Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 399 yoluxma halı qeydə alınıb.
Dünyada elə ifadələr var ki, şəxslərin adı ilə bağlıdır, amma bir çoxları bunu bilmir. Məsələn, “xuliqan” sözü indi ehtiva etdiyi mənaya görə 19-cu əsrdə Londonda yaşamış məşhur oğru və cinayətkar Patrik Xuliqana borcludur. “Xuliqanlıq etmək” – yəni Xuliqan kimi davranmaq ifadəsi getdikcə bütün dünyaya yayılıb.
Və yaxud, 19-cu əsrin sonlarına doğru Bakının yerli neft milyonçuları gürcü qoluzorlularının, avtoritetlərin təzyiqi altında idi və onlara bac-xərac verirdilər. Günlərin birində milyonçular qərar verir ki, Azərbaycanın atıb-tutan, basıb-kəsən gənclərini gürcü avtoritetlərin önünə çıxartsınlar. Arayırlar və əslən Şamaxıdan olan Qoçu adlı gəncin çox qüvvətli, dəlisov, söz götürməyən biri olduğunu öyrənirlər. Dərhal dəvət edib, silah-əsləhə verib, arxasında dururlar və qısa müddətdə Qoçu məşhurlaşır, gürcü avtoritetlərinin də ayağının Bakıdan kəsilməsində müstəsna rol oynayır. Və bununla da atıb-tutan gənclərə “Sən də Qoçuluq edirsən?” deyimi yaranır, getdikcə bu söz ümumiyyətlə “qoçu” ifadəsini ortaya çıxarır.
İndi Jirinovski də bu qəbildəndir. Jirinovski və yaxud jirik – artıq “xuliqan” sözünün siyasi ekvivalentinə çevrilməkdədir. Diqqət edirsinizsə, “Azərbaycanın Jirinovskisi”, “Ukraynanın Jirinovskisi” və s. tipli ifadələr də meydana gəlib. Jirik – artıq böyük yox, get-gedə kiçik hərflə yazılmağa meyillənir, siyasi xuliqan anlayışı kəsb etməkdədir.
Qayıdaq mətləbə:
Keçmiş səfir və yalnız keçmiş olduqdan, diplomatik xidmətdən kənarlaşdırıldıqdan, qardaşı isə uzun illər prokurorluq orqanlarında tutduğu yüksək vəzifələrdən pensiyaya çıxdıqdan sonra “ayılan” və Azərbaycan hakimiyyətinin siyasətinin yanlış olduğunu qəflətən dərk edən jirik İsfəndiyar Vahabzadə (Allah atasına rəhmət eləsin) jirik Jirinovski haqda “donuz” ifadəsi işlədib. Təəssüf ki, bu ifadəni rus xalqının simasına calamaq istəyib və bununla da ciddi bir jiriklik edib.
Bunu fürsət bilən, nadürüst, erməniyönlü, bütün varlığı ilə rus xalqına ləkə olan jirik Vladimir Sovolyov isə 8 saatlıq növbəti çərənləməsini bu məsələyə həsr edib. Jiriki də danışdırıb, özü də öz səviyyəsinə uyğun ifadələr işlədib və deyib ki, İ.Vahabzadə deyəsən Azərbaycanda yox, Türkiyədə yaşayır, harda yaşamağından asılı olmayaraq, o, Rusiyaya təhvil verilməli və rus həbsxanasına salınmalıdır.
Böyük məmnuniyyətlə jirik Solovyovun bu sözlərinə qatılmaq mümkündür. Gəlin barter edək: Biz öz jiriklərimizi veririk Rusiyaya, Rusiya da siyasi əxlaqsız, nadürüst, xalqlar arasına nifaq toxumu səpən, jurnalist və ya millət vəkili çətiri altında gizlənib, pul qazanmaq üçün bütün sifətlərə dolan və xalqına yalnız nifrətdən başqa heç nə qazandırmayan – başda Vladimir Solovyov, Vladimir Jirinovski, Konstantin Zatulin olmaqla - bütün jiriklərini verir bizə.
Həm rus xalqının canı qurtarır, həm Azərbaycan xalqının. Daha bu jirikləri eşidib, ürəyimiz bulanmır.
Necə barterdir?..
Rusiya Ermənistana silahlı qüvvələrinin modernləşdirilməsi və islahatların keçirilməsində kömək etməyə hazırdır.
Axar.az TASS-a istinadən xəbər verir ki, bu sözləri Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ermənistanın müdafiə naziri Arşak Karapetyanla Moskvada keçirilən görüşü zamanı deyib.
O, Rusiyanın Ermənistanla həm ikitərəfli formatda, həm də KTMT çərçivəsində hərbi əməkdaşlığa böyük əhəmiyyət verdiyini bildirib.
Nazir Ermənistan ərazisində yerləşən 102-ci Rusiya hərbi bazasının təhlükəsizliyin zəmanəti olduğunu vurğulayıb.
Karapetyan isə öz növbəsində müdafiə naziri kimi ilk səfərini Rusiyaya etdiyini xüsusi qabardıb. O, Rusiyanın keçmiş Dağlıq Qarabağda və ümumilikdə Ermənistanın sərhədlərində təhlükəsizlik məsələləri ilə birbaşa məşğul olan yeganə dövlət olduğunu qeyd edərək, dəstək üçün Şoyquya təşəkkürünü bildirib.
Alman polisi dövlət əhəmiyyətli sənədləri Rusiya kəşfiyyat xidmətinə pul müqabilində ötürməkdə şübhəli bilinən İngiltərə səfirliyinin əməkdaşını həbs edib.
Axar.az xarici mətbuata istinadən xəbər verir ki, Almaniya hüquq-mühafizə orqanlarının verdiyi açıqlamada adı David S. olaraq keçən ingilisin mənzilində və iş yerində axtarış aparıldığı bildirilib.
Açıqlamada o da qeyd olunur ki, ötən gün baş tutumuş bu həbs Almaniya və İngiltərə hüquq-mühafizə orqanlarının birgə araşdırmasının nəticəsidir.
Kaliforniya tarixində ən böyük meşə yanğını davam edir.
Axar.az xəbər verir ki, yanğın mindən çox binanı məhv edib. Hazırda yanğın daha 14 min binanı təhdid edir.
Kaliforniya Meşəçilik və Yanğından Mühafizə Departamentinin məlumatına görə, 14 iyulda baş verən yanğın 1984 kvadrat kilometr ərazini əhatə edib.
Qeyd edək ki, “Dixie” adlandırılan yanğın Kaliforniya və ABŞ tarixində bu günə qədər ən böyük yanğındır.
BMT-nin İrana silah embarqosunun sona çatmasından sonra Rusiya və Çin Tehranla müdafiə müqavilələri ilə daha çox maraqlanmağa başlayıb və Vaşinqton buna qarşı çıxmaq əzmindədir.
Axar.az xəbər verir ki, bunu Pentaqon rəhbərinin Yaxın Şərq işləri üzrə köməkçisinin müavini Dana Stroul deyib.
“Çin və İran əvvəllər hərtərəfli əməkdaşlıq haqqında razılaşma imzalayıblar. Ruslar da İrana silah satışı ilə bağlı müqavilə imzalanmasını müzakirə edirlər. Rusiya və Çin İranın silah sahəsində potensialını gücləndirməyə çalışır”, - Pentaqon rəsmisi bildirib.
Afrikada koronavirusa yoluxanların sayı 7 milyon nəfəri ötüb.
Əlcəzairin Tizi-Uzu və Bedcaya əyalətlərində meşə yanğınları zamanı 25-i hərbçi olmaqla 42 nəfər həlak olub.