Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyan telefon danışığı Azərbnaycan-Ermənistan sərhədində baş verənlərlə bağlı Rusiya Prezidenti Vladimir Putindən kömək istəməyib.
Axar.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri peskov deyib.
“Xeyr, Paşinyan kömək istəməyib. Əlbəttə, erməni tərəfi sərhəddə baş verənləri narahatlıqla qarşıladıqlarını deyib. Bu narahatlığı Putin də paylaşdı. Prezident Putin üçtərəfli razılaşmanın bütün müddəalarına, xüsusilə atəşkəsə riayət olunmasının vacibliyini vurğulayıb”, - Peskov bildirib.