Fransada koronavirusa qarşı peyvəndlənməyən tibb işçiləri 15 sentyabrdan etibarən işləyə və maaş ala bilməyəcək.
Axar.az xəbər verir ki, bu barədə Fransa səhiyyə naziri Olivye Veran deyib.
“Sentyabrın 15-ə qədər tibb işçiləri vaksinasiyadan keçməyəcəksə, o zaman işləyə bilməyəcəklər və biz də onlara ödəniş etməyəcəyik”, - deyə nazir bildirib.
Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron ölkədə bütün tibb işçilərinin məcburi peyvəndlənməsi ilə bağlı göstəriş verib.