ABŞ amerikan qoşunlarına yardım edən əfqanları taleyin ümidinə buraxmayacaq.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden deyib.

“Artıq prosesə başlamışıq. Yardım edənlər tərk edilməyəcək. Əfqanıstan Prezidenti Əşrəf Qəni ilə görüşəcəyik. Qonağım olacaq. Bu məsələ müzakirə ediləcək. Bizə yardım üçün həyatlarını riskə atan şəxsləri (əfqanlar, əsasən tərcüməçilər – red.) burada (ABŞ-da – red.) görməkdən şad olardıq”, - deyə Ağ Ev rəhbəri bildirib.

Qeyd edək ki, sentyabr ayına qədər amerikan qoşunları Əfqanıstandan tam çıxarılacaq.

Gürcüstan Prezidenti Salome Zurabişvilinin Ukraynaya rəsmi səfəri başlayıb.

Axar.az xəbər verir ki, gürcü lider çərşənbə axşamından Kiyevdə olsa da, onun rəsmi görüşləri bu gündən başlayacaq.

Zurabişvili səfər çərçivəsində Ukrayna Prezidenti Vladimir Zelenski, Baş nazir Denis Şmıqal və Ali Radanın spikeri Dmitri Razumkovla görüşəcək.

Qeyd edək ki, Salome Zurabişvilinin Ukraynaya səfəri 2019-cu ildə baş tutmalı idi. Lakin Ukrayna tərəfinin xahişi ilə səfərin tarixi 2020-ci ilə keçirildi. Lakin Mixail Saakaşvilinin Zelenski tərəfindən Milli İslahatlar Şurasının İcraiyyə Komitəsinin sədri vəzifəsinə təyin olunmasına görə gərginləşən Gürcüstan-Ukrayna münasibətləri Zurabişvilinin bu səfərini də təxirə salmışdı.