Əfqanıstandakı terrorçular hücuma keçəcəyi təqdirdə Rusiya həm KTMT, həm də ikitərəfli münasibətlər çərçivəsində Tacikistana hər cür kömək göstərəcək.
Axar.az xəbər verir ki, bunu Rusiyanın Düşənbədəki səfiri İqor Lyakin-Frolov deyib.
“Əfqanıstanda ABŞ-NATO qoşunlarının geri çəkilməsi və bu ölkənin şimalında Taliban hərəkatının hərəkətlənməsi nəticəsində hərbi-siyasi vəziyyətin gərginləşdiyini görürük. Hələlik heç bir qarşıdurma müşahidə etmirik, əksinə Əfqanıstan ərazisindən ekstremistlərin girməsinin qarşısını almaq üçün Tacikistan-Əfqanıstan sərhədini mümkün qədər möhkəmləndirmək üçün Tacikistan hakimiyyət orqanlarının qətiyyətini görürük”.
ABŞ Dövlət Departamentinin müşaviri Derek Şolle iyulun 20-21-i Kiyevə, oradan da Varşavaya gedəcək.
Axar.az xəbər verir ki, bu barədə Dövlət Departamenti məlumat yayıb.
“O, Şimal Axını-2 boru kəməri və enerji təhlükəsizliyi ilə bağlı ümumi narahatlıqlarımız da daxil olmaqla, bir sıra məsələlərdə Ukrayna və Polşa ilə diplomatik danışıqlarımızı davam etdirəcək. Bundan başqa Şolle Kiyevdə ABŞ-ın Ukraynanın Rusiya təcavüzünə qarşı səylərini dəstəkləməsini müzakirə etmək üçün yüksək səviyyəli hökumət rəsmiləri ilə görüşəcək”, - məlumatda qeyd olunub.
Türkiyə Yoluxucu Xəstəliklər Birliyinin prezidenti Məhməd Ceyhan ölkənin rusiyalı turistlər üçün sərhədləri açdığına görə təəssüfləndiyini bildirib.
Axar.az xəbər verir ki, o, bu barədə mediaya müsahibəsində deyib.
Onun sözlərinə görə, ölkədə epidemioloji vəziyyət buna görə ağırlaşır:
"Türkiyədə delta ştammı tədricən və davamlı yayılır. Eyni zamanda, delta yoluxma modelini ciddi şəkildə dəyişdirir. Əvvəllər bir daşıyıcı orta hesabla 2,5 virus ötürürdüsə, indi bu rəqəm 4 nəfərə qədər artıb".
Mütəxəssis deyib ki, ən böyük səhvimiz rusiyalı turistləri qəbul etməyə hazır olmağımızdır. Çünki bu ştamm Rusiyada sürətlə yayılıb.
Qeyd edək ki, ötən gün Rusiyada koronavirusdan ölüm halı pandemiyanın elan olunduğu vaxtdan indiyə qədər ən yüksək həddə qalxıb.
Ermənistan Xarici İşlər Nazirliyinin baş katibi Vaaqn Məlikyan vəzifəsindən azad edilib.
Axar.az xəbər verir ki, bu barədə Ermənistan baş naziri vəsifəsini icra edən Nikol Paşinyan əmr imzalayıb.
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 76 halda yanğına çıxış və köməksiz vəziyyətdə qalma ilə bağlı 12 fakt üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-in mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınlar operativ söndürülüb, insanların həyatı xilas edilib.
Sutka ərzində 1-i azyaşlı olmaqla 13 nəfər, o cümlədən çimərlik və qeyri-çimərlik ərazidə batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas edilib. Bundan başqa, Sumqayıt şəhərində 18-ci mikrorayon ərazisində yerləşən beşmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı biri yataq xəstəsi və ikisi azyaşlı olmaqla 10 nəfər təxliyə olunub.
Həmçinin iyulun 17-də Xaçmaz rayonunun Nabran kəndi yaxınlığında qeyri-çimərlik ərazidə batan 2006-cı il təvəllüdlü Əliyev Malik Sahil oğlunun meyiti sahildə aşkarlanıb və aidiyyəti üzrə təhvil verilib.
Əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində tədbirlər fasiləsiz həyata keçirilir.
Gürcüstan parlamenti qarşısında etiraz aksiyaları keçirən media nümayəndələri parlamentə daxil olmağa çalışırlar.
Axar.az xəbər verir ki, jurnalistlərin parlamentə girməyinə polis mane olur.
Etiraz edən jurnalistlər sırasında Lelo Partiyasının üzvü Tazo Datunaşvilinin də yer aldığı bildirilib. Jurnalistlərin parlamentə təhlükəsizlik rejiminə görə buraxılmadığı vurğulanıb.
Qeyd edək ki, Gürcüstan daxili işlər naziri Vaxtanq Qomelauri etirazlarla bağlı parlamentdə çıxış edir.
Avropa Birliyi bütün üzvlərin Brüssellə konflikti yaranacağı zaman dağıla bilər.
Axar.az xəbər verir ki, bunu Avropa Şurasının keçmiş prezidenti Donald Tusk deyib. Onun sözlərinə görə, hazırda AB-nin iki üzvü – Macarıstan və Polşanın Brüssellə mövqeləri üst-üstə düşmür:
“Əgər belə ölkələrin sayı çox olsa, bu, təşkilatın sonunu gətirəcək. Bununla belə AB-nin çöküşü sürətli olmayacaq”.
Koronavirusa qarşı tədbirlərin sərtləşdirilməsi ilə əlaqədar olaraq Fransa Prezidenti Emmanuel Makronun gənclər arasında populyarlığı azalıb.
Axar.az xəbər verir ki, bu nəticə “İfop” şirkətinin keçirdiyi sorğudan sonra ortya çıxıb.
Məlumata görə, 18-24 yaşlı gənclər arasında Makrondan narazı olanların sayı 51% təşkil edib. Vaksin olunmayanların işdən qovulmasıyla bağlı Makronun verdiyi qərardan 25-34 yaş arasındakı şəxslərin 68%-i narazı olduğunu bildirib. Üstəlik, orta təbəqədə Makrondan narazıların sayı 11% artaraq, 68%-ə yüksəlib.