ABŞ-ın dünyada hegemonluğu sona çatır.

Axar.az xəbər verir ki, bu barədə “Nəşnl İnterest”in köşə yazar Mark Katz öz məqaləsində yazıb.

O qeyd edib ki, SSRİ-nin dağılmasından sonra ABŞ hegemonluğu ələ alsa da, XXI əsrin əvvələrində meydana gələn təhdidlər bununla bağlı şübhələrə yol açıb:

“Bunun başlıca göstəricisi ABŞ-ın İraq və Əfqanıstandakı əməliyyatlarda uzun müddətli üstünlüyü təmin edə bilməməsidir. ABŞ 2008-ci ildə Gürcüstan, 2014-cü ildə isə Ukraynada Rusiyaya adekvat cavab verməyi bacarmadı. Yaxın Şərqdə, xüsusilə Suriya, Yəmən, habelə Liviyadakı böhranların həllində isə təşəbbüsü Ankara Tehran və Moskva ilə birgə ələ aldı”.

M.Katz həmçinin əlavə edib ki, Vaşinqton Çinin Şərqi Çin və Cənubi Çin dənizlərində güclənməsinin qarşısını ala bilmədi. Bundan əlavə, ABŞ-ın düşmənləri (İran və Çin – red.) ilə yaxınlaşmaq cəhdi uğursuzluqla nəticələndi.

ABŞ Prezidenti Co Bayden Talibanın mövqelərinin güclənməsinə baxmayaraq, Əfqanıstandan qoşunların çıxarılması planlarını dəyişmək niyyətində deyil.

Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms" məlumat yayıb.

Məlumata görə, Amerika lideri Əfqanıstan hökumətinin Talibana müqavimət göstərmək üçün güc və resurslara malik olmasını gözləyir. Bu baxımdan, Taliban son vaxtlar mövqelərini xeyli gücləndirsə də, Bayden avqustun sonuna qədər ABŞ qoşunlarını ölkədən tamamilə çıxarmaq planlarından imtina etməyi planlaşdırmır.

Bayden administrasiyasının sözçüsü strategiyanın dəyişməz qaldığını vurğulayıb. Eyni zamanda, Pentaqon Əfqanıstan hökumətini zəruri avadanlıqla təmin etmək planlarını da ehtiyatda saxlayır.

Qırğızıstanın keçmiş prezidenti Əsgər Akayev Kumtor qızıl yatağının işlənməsi ilə bağlı yol verdiyi səhvlərə görə qırğız xalqından üzr istəyib.

Axar.az xəbər verir ki, Akayevin müraciəti “Ala-Too 24” telekanalının Feysbuk səhifəsində yerləşdirilib.

“Əziz həmvətənlər, buraxdığım səhvlər ucbatından qırğız xalqının Kumtor layihəsindəki ümidlərini doğrultmadığım üçün səmimi qəlbdən üzr istəyirəm. Hökumətin düzgün nəzarətinin olmaması kanadalı investorların mədən üzərində tam nəzarəti ələ almasına imkan verdi və onlar böyük gəlirlər əldə edərək Qırğızıstanı cüzi dividendlər və ildən-ilə artan ekoloji problemlərlə üz-üzə qoydular. Bütün bunları nəzərə alaraq istintaqla tam əməkdaşlıq edirəm və bundan sonra da edəcəyəm”, - Akayev bildirib.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi Stanislav Zas Ermənistana səfər edəcək.

Axar.az xəbər verir ki, bunu Ermənistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Səfər çərçivəsində Stanislav Zas Baş nazir Nikol Paşinyan, xarici işlər naziri vəzifəsini icra edən Armen Qriqoryan və müdafiə nazirliyinin rəhbərliyi ilə görüşəcək, həmçinin Ermənistan Təhlükəsizlik Şurasının ofisini ziyarət edəcək.