Gürcüstanda səfərdə olan ABŞ Dövlət Departamentinin nümayəndəsi Filip Riker Baş nazir İrakli Qaribaşvili ilə görüşüb.
Axar.az xəbər verir ki, bu barədə Gürcüstan Baş nazirinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, görüşdə ABŞ ilə Gürcüstan arasındakı strateji tərəfdaşlığın inkişaf perspektivləri, regional təhlükəsizlik və əməkdaşlıq məsələləri diqqət mərkəzində olub.
Söhbət zamanı müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlıq məsələləri barədə də fikir mübadiləsi aparılıb.
Tərəflər iqtisadi əməkdaşlıq, həmçinin mühüm infrastruktur layihələrin reallaşdırılması məsələlərini də müzakirə ediblər.
Bundan başqa, görüşdə regiondakı hazırkı vəziyyət və yeni geosiyasi mühit, Gürcüstanın regional təhlükəsizlik kontekstindəki rolu nəzərdən keçirilib.
Rusiya xarici işlər naziri Sergey Lavrovla almaniyalı həmkarı Hayko Maas və fransalı həmkarı Jan İv Lö Drian arasında telefon danışığı baş tutub.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən verilən məlumatda bildirilib.
XİN başçıları Ukrayna böhranı ilə əlaqədar Minsk razılaşmasından danışıblar. Həmçinin, tərəflər Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti və üç ölkə rəhbərinin 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarının müddəalarının yerinə yetirilməsi məsələlərini müzakirə ediblər.
Atəşkəs rejiminə ciddi riayət olunmasının vacibliyi və ortaya çıxan fikir ayrılıqlarının siyasi-diplomatik həllinə ehtiyac olduğu vurğulanıb. Nazirlər ATƏT-in Minsk Qrupunun Azərbaycan və Ermənistan arasındakı danışıqlar prosesindəki rolundan danışıblar.
Rusiya tərəfi bildirib ki, beynəlxalq təşkilatların hər hansı birinin iştirakı yalnız Bakı və İrəvanın razılığı ilə mümkündür.
Erməni diversiya qrupları öncədən xüsusi hazırlıq keçdikdən sonra Azərbaycan ərazisinə atılır. Bu, danılmaz faktdır.
Bu barədə Axar.az-a rusiyalı hərbi ekspert Aleksey Xlopotov bildirib.
“Mən artıq birinci dəfə deyil ki deyirəm, ermənilər məğlubiyyətlə barışmaq fikrində deyil. Üstəlik, indi seçkilər ərəfəsində onlar öz “döyüş əhval-ruhiyyələrini” və fəaliyyət qabiliyyətini nümayiş etdirmək fikrindədirlər. Amma reallıqda onların böyük əməliyyat keçirmələri üçün heç bir gücləri yoxdur. Şahidi olduğumuz təxribatlar isə özləri haqqında “xatırlatma”nın yeganə yolu olaraq qalır. Ümumiyyətlə, bu aspektdə gözəl Sovet serialını – “Dövlət sərhədi”ni yada salmaq olar. Xüsusilə onun ilk hissələri. Orada bu gün Qarabağda baş verənlər dəqiqliklə göstərilib. Necə deyərlər: diversiya üçün üsullar köhnəlmir, sadəcə, meydana yeni vasitələr gəlir”, - deyə həmsöhbətimiz qeyd edib.
Xlopotovun sözlərinə görə, məhz Ermənistan Bakını problemin güc yolu ilə həllinə məcbur edəcək:
“Lakin ən azı bu, qarşıdan gələn 5 il ərzində baş tutmayacaq. 5 ildən sonraki müharibə daha qlobal şəkildə olacaq. Bakı Qarabağı ermənilərdən tamamilə təmizləməyə, hətta Ermənistan ərazisində bir sıra əməliyyatlar keçirməyə məcbur olacaq. Hər halda, şəxsən mənim fikrim budur: Azərbaycan Ordusu İrəvanı ələ keçirib, sonra isə siyasi yenidənqurma haqqında razılığa gəlməlidir”.
Bu mina məsələsinə münasibətdə bizim rəsmi təbliğatın daha doğru istiqamətdə aparılmasının vacibliyini düşünürəm. Fikrimcə, Azərbaycanın “Ermənistan minalanmış ərazilərin xəritəsini vermir” deməsi elə “Ermənistan işğal olunmuş ərazilərimizdən çıxmır” deməsi kimi bir şeydir. Yəni 30 ilə yaxın təkrarlanacaq və nəticəsi olmayacaq bir tələbdir. Necə ki, sonda savaş və diplomatiya yolu ilə düşməni ərazilərdən çıxartmaqdan başqa hansısa bir tələb, beynəlxalq təşkilatlardan hansısa bir gözlənti işə yaramadı.
Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa Feysbuk səhifəsində qeyd edib.
Millət vəkili bu vəziyyətə uyğun maraqlı təkliflərlə çıxış edib və bildirib ki, yerli və yersiz peşəkar sakinlərdən təşkil olunan partizan qruplarının yaranmasına dövlət əngəl yaratmamalıdır:
"44 günlük savaşımız göstərdi ki, adsız qəhrəman olmağa hazır minlərlə oğullarımız var. Bununla belə, dövlət onların göstərəcəyi fəaliyyətin məsuliyyətini də daşımamalıdır. Bu partizan qrupları istər Qarabağda ermənilərin yaşadığı ərazilərdə, istər də Ermənistan ərazisində kütləvi şəkildə ermənilər üçün məlum üsullarla mina süfrəsi təşkil etməlidirlər. Ermənistanı və onun himayədarlarını ancaq bu yolla durdurmaq olar. Digər tərəfdən, həmin qruplar ermənilərin ərazimizə soxulan təxribat qruplarını məhv etməklə məşğul olmalıdırlar. Hər dəfə ermənilər mina partlayışının dadını gördüyündə, bizim onlar kimi sevinməyimizə gərək qalmayacaq. Biz bu kimi fəaliyyətləri rəsmi şəkildə pisləyəcəyik və bu adsız qəhrəmanlar da buna görə dövlətdən qətiyyən inciməyəcəklər. Bu zaman ruslar da fakt qarşısında qalacaqlar. Ermənistanın cavabdehlik daşımadığı qanunsuz birləşmələr varsa, o halda bizim də cavabdehlik daşımadığımız qanunsuz birləşmələr avtomatik olaraq mövcud olmalıdır. Elə işlər var ki, onu rəsmi hərbi strukturların etməsi arzuolunan deyil".
Deputat əlavə edib ki, eyni zamanda "erməni əsirlər"lə bağlı məsələni də gündəmə gətirmək yanlışdır:
"Çünki bizdə artıq erməni əsir qalmayıb, hamısı təhvil verilib. Bizdə savaşdan sonra ərazimizə soxulmuş ermənilərin terrorçu qruplaşma üzvləri var ki, onlar da qanunvericiliyə uyğun mühakimə olunmalıdır".
Qarazirə (çörəkotu) tarix boyu tibbdə ən məşhur müalicəvi otlarından biri kimi istifadə olunub.
Axar.az xəbər verir ki, alimlər müasir texnologiyanın köməyi ilə qarazirənin toxumunda orqanizmin normal fəaliyyətini təmin edən yüzlərlə maddələr olduğunu aşkar ediblər. Həmin maddalərə çox qiymətli doymamış yağ turşuları, linolen turşusu, alfa linolen turşusu, bir sıra efirli yağlar, az miqdarda B1, B2, B6 vitaminləri, minerallar (dəmir, kalsium, maqnezium, sink, selen) və amin turşuları da daxildir. Tərkibindəki bu maddələr immun sistemi üçün çox faydalı olmaqla yanaşı, orqanizmin mineral balansını ödəmək qabiliyyətinə malikdir.
Tarixi araşdırmalar göstərir ki, Misir kralı Tutanhamonun məzarında da tapılan qarazirə Kleopatra tərəfindən gözəllik məqsədilə istifadə edilib. Tibb elminin atası sayılan Hipokrat qaraciyər xəstəliklərinin müalicəsində qarazirənin faydalarını açıqlayır.
ABŞ-ın Cənubi Kaliforniya ştatının Xərçəng-İmmun-Biologiya Laboratoriyasının tədqiqatçıları bildirirlər ki, qarazirə xərçəng şişlərinin müalicəsi və inkişafının dayandırılması üçün ideal müalicə üsuludur.
Çətirçiçəklilər fəsiləsinə mənsub olan qarazirənin ölkəmizdə üç növü bitir ki, bunlardan adi zirə (qarazirə) təbabətdə istifadə edilir.
Qarazirədən təbabətdə dəmləmə, poroşoklar, ətirli su və efir yağları hazırlanır və onlardan xroniki mədə-bağırsaq xəstəliklərində – həzm prosesini yaxşılaşdırmaqda, köpmənin qarşısını almaqda, bağırsaq iltihabını aradan qaldırmaqda dərman kimi istifadə edilir. Tərkibində bol miqdarda olan timokinon maddəsi antikarsinogen təsirləri ilə tanınır. Qarazirənin faydalı olduğu sağlamlıq problemləri arasında diabet, xolesterol, sədəf və ekzema, allergiya, Alzheimer əsas yer alır.
200 qram qarazirəni üyüdərək 1 kq bal ilə qarışdırıb, gündə 3 dəfə yeməkdən əvvəl 1 çay qaşığı ilə yemək ən faydalı üsuldur. Digər üsullardan: gündə 3 dəfə 1 çay qaşığı üyüdülmüş toxum ağıza qoyulur və su ilə içilir. 3 dəfə yeməkdən əvvəl 1 çay qaşığı qara zirə yağı içmək bədəni qurdlardan təmizləyir.
Qarazirə toxumunun faydalarını saymaqla qurtarmaq olmaz. Qarazirə toxumundan hazırlanan müxtəlif ekstratlar qurdqovucu, bakteriya və göbələk əleyhinə təsir göstərməklə yanaşı südartırıcı təsirə də malikdır.
ABŞ-ın Ohayo ştatının Klivlend şəhər klinikasında 1979-cu ildə tədqiqatçı alim Aşok Aqarval tərəfindən sübut edilmişdir ki, qarazirə yağı südverən anaların südünü artırır. Lakin qarazirədən hamiləlik zamanı istifadə etməyə icazə verilmir.
Baş məşqçi axtarışında olan "Fənərbağça" gələn mövsüm üçün transferlərə də davam edir.
Beynəlxalq təşkilatlar hardadır? Niyə canfəşanlıq edib Ermənistanın yaxasına yapışmırlar. Axı Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və “Azərtac”ın əməkdaşı Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən ermənilər tərəfindən yerləşdirilən minaya düşərək həlak olub!
Bu sözləri Axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli deyib.
O bildirib ki, 28 mayda ATƏT-in Minsk Qrupu həmsədrləri Kəlbəcərdə ərazilərimizi minalayarkən ordumuz tərəfindən yaxalanan 6 erməni diversant-terrorçunun buraxılması üçün bəyanat yaydığı halda bu gün ermənilərin basdırdığı minanın partlaması nəticəsində həyatını itirən jurnalistlərlə bağlı səbəbkarı günahlandırmır:
“Azərbaycan tərəfi dəfələrlə minalanmış ərazilərin xəritəsini həm Rusiyadan, həm Ermənistanın özündən, həm də beynəlxalq təşkilatlardan tələb edib. Bunun zəruriliyini, vacibliyini də aydın şəkildə izah edib. Lakin edilən bütün çağırışlarımız nəticəsiz qalıb. Dünən də biz bunun daha bir neçə qurbanının şahidi olduq”.
Politoloqun sözlərinə görə, jurnalistlərin itkisi bəzi həqiqətləri üzə çıxarır:
“Birincisi, Ermənistan heç vaxt öz xoşu ilə minalamış ərazilərin xəritələrini verməyəcək. Çünki bu onların "B" planıdır. Bu plana əsasən, biz işğaldan azad edilən əraziləri tam minalardan təmizləyənə qədər onlar yenidən güclənəcək və yeni bir işğal başladacaqlar. Buna görə də daha əbəs yerə onlardan minalanmş ərazilərin xəritəsini istəməməliyik. Ermənistana təzyiqləri artırıb xəritələri dəmir yumruq ilə almalıyıq. Söhbət təkcə hərbi əməliyyatlardan getmir. Ermənistana təzyiq üçün əlimizdəki kifayət qədər rıçaqlar var.
İkincisi, ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyi 27 il ərzində olduğu kimi, bu gün də davam edir. Artıq anlamaq lazımdır ki, bu qurumun heç bir faydası olmayacaq.
Üçüncüsü, Ermənistan-Azərbaycan sərhədində baş verəcək istənilən neqativ hadisəyə ən sərt şəkildə cavab verməliyik. Rəsmi İrəvanın nazıyla oynadıqca daha ciddi itkilərimiz ola bilər”.
İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 155 nəfər ölüb.
"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin Kəlbəcərdə 4 iyun 2021-ci ildə baş vermiş hadisə ilə bağlı bəyanat yayıb.