Afrikada koronavirusa yoluxanların sayı 4,42 milyon nəfəri ötüb.
Martın 31-dən bəri aclıq aksiyası keçirən rusiyalı müxalif bloger Aleksey Navalnının lazımi tibbi dəstəyi ala bilməməsi səbəbiylə hər an ölə biləcəyi açıqlanıb.
Axar.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə 44 yaşlı Navalnının test nəticələrini araşdıran həkimi məlumat verib.
Həkim bildirib ki, onun ürəyi hər an dayana və ölümlə üzləşə bilər. Eyni zamanda, Navalnının həkimlərinə həbsxanada onunla görüşməsinə icazə verilmir.
Rusiyalı müxalif belində disk yırtığnın olduğunu və ağrı səbəbindən əllərində də hissiyyatı itirməyə başladığını deyib.
Qeyd edək ki, A.Navalnı Moskvanın şimal-şərqində Vladimir bölgəsindəki sərt nəzarətlə tanınan bir həbsxanada saxlanılır.
Kiyev rəhbərliyi Ukraynanın NATO-ya üzv olması məsələsini müzakirə edərkən milli maraqları və ya öz vətəndaşlarının rahatlığını düşünmür.
Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.
"Bu, Kiyev rejimidir: heç bir milli maraq, heç bir dövlət siyasəti, öz vətəndaşları üçün heç bir narahatlıq yoxdur - davamlı idxal olunan bir antiukrayna holoqramı..." - Zaxarova qeyd edib.
Fransanın məşhur “Le Monde” nəşri azad olunmuş Azərbaycan ərazilərində aparılan bərpa işləri və Qarabağda müharibə bitdikdən sonra Azərbaycan ilə Fransa arasında ikitərəfli münasibətlərin inkişafı barədə məqalə dərc edib.
Axar.az xəbər verir ki, məqalədə Azərbaycanla Ermənistan arasındakı müharibənin rəsmi Parislə Bakı arasındakı ikitərəfli münasibətlərdə çatların yaranması qeyd edilir. Fransa şirkətləri azad edilmiş əraziləri bərpa etməyə icazə verilməyəcəyindən ehtiyat edirlər.
Bildirilir ki, buldozerlər Qarabağın mərkəzindəki Füzuli hava limanında gələcək uçuş zolağının 3 km-i hamarlayıb. Bir vaxtlar nəhəng döyüş meydanı olmuş ərazinin ətrafı minalar və partlamamış hərbi sursatlarla doludur.
"Prezidentimiz İlham Əliyevin müdrik siyasəti sayəsində Azərbaycan öz ərazilərini qaytardı", - Azərbaycan "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsinin (AZANS) direktoru Fərhan Quliyev deyib.
Fərhan Quliyevin sözlərinə görə, hava limanının tikintisi avqustun sonuna başa çatacaq. O, Azərbaycanın incisinə - Şuşa şəhərinə xidmət edəcək. "Bu, ölkədə Bakıdakı hava limanından sonra böyüklüyünə görə ikinci aeroport olacaq", - F.Quliyev əlavə edib.
“Le Monde”nin məlumatına görə, türk şirkətləri azad edilmiş bərpasına fəal cəlb edilib.
Qeyd edilir ki, müharibə Azərbaycanla Fransa arasındakı ikitərəfli münasibətlər praktikasını pozdu. Rəsmi Ankara Bakıya qəti hərbi və diplomatik dəstək təklif etdi, Paris isə daha çox Yerevana meyl etdi. Bu gün Fransanın iri şirkətləri Qarabağın yenidən qurulması üçün iddialı layihələrdən məhrum olacaqlarından ehtiyatlanırlar.
"Fransız şirkətlərinin təklifləri daha cazibədar olsa da, yeni müqavilələr gözləməyə dəyməz. Bu, yalnız emosional reaksiya deyil, etibar məsələsidir. Siyasi vəziyyət dəyişsə, fransızlar orada qalacaqmı? Bu, kədərlidir, çünki iki ölkə arasında əməkdaşlıq potensialı çox yüksəkdir. İyirmi illik səylərin heç nəyə gətirib çıxarmaması hissi yaranır", - deyə Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının idarə heyətinin sədri Teybə Quliyeva şikayətlənib.
"Bizim layihələrimiz bloklanıb və ya çox yavaş-yavaş inkişaf edir", - SUEZ Şirkətinin Mərkəzi Asiya və Qafqaz üzrə direktoru Alen Karbonel deyib.
“Le Monde”nin yazdığı kimi, rəsmi Paris Cənubi Qafqazdakı mövqeyini hiss olunmadan dəyişdirməyə çalışır və yanvarın 27-də Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan Batist Lemuanı bölgəyə göndərib.
"Yerevanda dayanacaqla istənilən regional səfər əvvəlcə Bakıdan keçməlidir, əks halda o, inciyə bilər", - diplomatik mənbə qəzetə bildirib.
Qəzet hesab edir ki, Fransa prezidenti Emmanuel Makron 2018-ci ilin oktyabrında Yerevanda Frankofoniya Təşkilatının sammitinə baş çəkməklə səhvə yol verib.
Bir neçə Fransa və Azərbaycan siyasi mənbəyinin informasiyasına əsasən, Fransanın xarici işlər naziri Jan-İv Le Drian ən yaxın həftələrdə Azərbaycan paytaxtına səfərə hazırlaşır.
Eyni zamanda, xatırladaq ki, fevralın sonunda Bakıya Fransanın 8 deputatından ibarət nümayəndə heyəti gəldi. Onlardan biri - Frederik Düma hesab edir ki, Fransanın və Azərbaycanın münasibətlərini bərpa etmək lazımdır. O etiraf edir ki, Frsansa Milli Məclisinin bəzi təşəbbüsləri obyektiv səbəblərdən Azərbaycan ictimaiyyəti tərəfindən pis qəbul edilib.
"Bu gün ictimaiyyət Fransa şirkətlərini böyük müqavilələr qazandığını qəbul etmir, çünki Fransa düşmənlərimizi dəstəkləyir", - deyə azərbaycanlı iş adamı “Le Monde“yə bildirib.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qəzetə açıqlamasında Fransa şirkətlərinin siyasi səbəblərdən əlverişsiz vəziyyətdə olduğunu inkar edir, lakin bəzi, məsələn Türkiyə kimi ölkələrin üstünlüklərinin qəbul olunduğunu etiraf edib.
Xarici siyasət, müdafiə və təhlükəsizlik sahəsində rusiyalı ekspert, “Avrasiya ideyaları emalatxanası” elmi araşdırmalara dəstək Fondunun Ekspert Şurasının sədri Qriqori Trofimçukun Axar.az-a müsahibəsi:
- Rusiya hakimiyyəti hərbi bölmələrinin Ukrayna ilə sərhəddə dislokasiyası ilə bağlı heç nə bəyan etmir. Bununla belə, tankların, haubitsaların və digər texnikanın Qərbə daşınması ilə bağlı informasiya axını artır. Nə baş verir?
- Əslində, 2014-cü ildə olduğu kimi, indi də eyni hadisə baş verir. Donbas problemi həll olunmayıb və bunun Ukrayna ilə Rusiya arasında birbaşa müharibə olmadan həll olunub-olunmayacağı böyük və ən başlıca sualdır. Rusiya ilə Ukraynanı hazırda kəllə-kəlləyə gətirmək istəyənlər var. Xüsusən də Ağ Evdə “yeni Amerika” administrasiyasının peyda olması faktına görə.
Hər şeyin sülh, razılaşmalar yolu ilə həll ediləcəyinə ümid etmək sadəlövhlük olardı. Hazırda hər iki tərəfdə “hərbi parad” gedir, lakin gec-tez bütün bunlar pis başa çatacaq. Rusiya həmişə özünü münaqişəyə aidiyyəti olmayan tərəf kimi göstərməyə çalışıb. Bu mənada ekspert kimi, mənə həmişə maraqlı gəlib ki, bəs, “Normand” tərkibində bütün bu danışıqlara nədən ötrü getmişdik? Axı 2021-ci il nümunəsi olan Ukrayna heç də 2008-ci ilin Gürcüstanı deyil. Rusiyada çoxları “papağı göyə atma” mərasimi ilə məşğuldur. Ukrayna və demək olar ki, bütün digər qonşularını məsxərəyə qoyurlar. Bax, elə Moskvada bu gün gülənləri ilk növbədə ön cəbhəyə göndərmək lazımdı. Yalnız o halda bu boşboğazlar müharibənin nə qədər dəhşətli bir şey olduğunu anlaya bilərlər.
- Sərhəd və təmas xətlərindəki gərginliyi müharibə fazasına keçirmək kimə sərfəlidir ki?
- Sözsüz ki, Moskvaya bu yolla təzyiq göstərə biləcək ABŞ-ın yeni administrasiyasına. Bu, onlara öz şərtlərini rahatlıqla diktə etməyə kömək edəcək. Moskva isə “Qoca Baydeni” dəli kimi qələmə verməyə çalışır. Onu deyim ki, bu, çox böyük səhvdir. Bundan başqa, 2014-cü ildən etibarən “Kiyevi bombalamağa” çağıran Rusiyanın “başbilənləri” buna nə qədər tez nail olsalar, bu, Amerikaya bir o qədər sərf edəcək. Donbası alovlandırmağı bacarmaq isə Qərb üçün, sadəcə, ağlasığmaz uğur olardı. Çünki bu vəziyyətdə Amerika xalqı və əsgərləri məhv olmayacaq, buralar isə darma-dağın olacaq.
- Vladimir Zelenski bildirib ki, NATO-ya üzvlük Donbasda müharibənin başa çatmasının yeganə yoludur. İttifaqın Kiyevlə həmrəyliyini necə görürsünüz? Qərb Ukraynadan nə istəyir?
- Göründüyü kimi, Qərb Ukraynanı NATO-ya qəbul etməyə çalışmır. Oxşar problemi biz Gürcüstanda da müşahidə edirik. Lakin bu formallıq hərbi proqramların birbaşa, ikitərəfli rejimdə həyata keçirilməsinə heç də mane olmur. İndi görürük ki, ABŞ Ukrayna ərazisində nə qədər lazımdırsa, o qədər də yeni hərbi baza açacaq. Bazalar hər yerdə olacaq, o cümlədən Xarkovda və s.
Obyektiv desək, Ukrayna üçün bu, NATO-ya formal üzvlükdən də yaxşıdır. Ukraynadan Qərb yalnız bir şey istəyir: istənilən yolla Rusiyaya bir saniyə belə sakit durmağa, başqa şey barədə düşünməyə imkan verməmək. Bu mənada Qərb hələ bütün rıçaqlarını istifadə etməyib. Axı hələlik Qara dəniz hövzəsi nisbətən sakit qalır...
Bu gün Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur.
Axar.az xəbər verir ki, Xarici İşlər Nazirliyi bu günlə əlaqədar olaraq Azərbaycan, azad edilmiş ərazilərdəki mədəni irsinin Ermənistan tərəfindən məhv edilməsi ilə bağlı ciddi narahatlığını bir daha diqqətə çatdırıb.
Ərazilərimizin işğalı dövründə demək olar ki, bütün tarixi, mədəni və dini abidələr tamamilə məhv edilmişdir. Bu günə qədər Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi azad edilmiş ərazilərdə 400-dən çox abidənin dağıdıldığını müəyyən etmişdir. Bu ərazilərdəki abidələrin ümumi sayı 3000-ə qədərdir.
Azərbaycana məxsus mədəni və dini mülkiyyət talan edilmiş, təhqir edilmiş, dəyişdirilmiş və qanunsuz olaraq Ermənistana daşınmışdır. Azad edilmiş ərazilərdə 100.000-dən çox mədəniyyət nümunəsinin olduğu 22 muzey və muzey filialı məhv edilmişdir.
Kəlbəcər rayonunda yerləşən XIII əsrə aid Xudavəng monastırının mədəniyyət nümunələri və qədim əlyazmalar, habelə Ağdam rayonunun Şahbulaq qalası yaxınlığında qanunsuz arxeoloji qazıntılar zamanı tapılan qiymətli mədəniyyət nümunələri Ermənistana qanunsuz olaraq daşınmışdır. Bununla yanaşı, Xocavənd rayonunun Azıx kəndindəki Azıx mağarasında qanunsuz qazıntılar aparılmşdır.
Bütün bu hərəkətlər, beynəlxalq humanitar hüququn, o cümlədən YUNESKO-nun 1954-cü il Haaqa Konvensiyası və onun iki protokolu, eləcə də 1970-ci il Konvensiyası kimi tənzimləmə sənədlərinin kobud şəkildə pozulmasıdır.
Təəssüflər olsun ki, mədəni irsimizin qəsdən məhv edilməsi, mənimsənilməsi, dəyişdirilməsi və mədəni sərvətlərimizin qanunsuz olaraq ölkə ərazisindən çıxarılması da daxil olmaqla, müharibə cinayətlərini araşdırmaq üçün müvafiq beynəlxalq təşkilatlara etdiyimiz müraciətlər 30 illik işğal boyunca nəzərə alınmamışdır. Hazırda bu baxımdan göstərilən marağı alqışlayırıq.
Azərbaycan Respublikası ərazisində yerləşən mədəni irs, mənşəyindən, dünyəvi və dini xarakter daşımasındsn asılı olmayaraq, Azərbaycanın dəyər verdiyi və qoruduğu Azərbaycan xalqının mədəni müxtəlifliyini əks etdirir.
Azərbaycan mədəni irsinə vurulmuş misli görünməmiş zərərin müstəqil bir missiya tərəfindən tam qiymətləndirilməsini təmin etmək Azərbaycan Hökuməti üçün prioritet məsələdir və Azərbaycan bu baxımdan YUNESKO ilə sıx əməkdaşlıq edir.
Rusiya Varşavanın üç rusiyalı diplomatını "persona non qrata" elan etməsinə cavab olaraq üç Polşa diplomatını ölkədən xaric edəcək.
Ermənistanın Baş naziri Nikol Paşinyanın ötən həftə Rusiyaya səfəri zamanı Moskvada yaşayan erməni hüquqşünaslarla qapalı görüşdən səs yazısı yayılıb.
Axar.az Virtualaz.org-a istinadla xəbər verir ki, təhlükəsizlik xidməti həmin görüşə qatılanlardan mobil telefonları və smartfonları əvvəlcədən yığıb. Görüşün qapalı olduğu onların nəzərinə çatdırılıb, məlumat sızmasının qarşısını almaq üçün digər tədbirlər görülüb. Buna baxmayaraq, Paşinyanın çıxışının bir hissəsini “Armvoice” Teleqram kanalı tərəfindən yayılıb.
Məlum olub ki, Ermənistanın Baş naziri Qarabağda müharibənin başlamasına görə faktiki olaraq Rusiyanı günahkar sayır.
“...Ona görə də birbaşa demək lazımdır ki, bizdə olan status-kvo o həddə qədər qaldı ki, onun mövcudluğu Rusiyanın maraqlarına uyğun gəlirdi. Konyuktura dəyişəndə hər şey dəyişdi və nəyə görəsə haqq ödəmək zamanı gələndə bəlli oldu ki, ya biz bunu edə bilmirik, ya ödəmək istəmirik, ya da ödəməyə heç nəyimiz yoxdur, çünki biz müflisik. Ola bilsin dövlət başçısından belə şeylər eşitmək yersizdir, amma hesab edirəm elə situasiyadır ki, bir-birimizə bunu deməyə məcburuq. Mən qəti əminəm ki, kommunikasiyaların açılması, əlbəttə, əgər biz buna nail ola bilsək, yəni Azərbaycanın Naxçıvana yolunu açmaqla, bu bizim böyük uğurumuzdur. Təsəvvür edin, bizim Rusiya və İranla dəmir yol əlaqələrimiz olacaq. Biz şirkətlərdən investisiya yatırmağı xahiş edirik, amma pomidor yetişdirməklə güclü iqtisadiyyat qurmaq olmaz, sənaye, metallurgiya, İT sahəsi olmalıdır”, - səs yazısında deyilir.