İsraildə koronavirus infeksiyası ilə bağlı hökumət komissiyası açıq havada kütləvi tədbirlərlə bağlı yeni məhdudiyyətlər tətbiq edib.
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Əfqanıstanda “İslam Əmirliyi”nin geri qaytarılmasını dəstəkləmədiyini bildirib.
Axar.az xəbər verir ki, Əfqanıstanda şiddət və insan haqları pozuntularının artmasından çox narahat olduğunu bildirən BMT Təhlükəsizlik Şurası ölkədəki bütün terror hadisələrini və mülki şəxslərə qəsdən hücumları qınayıb.
Mülki şəxslərə, BMT heyətinə və BMT təsislərinə qəsdən hücumların “müharibə cinayətləri” təşkil edə biləcəyinə işarə edən Şura Əfqanıstan hökumətini və Talibanı əfqanların rəhbərliyi ilə siyasi həll və atəşkəsə çağırıb.
Sakit okeanda Yaponiyanın Honşu adasının şərq sahillərində 5,9 bal gücündə zəlzələ qeydə alınıb.
Pentaqon yaxınlığında baş verən atışma nəticəsində ABŞ-nın polis əməkdaşı ölüb.
Xilasedici briqadalar Şimali Makedoniya ərazisindəki yanğınların öhdəsindən gələ bilmədiyi üçün Prezident Stevo Pendarovskinin göstərişi ilə vəziyyətin ağır olduğu rayonlara hərbi helikopterlər və hərbçilər göndərilib.
Axar.az xəbər verir ki, bu barədə “Radio MOF” məlumat yayıb.
Ölkənin cənubundakı Koçani şəhərinin meri Nikolço İliyev vəziyyətin ağır olduğunu bildirib.
Prezident İlham Əliyev Ağstafa rayonunun Böyük Kəsik-Ağgöl avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam verib.
Sərhəddə təxribatlar, atışma hazırkı mərhələdə Ermənistan hökumətinin qarşıya qoyduğu məqsədlərə çatmaq üçün vasitədir.
Axar.az xəbər verir ki, bunu Report-a Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan istiqamətində gərginliyi şərh edən rusiyalı hərbi ekspert İqor Korotçenko bildirib.
Ekspertin fikrincə, Ermənistan sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat yollarının açılması, habelə Azərbaycanın Rusiya sülhməramlıları yerləşdirilən Qarabağ bölgəsindən qanunsuz silahlı birləşmələrin çıxarılması məsələsini həll etmək istəmir:
“Əksinə, onlar bu məsələlərə Avropa İttifaqını, o cümlədən Ermənistana hərbi qüvvə göndərməyə hazır olduğunu bildirən Fransanı cəlb etməyə çalışırlar”.
Rusiyalı ekspertin qənaətincə, əsas problem Ermənistanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəlikləri, habelə Azərbaycan, Ermənistan, Rusiya liderlərinin yanvar ayında Moskva görüşündə əldə etdikləri razılaşmanın şərtlərini yerinə yetirmək istəməməsidir.
Ekspert hesab edir ki, Ermənistan onillərlə yeritdiyi destruktiv siyasəti davam etdirir. Ordusu darmadağın olduqdan və məğlub edildikdən sonra da Ermənistan reallıqları qəbul etmək istəmir:
“Amma Azərbaycan Prezidenti İlham Əliyevin də dediyi kimi, Qarabağ münaqişəsi artıq mövcud deyil, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Ermənistan isə bunu qəbul etmək istəmir. Sülh sazişini imzalamaqdan boyun qaçırır və hərbi təxribatlarla məşğuldur”.
Böyük dövlətlər arasında nüvə rəqabəti bəşəriyyəti nəzarətsiz hərbi münaqişə ilə təhdid edir.