Boliviyada ağır yol qəzası baş verib.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, sərnişin avtobusunun 150 metr yüksəklikdən aşması nəticəsində 34 nəfər ölüb, 10 nəfər yaralanıb.
Faktla bağlı araşdırma aparılır.
Azərbaycanda COVID prosedurları ilə bağlı yeni qaydalar hazırlanacaq.
Bazar Rusiyanın Kuril adaları yaxınlığında Sakit okeanda 5,4 bal gücündə bir zəlzələ qeydə alıblar.
ABŞ-ın rəhbərlik etdiyi NATO qoşunlarının Rusiyaya qarşı təxribatları ittifaqa üzv olan ölkələrin nüfuzuna mənfi təsir göstərir.
Axar.az xəbər verir ki, bu barədə "Nəşnl İnterest" nəşri yazıb.
Nəşrdə bildirilir ki, Krımın Rusiyaya birləşdirilməsindən sonra Ağ Evin və Şimali Atlantika İttifaqındakı müttəfiqlərinin aqressiv ritorikası Qərb ölkələrinin milli maraqlarından kənara çıxıb:
"Vaşinqton bu cür hərəkətlərdən az qazanacaq, eyni zamanda, həm imicində, həm də təsirində çox şey itirəcək".
Eyni zamanda, nəşrə görə, NATO üzvlərindən heç biri əsl hərbi qarşıdurmalara hazır deyil.
Bəzi Rusiya KİV-ləri Türkmənistan-Əfqanıstan sərhədindəki vəziyyətlə bağlı yoxlanılmamış, açıq şəkildə qərəzli məlumatlar yayır.
Axar.az xəbər verir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.
Türkmənistanın hərbi texnika və topçu silahlarının Əfqanıstan sərhədinə yerləşdirildiyi barədə informasiyanın ucuz sensasiya və yalan məlumatlardan başqa bir şey ifadə etmədiyi vurğulanıb.
"Türkmənistan-Əfqanıstan sərhədi dostluq və əməkdaşlıq sərhədidir", - deyə bildirilib.
Qeyd edək ki, "Turkmen nyus" saytı Türkmənistanın Əfqanıstan sərhədinə ağır texnikalar yerləşdirməsi barədə məlumat yaymışdı.
Britaniya Xarici İşlər Nazirliyi Co Bayden komandasının Böyük Britaniyadakı növbəti ABŞ səfirinin keçmiş prezident Barak Obamanın olacağı iddialarını qəti şəkildə təkzib edib.
Axar.az xəbər verir ki, bu barədə “Deyli Ekspress” məlumat yayıb.
Qeyd olunub ki, yanvar ayında yeni rəhbərlik hakimiyyətə gəldikdən sonra Londonda daimi nümayəndə təyin edilməsinin təxirə salındığı barədə şayiələr artmaqdadır.
Böyük Britaniya hökuməti və Vaşinqtondakı bəzi mənbələr Obamanın bu diplomatik vəzifəyə "qeyri-rəsmi təklif edildiyini" bildirirlər.
Lakin Boris Conson bu iddianı təkzib edib.