Hakimiyyət maksimum 1,5 il həzz ala biləcək.

Axar.az xəbər verir ki, bunu Ermənistan Blokunun rəsmi nümayəndəsi Narek Mantaşyan deyib. O, Ermənistan hökumətinin daha böyük problemlərlə toqquşacağını və bunlara cavab verə bilməyəcəyini deyib.

Mantaşyan həmçinin hakimiyyətin təbliğat maşınının yalnız Köçəryan və blokunu ləkələmək üçün işlədiyini bildirib. Onun sözlərinə görə, Ermənistan Bloku parlamentdə hər konkret situasiyaya lazımi qiymət verəcək:

“Əgər situasiya bizim parlament tribunasını tutmağımızı tələb etsə, əmin olun ki, tribuna tutulacaq. Xalq müxalifətin necə olmaq lazım olduğunu görəcək”.

Rusiya və Ukrayna arasında hərbi konflikt olsa, NATO Kiyevə qoşun göndərməyəcək, lakin silah verə bilər.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Ukraynanın Təhlükəsizlik Xidməti rəhbərinin keçmiş müavini, general-mayor Viktor Yaqun çıxış edib.

“Tək qalmayacağıq, bu, birmənalıdır. Lakin birbaşa müdaxilə, NATO-nun hər hansı batalyonu, yaxud hərbi qrupunu ərazimizdə görməyəcəyik”, - deyə Yaqun bildirib.

General əlavə edib ki, Rusiya ilə mümkün toqquşma yalnız Ukraynanın problemidir və burada kəşfiyyat məlumatları Kiyevin köməyinə çata bilər.

İsveçdəki Azərbaycan diasporunun fəal üzvləri Abdulla Cavanşir Haşimi, Aida Amir Haşimi və Nadir Hollenbrandın təşəbbüsü ilə "Sərhədsiz Reрortyorlar" təşkilatının bu ölkədəki nümayəndəliyinin https://www.reportrarutangranser.se saytında Kəlbəcərdə mina partlayışı nəticəsində həlak olan azərbaycanlı jurnalistlərdən və Ermənistanın yolverilməz davranışından bəhs edən məqalə yerləşdirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Axar.az-a verilən məlumata görə, məqalədə Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov və Azərbaycan Televiziyasının operatoru Sirac Abışov 2020-ci ildə baş verən müharibədən sonra öldürülən ilk jurnalistlər olduğu bildirilib.

"Müharibə zamanı 7 nəfərdən çox jurnalist yaralanıb, mina partlayışları nəticəsində ölən və yaralanan mülki şəxslərin sayı isə daha çoxdur".

"Sərhədsiz Reрortyorları"ın Şərqi Avropa və Mərkəzi Asiya üzrə şöbə müdiri Janna Kavalye deyib ki, iki jurnalistin ölümü KİV-də çalışan hər kəs üçün faciəli xəbərdir:

"Bu regionda işləmək istəyən digər jurnalistləri də bənzər tale gözləyə bilər və yaxud onlara oraya səfər etməyə və reportajlar hazırlamağa icazə verilməyəcək".

J.Kavalye bu insidentin şəffaf şəkildə araşdırılması çağırışı ilə Azərbaycan və Ermənistan hakimiyyətlərinə müraciət edib.

Qeyd edilib ki, Ermənistan hakimiyyəti "Sərhədsiz Reрortyorlar" təşkilatının azərbaycanlı jurnalistlərin ölümünün araşdırılmasını şərh etmək barədə sualına cavab verməyib.

Məqalədə İsveçdəki “Qarabağ” Azərbaycan Mədəniyyət Dərnəyinin əməkdaşı Aida Amir Haşiminin fikirlərinə də yer verilib. Soydaşımız bildirib ki, Kəlbəcər dünyada ən çox mina yerləşdirilmiş bölgələrdən biridir.

Ermənistan rəhbərliyinin mina xəritələrini Azərbaycana verməkdən imtina etdiyi, yalnız 12 iyun 2021-ci il tarixində ölkəmizin 15 erməni diversantını təhvil verməsi müqabilində Ağdamda yerləşdirilmiş minaların xəritələrinin təqdim edildiyi nəzərə çatdırılıb.

12:52

Bu ilin noyabr ayında Türk Şurasının İstanbulda keçiriləcək 8-ci Zirvə görüşünə Türkmənistan prezidenti də şəxsən qatılacaq. Zirvə görüşünə ciddi hazırlıq gedir.

Axar.az xəbər verir ki, iyun ayının 15-də Türkiyə və Azərbaycan prezidentlərinin Şuşa Bəyannaməsini imzalamasından sonra türk dünyasında diplomatik aktivlik müşahidə olunur. Belə ki, 16 iyunda Türk Şurasının Baş katibi Bağdad Amreyev Şuşa Bəyannaməsi haqqında rəsmi şəkildə bəyanat yaydı. 20 iyunda Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdinin Bakıya, 28 iyunda Azərbaycan Milli Məclisinin spikeri Sahibə Qafarovanın Macarıstana, 30 iyunda Bağdad Amreyevin Türkmənistana, 30 iyunda Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarın Qırğızıstana səfəri baş tutub.

Bugün isə Qırğızıstanın xarici işlər naziri Ruslan Kazakbayev Bakıya gəlib.

Sadalanan səfərlər fonunda İstanbuldakı Zirvə görüşündə türk dünyasının gələcəyinə təsir edəcək 4 önəmli qərarın qəbulunu ehtimal etmək mümkündür:

- Şuşa Bəyannaməsinin genişləndirilmiş şəkildə Türk Şurasının ümumi sənədi kimi qəbulu;

- Macarıstanın təşkilatın tamhüquqlu üzvü olması;

- Türkmənistanın xüsusi bir statusla təşkilata üzvlüyü;

- Türkiyədən başqa digər türk dövlətlərinin də Şuşada konsulluq açması...

Ötən ilin sentyabrında Yerə ən yaxın planet olan Venerada fosfin qazının tapılması elm adamları arasında fikirlərin haçalanmasına səbəb olub.

Axar.az xəbər verir ki, bəzi alimlər Venerada tapılan fosfin qazının quru hava yaratdığı və həyatı mümkünsüz etdiyi, bəziləri isə bunun həyat əlaməti ola biləcəyini söyləyir.

Tədqiqatçılar kosmik zondların topladığı məlumatları dəyərləndiriblər. Buludların daha çox kükürd turşusu və çox az miqdarda sudan ibarət olduğunu bildiriblər. Tədqiqatçılar Venerada hətta ekstremofilin (çox ağır şərtlərdə yaşayan mikroblar) belə yaşaya bilməyəcəyi qənaətinə gəliblər.

İrlandiyalı professor Con Hollsvorts da hesab edir ki, Veneradakı su molekullarının təsirli konsentrasiyası Yer üzündə ən davamlı mikroorqanizm üçün tələb olunan səviyyədən 100 dəfə aşağıdır.

Qeyd edək ki, fosfin qazının aşkar olunduğu vaxt (2020-ci ilin sentyabr ayı) Kardif Universitetinin professoru Ceyn Qrivsin rəhbərliyi altında bir qrup elm adamı Venerada yaşayışın olduğunu gündəmə gətirmişdi.

Britaniya gəmisi ilə Krım yaxınlığında baş verən insident ucbatından dünya III Dünya müharibəsi ərəfəsində yaxınlaşa bilməzdi.

Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

O, Britaniya gəmisi ilə bağlı provokasiyanın arxasında təkcə britaniyalılar yox, həm də amerikalıların dayandığını bildirib.

Zəngəzur dəhlizinin fəaliyyətə başlaması regional inkişafa gətirib çıxaracaq.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Birinci Beynəlxalq Qarabağ İqtisadiyyat Forumu zamanı deyib.

Onun sözlərinə görə, sözügedən dəhliz həm yükdaşıma, həm də sərnişin daşımalarında vaxta və əlavə xərcə qənəat olunmasına gətirib çıxaracaq.