakı birinci qubernatoru Tome de Souza Papaya və Avropa krallarına məktubunda yazırdı: “Yerli əhalinin buradakı “insan ehtiyatı” həddindən artıq çoxdur, hətta biz onları sallaqxanalarda doğrasaq da, azalmazlar”.

Avropalıların fiziki cəhətdən hinduları məhv etməsinə imkanları çatmadığından Papanın təklifi ilə yerli sakinlərin immun sisteminə yad olan xəstəliyin yayılması planı işə düşür. Tədqiqatçıların çoxu hindilərin sayının kəskin azalmasının əsas səbəbi kimi onların immun sisteminə yad olan su çiçəyi xəstəliyi kimi Köhnə dünyanın yoluxucu xəstəliklərini göstərirlər. Avropalılarla ilk təmasdan sonra hinduların 40-45%-i yoluxucu xəstəliklər nəticəsində ölmüşdür.

Cənab Bayden Tayno soyqırımını, Kalinaqo soyqırımını, Piket soyqırımı, Astek soyqırımını və digər soyqırımları unudub deyəsən. Milyonlarla hindunun qətl edilməsini yaddan çıxardan Bayden Vatikan yepiskoplarının “Tanrı onları avropalı xristianların qulu olmağa vadar edibdir” sözünü icra edir deyəsən...

Xocalıda, Malibəylidə, Başlıbeldə, Ağdabdanda, Qaradağlıda soyqırımlar törədən ermənilərə qucaq açan Baydeni başa düşmək olar, çünki soyqırım törədən bir dövlət soyqırım törədən bir milləti müdafiə edir.

Yaxud 1994-cü ildə Ruandada baş vermiş soyqırımı Belçika və Fransa ilə birgə törətdiyini Bayden “unudub”?

Əfqan xalqına qarşı ABŞ-ın soyqırım siyasətini Bayden niyə dilə gətirmir?

İraqda Amerika əsgərlərinin etdikləri nədir? Vyetnam müharibəsi zamanı Amerikanın etdiyi nə idi?..

Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi onun suveren hüququdur. Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazilərini öz sərhədləri daxilinə əlavə etməsi ilə bağlı dünya birliyinin hansısa qeyri-peşəkar fikirlər səsləndirməsi beynəlxalq hüquqa ziddir. Azərbaycan multikultiral ölkə kimi dünyaya bir nümunədir.

Axar.az xəbər verir ki, bu fikirlər Dünya Axıska Türkləri Birliyinin sədri Ziyəddin Kassanov və Türkiyənin ölkəmizdəki keçmiş səfiri Hulusi Kılıçın iştirakı ilə aprelin 25-də Bakıda keçirilən birgə mətbuat konfransında səsləndirilib.

Mətbuat konfransında türk dünyası, Qarabağ və Türkiyə gündəmindən, türk iş adamlarının Azərbaycana yatırım imkanlarından danışılıb.

Azərbaycanda yaşayan axıska türklərinin də digər millətlərlə birgə firavan mühitdə yaşadığını diqqətə çatdıran Ziyəddin Kassanov Azərbaycanın qazandığı tarixi Qələbədən söhbət açıb, bu Zəfərin türk dünyası tarixində mühüm yerinin olduğunu bildirib. O, rəhbəri olduğu Birlik tərəfindən çap edilən nəşrlərdə Prezident İlham Əliyevin çıxışlarına xüsusi yer ayrıldığını, hazırda yaşadıqları Qazaxıstanda Azərbaycanın Vətən müharibəsi dövründə haqq səsini ucaltdıqlarını qeyd edib. Bundan sonra da Azərbaycanın maraqlarının müdafiəsi istiqamətində ciddi səylə çalışacaqlarını vurğulayıb.

Dünya Axıska Türkləri Birliyinin sədri Ziyəddin Kassanov səfəri çərçivəsində Vətən müharibəsi iştirakçıları, şəhid ailələrinə maddi və mənəvi dəstəyini də əsirgəməyib. Birlik sədri Axıska türkləri adından humanitar yardım gətirib.

Tədbirdə iştirak edən Türkiyənin ölkəmizdəki sabiq səfiri Hulusi Kılıç Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən, ölkəmizin Cənubi Qafqazın lideri olmasından qürur duyduğunu qeyd edib. Türkiyənin siyasi dəstəyi kimi Qarabağın bərpasına türk iş adamlarının da hazır olduğunu və artıq ilkin addımların atıldığını bildirib. Zəngəzur dəhlizi məsələsinə toxunan sabiq səfir bu yolun Türkiyə-Azərbaycan ticarət dövriyyəsinin daha da artıracağanı deyib. Sabiq səfir dəhlizin həm də türk dünyasına açılan qapı olacağını vurğulayıb.

H.Kılıç ABŞ prezidenti Co Baydenin “soyqırımı” ifadəsini işlətməsinə də toxunub. O, bu bəyanatın həmişəki kimi erməni lobbisinin inamını qazanmağa xidmət etdiyini söyləyib. Heç bir rəsmi və siyasi önəm daşımayan bir ifadənin Türkiyə-ABŞ münasibətlərinə təsirsiz ötüşməyəcəyini deyən H.Kılıç strateji planlanmada rəsmi Ankaranın daha radikal siyasi qərarlar verəcəyinə diqqət çəkib.

Sonda media nümayəndələrini maraqlandıran digər məsələlərlə bağlı suallar cavablandırılıb.

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun doğum günüdür.

Axar.az xatırladır ki, o, 1946-cı il aprelin 22-də Ağdamda anadan olub. Yeddi qız övladından sonra dünyaya gəldiyi üçün ailəsi onu Allahın payı sanıb, adını Allahverdi qoyub.

A.Bağırov orta təhsilini Ağdam şəhər 1 saylı məktəbdə alıb. Kiçik yaşlarından idmana, xüsusən də futbola, yüngül atletika və voleybola böyük həvəsi olub. Bir müddət Ağdamın “Qarabağ” futbol klubunun heyətində çıxış edib.

1988-ci ildə Ağdamda ilk müdafiə dəstələrinin formalaşmasında Allahverdi Bağırovun böyük rolu olub. O, Ağdam əhalisi tərəfindən göstərilən maddi yardım və öz şəxsi vəsaiti ilə Qarabağ kəndlərində yaradılmış kiçik özünümüdafiə dəstələrinə yaxından köməklik edib. Ağdam rayonu ərazisində gedən döyüşlərdə mərdliklə vuruşub. Müstəqil Azərbaycanın bayrağını ilk dəfə Ağdama Allahverdi Bağırov sancıb.

1992-ci ilin yanvarında Allahverdi Bağırovun komandirlik etdiyi tabor Naxçıvanik kəndində işğalçıların bütün canlı qüvvəsi və texnikasını darmadağın edib, 150 döyüşçü ilə Əsgəran qalasına qədər irəliləyib, Pircamal kəndindəki bütün yüksəklikləri tutub. Allahverdi Bağırov və döyüşçüləri cəmi iki saata əməliyyatı icra edib və Ermənistan bayraqlarını Azərbaycan bayraqları ilə əvəz edib. Bu əməliyyata görə Allahverdi Bağırov “General Məhəmməd Əsədov” mükafatına layiq görülüb.

Allahverdi Bağırovun ən böyük hərbi uğuru 1992-ci ilin iyununda Aranzəmin döyüşündə olub. Həmin döyüşlərdə onun dəstəsi 100 erməni əsgərini məhv edib və onunu əsir götürüb.

Xocalı soyqırımı zamanı həlak olanların meyitlərinin döyüş meydanından çıxarılmasında və azərbaycanlı əsirlərin erməni əsirlər ilə dəyişdirilərək azad edilməsində onun böyük xidməti olub. A.Bağırov erməni polkovnik Vitali Balasyanla əlaqə saxlayaraq, üç gün ərzində 1003 Xocalı əsirini ermənilərin əlindən xilas edib.

Səkkiz günlük erməni əsirliyində işgəncələrə məruz qalan Hüseynağa Aydın oğlu Quliyevin danışdıqları Allahverdi Bağırovun necə böyük şəxsiyyət olduğunu aydın göstərir:

“Məni əsirlikdən qurtarmaq üçün Ağdam döyüşlərində əsir düşmüş Suriyadan olan erməni ilə dəyişməli idilər. Belə də oldu. Ermənilər Milli Qəhrəman Allahverdi Bağırova pul təklif etmişdi ki, həmin Suriya ermənisini qaytarsın. Amma yeri behişt olsun, rəhmətlik Allahverdi kişilik göstərib ermənini pula deyil, mənə dəyişdi. Anamı da buraxmışdılar”.

Şair Xəlil Rza Ulutürkün oğlu Təbriz Xəlilbəylinin, Milli Qəhrəman Əlif Hacıyevin nəşini ermənilərdən Allahverdi Bağırov almışdı. O, Əlif Hacıyevin nəşini geri almaq üçün 10-dan çox erməni əsir vermişdi ki, düşmən böyük qəhrəman Əlif Hacıyevin meyitini yandırmasın.

Həmçinin Çingiz Mustafayevin Xocalıda çəkiliş aparması işini də Allahverdi Bağırov təşkil edib.

Böyük qəhrəman Allahverdi Bağırovun olduğu maşın 1992-ci il iyunun 12-də Naxçıvanikdən geri qayıdarkən minaya düşüb. Maşında olan digər üç nəfər sağ qalsa da, Allahverdi Bağırov sürücüsü və Nizami adlı həkimlə birlikdə şəhid olub.

Onun üçün Bakıdakı Şəhidlər Xiyabanında qəbir qazılsa da, qardaşı Eldar Bağırovun yanında — Ağdam rayon Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Allahverdi Bağırov üçün qazılan qəbirdə isə ondan bir neçə gün sonra şəhid olan Milli Qəhrəman Çingiz Mustafayev dəfn edilib.

Naxçıvan Muxtar Respublikası ilə quru əlaqəsi yaratmaq üçün Azərbaycana şərait yaradılması ötən ilin noyabr və bu ilin yanvar aylarında Moskvanın vasitəçiliyi ilə Bakı ilə İrəvan arasında aparılan danışıqların əsas məqamlarından biri idi. Bu məlumat Ermənistan ilə de-yure Azərbaycan ərazisi arasında Laçın dəhlizinin mövcudluğuna cavab kimi müzakirə olunub.

Ardını oxu...

Avropa Şurasının prezidenti Şarl Mişel Gürcüstandakı böhranın həlli üçün yeni variant təklif edib.

Axar.az xəbər verir ki, yeni təklifə əsasən, Gürcüstanda növbədənkənar seçkilər 2022-ci ildə keçirilə bilər. Bununla belə növbədənkənar seçkinin keçirilməsi üçün 2021-ci ildəki yerli seçkidə hakim Gürcü Arzusu Partiyasının 43%-dən az səs toplaması gərəkdiyi vurğulanıb.

Qeyd edək ki, Gürcüstanda siyasi böhran artıq 6 aydır davam edir. Parlament seçkisindən narazı qalan müxalifət hələ də parlamentə daxil olmur və seçkinin yenidən keçirilməsini tələb edir.

ABŞ-ın sabiq prezidenti Donald Tramp ABŞ qoşunlarının Əfqanıstandan çəkilməsi ilə bağlı Co Bayden rəhbərliyinin addımını müsbət qarşılayıb.

Axar.az xəbər verir ki, bu barədə D.Tramp yazılı açıqlama yayıb.

“Əfqanıstandan çıxmaq çox gözəl və müsbət bir işdir. Mən qoşunların çıxarılmasını 1 may tarixinə planlaşdırmışdım. Prosesi mümkün qədər bu tarixə yaxın zamanda reallaşdırmalıyıq”, - Tramp qeyd edib.

Qeyd edək ki, D.Tramp ötən ilin fevralında Talibanla razılaşmada müəyyən şərtlər müqabilində 1 may 2021-ci il tarixinə qədər ABŞ qoşunlarının Əfqanıstandan çəkiləcəyi öhdəliyini üzərinə götürmüşdü.

​Kreml Ukrayna Prezidenti Vladimir Zelenskinin Donbasda güzəştə gedəcəyinə dair ümidlərini üzdü.

Axar.az xəbər verir ki, bu barədə tanınmış ukraynalı politoloq Karl Volox yazıb.

Onun sözlərinə görə, Ukraynanın avropalı tərəfdaşları "Donbasda münaqişənin nizamlanması" konsepsiyasının təşviqinə qayıdıb və bu, Rusiya qoşunlarının Ukrayna sərhədində cəmləşməsi və cəbhədə atəşkəsin pozulması fonunda baş verir.

"Sözügedən vəziyyət mənim təxmin etdiklərimi təsdiqləyir: Putin B planına keçdi", - Volox bildirib.

Politoloqun fikrincə, Kremlin yeni planı eyni məqsədləri güclə reallaşdırmaqdan ibarətdir. Məhz bunun üçün Ukraynanın sərhədinə 100 mindən çox əsgər və çoxlu sayda hərbi texnika gətirilib. Kremlin Kiyevə təzyiqində nə qədər uzağa getməyə hazır olduğu hələ ki, məlum deyil.