Çinin şimal-şərqində yerləşən İnkou şəhərində yeni koronavirus ocağı aşkarlanıb.

Axar.az Unikal.org-a istinadən xəbər verir ki, bu barədə şəhərin Səhiyyə və Gigiyena İdarəsi məlumat yayıb.

Bildirilib ki, İnkouda beş yeni yoluxma halı qeydə alınıb. Xəstələrin üçündə yoluxma əlaməti müşahidə olunmayıb.

Məlumata görə, virusa yoluxanlar eyni müəssisənin əməkdaşlarıdır. Onların əlaqədə olduqları 265 nəfər müəyyən edilib, hazırda həmin şəxslərin yoxlanışı aparılır.

23 milyon əhalisi olan İnkou sakinlərinə şəhəri tərk etməmək barədə xəbərdarlıq edilib.

“Pəncə-İldırım” əməliyyatı bölgəsindəki terror hücumunda bir türk əsgəri şəhid olub.

Axar.az xəbər verir ki, bununla bağlı Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlama verib.

“Terror təşkilatı üzvləri tərəfindən açılan atəş nəticəsində “Pəncə-İldırım” əməliyyatı bölgəsində qəhrəman silahdaşımız şəhid olub. İraqın şimalında, Metina ərazisində əsgərimiz Yasin Özdamarı şəhid edən 2 terrorçu qaçmağa macal tapmayıb və dərhal Hərbi Hava Qüvvələri tərəfindən zərərsizləşdirilib”, - açıqlamada bildirilib.

Mayın 14-də Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Milli Məclisin sədri Sahibə Qafarovaya telefonla zəng edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Axar.az-a bildirilib ki, qardaş ölkənin spikeri Müqəddəs Ramazan bayramı münasibətilə Milli Məclisin sədrini və deputatlarını təbrik edib, Azərbaycan xalqına firavanlıq arzulayıb. Milli Məclisin sədri də öz növbəsində türkiyəli həmkarına, TBMM üzvlərinə və Türkiyə xalqına bayram təbriklərini çatdırıb.

Telefon söhbəti zamanı iki qardaş ölkənin spikerləri qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər.

KTMT-nin baş katibi Stanislav Zasla Ermənistanın müdafiə naziri vəzifələrini icra edən Vaqarşak Arutyunyan arasında növbəti telefon danışığı baş tutub.

Axar.az xəbər verir ki, bu barədə KTMT-nin mətbuat katibi Vladimir Zaynetdinov RİA-ya açıqlamasında deyib.

Zəngəzur (Qaragöl) istiqamətində sərhədlərin müəyyənləşməsində Ermənistanın yaratdığı hay-küy müzakirə edilib.

“Bu situasiya ilə bağlı KTMT-yə heç bir rəsmi sənəd daxil olmayıb, buna baxmayaraq, erməni rəsmi şəxsləri ilə aktiv əlaqələr mövcuddur”, - Zaynetdinov bildirib.

Qeyd edək ki, Azərbaycan Ordusunun sərhədləri müəyyənləşdirmək üçün qanuni addımlarına qarşı Ermənistan müqavimət göstərir. Bunu “Ermənistanın sərhədlərinə müdaxilə kimi” qələmə verməyə çalışan İrəvan Qarabağın işğalda saxlanıldığı vaxt qanunsuz olaraq bir neçə kilometr qabağa çəkdiyi dövlət sərhədini qorumağa çalışır.

Son sutka ərzində Hindistanda 343 144 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub. Bununla da ölkədə koronavirusa yoluxanların ümumi sayı 24 046 809-a çatıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Hindistanın Səhiyyə və Ailə Rifahı Nazirliyinin açıqlamasında deyilir.

Hindistanda üç həftə ardıcıl olaraq (22 apreldən bəri) gündəlik yoluxma sayı 300 min həddini ötür, may ayında sutkalıq yoluxma 400 min həddini beş dəfə keçib.

Ölkədə koronavirusdan ölənlərin sayı son 24 saat ərzində 4 min nəfər artaraq 262 317-yə, sağalan xəstələrin sayı isə ərzində 344 776 nəfər artaraq 20 079 599-a çatıb.

Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyan telefon danışığı Azərbnaycan-Ermənistan sərhədində baş verənlərlə bağlı Rusiya Prezidenti Vladimir Putindən kömək istəməyib.

Axar.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri peskov deyib.

“Xeyr, Paşinyan kömək istəməyib. Əlbəttə, erməni tərəfi sərhəddə baş verənləri narahatlıqla qarşıladıqlarını deyib. Bu narahatlığı Putin də paylaşdı. Prezident Putin üçtərəfli razılaşmanın bütün müddəalarına, xüsusilə atəşkəsə riayət olunmasının vacibliyini vurğulayıb”, - Peskov bildirib.

Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi ilə bağlı sözləri ilə Fransa prezidenti Emmanuel Makron ATƏT Minsk qrupunun tabutuna son mismarı vurdu və onun Qarabağ tənzimlənməsi prosesinə hər hansı bir formatda qayıtması perspektivi üzərindən xətt çəkdi.

Axar.az xəbər verir ki, bunu rusiyalı tarixçi və siyasi analitik Oleq Kuznetsov Trend-ə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu anadək Fransanın ermənipərəst mövqeyi müzakirə mövzusu idisə, indi artıq bu, real siyasət formatına yüksəlib:

"Bundan sonra heç bir skeptik bunun belə olmadığına inana bilməz. Fransa xarici siyasətinin həqiqi üzü birmənalı şəkildə dünya ictimaiyyətinə nümayiş olundu. Fransa artıq bundan sonra ATƏT Minsk qrupunun həmsədri olmaq hüququna malik deyil və təşkilat bu strukturu buraxmalıdır. Məhz prezident Makron ATƏT Minsk Qrupunun qatili kimi tarixə daxil olacaq".

Politoloq bildirib ki, E.Makronun bəyanatı Ermənistandakı ermənilərə, Nikol Paşinyana deyil, Fransadakı ermənilərə hesablanıb:

"Orada gələn il prezident seçkiləri keçiriləcək və cənab Makron daha bir prezidentlik müddətində ölkəni idarə etmək istəyir. Bu məsələdə ona bir milyon Fransa ermənisinin səsləri və erməni diasporunun pulları lazım olacaq. Makron Cənubi Qafqazdakı oyununu artıq uduzub, indi o, erməni kartını daxili siyasi məsələlərdə oynamağa çalışır. Bu isə onu göstərir ki, Ermənistanın özü onu çox da maraqlandırmır".

Bu gün səhər saatlarında Ermənistan baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanla Rusiya lideri Vladimir Putin arasında baş tutan telefon danışığı ilə bağlı hər iki tərəfin yaydığı məlumat arasında fərqlər var.

Axar.az erməni mediasına istinadla xəbər verir ki, Ermənistan Başnazirliyi N.Paşinyanın Putini Qaragöl ətrafındakı vəziyyət, İrəvanın KTMT-yə məsləhətləşmələr üçün müraciəti və s. barədə məlumatlandırıb. Paşinyan Azərbaycan Ordusunun bu addımını “Ermənistanın dövlət sərhədlərinə müdaxilə” kimi qiymətləndirdiyini də bildirib.

Bunun ardınca isə ən ciddi məqam gəlib. Belə ki, Ermənistan Başnazirliyindən yayılan açıqlamada qeyd edilib: “Ermənistan və Rusiya liderləri Azərbaycan silahlı birliklərinin bəlli mövqedən geri çəkilməli olduğu fikrini bölüşüblər”.

Bu məlumatdan bir neçə dəqiqə sonra Kremlin yaydığı rəsmi açıqlamada isə telefon danışığına aid bu hissə və Putinin Azərbaycan Ordusunun mövqelərdən geri çəkilmə məsələsində “həmfikirliyi” barədə heç bir söz yoxdur.

Putin yalnız eskalasiyanın yolverilməzliyini ifadə edib və 10 noyabr 2020-ci il bəyanatının tələblərinə əməl edilməsini istəyib, həmçinin qısa müddətdə situasiyanın stabilləşəcəyinə inandığını bildirib.

Göründüyü kimi, Ermənistan hər zaman olduğu kimi, bu dəfə də haqsız və ədalətsiz olsa da, şou yaradaraq, zəbt etdiyi ərazidən çıxmamaq üçün rəsmi səviyyədə informasiya manipulyasiyası edir.

Qeyd edək ki, Azərbaycan Ordusu 12 mayda sərhədlərin bərpası prosesi çərçivəsində xəritələrə uyğun olaraq Qaragöl istiqamətində irəliləyib. Bundan Ermənistan böyük bir şou düzəldib və saxtakarlıqla guya Azərbaycanın Ermənistanın sərhədlərinə müdaxilə etdiyi hay-küyünü qoparıb.