Britaniya Xarici İşlər Nazirliyi Co Bayden komandasının Böyük Britaniyadakı növbəti ABŞ səfirinin keçmiş prezident Barak Obamanın olacağı iddialarını qəti şəkildə təkzib edib.
Axar.az xəbər verir ki, bu barədə “Deyli Ekspress” məlumat yayıb.
Qeyd olunub ki, yanvar ayında yeni rəhbərlik hakimiyyətə gəldikdən sonra Londonda daimi nümayəndə təyin edilməsinin təxirə salındığı barədə şayiələr artmaqdadır.
Böyük Britaniya hökuməti və Vaşinqtondakı bəzi mənbələr Obamanın bu diplomatik vəzifəyə "qeyri-rəsmi təklif edildiyini" bildirirlər.
Lakin Boris Conson bu iddianı təkzib edib.