Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Əfqanıstanda “İslam Əmirliyi”nin geri qaytarılmasını dəstəkləmədiyini bildirib.
Axar.az xəbər verir ki, Əfqanıstanda şiddət və insan haqları pozuntularının artmasından çox narahat olduğunu bildirən BMT Təhlükəsizlik Şurası ölkədəki bütün terror hadisələrini və mülki şəxslərə qəsdən hücumları qınayıb.
Mülki şəxslərə, BMT heyətinə və BMT təsislərinə qəsdən hücumların “müharibə cinayətləri” təşkil edə biləcəyinə işarə edən Şura Əfqanıstan hökumətini və Talibanı əfqanların rəhbərliyi ilə siyasi həll və atəşkəsə çağırıb.