Taliban döyüşçülərinə qarşı əməliyyatlarını davam etdirən Əfqanıstan Hərbi Hava Qüvvələri ABŞ-ın da yardımı ilə bazar ertəsi müxtəlif əyalətlərdə Taliban sığınacaqlarına hava zərbələri endirib.

Axar.az xəbər verir ki, Əfqanıstan Müdafiə Nazirliyinin öz rəsmi Tvitter hesabında qeyd etdiyinə görə, ötən gün Hilmənd və Qəndəhar əyalətlərinin müxtəlif sektorlarına endirilən hava zərbələri nəticəsində 100-dən çox döyüşçü öldürülüb.

“Bundan başqa, 2 sığınacaq, 1 maşın, 2 ağır silahlı texnika məhv edilib”, - deyə Əfqanıstan Müdafiə Nazirliyi bildirib.

Muğanbank Açıq Səhmdar Cəmiyyəti məhkəməyə verilib.

Axar.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, iddiaçı türkiyəli iş adamı Altıntaş Eyyup Zəkidir. İddia Bakı Kommersiya Məhkəməsinin hakimi Leyla Əliyevanın icraatındadır.

Məhkəmə çəkişməsinin səbəbi müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə mübahisələrdir. "Muğanbank"ın səhmdarları aşağıdakı şəxslərdir:

Mehdiyev Maqbet Rəhim oğlu - 12.14%

Mehdiyeva Fəridə Cahandar qızı - 10.52%

Mehdiyeva Vəfa Əhməd qızı - 11.17%

Mehdiyev Elmir Maqbet oğlu - 66.17%.

Maqbet Mehtiyevlə Fəridə Mehtiyeva "Odlar Yurdu” universiteninin rektoru, keçmiş deputat Əhməd Vəliyevin qudaları, Vəfa Mehdiyeva qızı, Elmir Mehdiyev isə kürəkənidir. Keçmiş rektor "Muğanbank”da payçı olmasa da, bankın qeyri-rəsmi sahibi hesab edilir.

Onu da qeyd edək ki, bundan əvvəl Binəqədi bələdiyyəsinin üzvü Rasim Gözəlovun qanuni təmsilçisi olduğu "Bakı Cihazqayırma Zavodu” və Aqreqat İstehsalat Birliyi MMC-lər Muğanbak ASC-ni məhkəməyə vermişdi.

KTMT-nin Baş katibi Stanislav Zasın Ermənistana səfərində bir neçə vacib məqam var. Birincisi, Zasın sərhəddə baş verən insident zamanı verdiyi açıqlama və tutduğu düzgün mövqe ilə bağlıdır. Hətta Ermənistanın rəsmi şəxsləri Zası oraya hadisələri yerində müşahidə etməyə dəvət etmişdilər. Zasın sözügedən açıqlamasının arxasında Azərbaycanın mövqeyinin dəstəklənməsi dayanır.

Bunu Axar.az-a açıqlamasında siyasi ekspert Elşən Məcidov deyib. Onun sözlərinə görə, KTMT üzvləri və Rusiya da Ermənistanın mövqeyinin doğru olmadığını və yeni mübahisələrə yol açacağını bilir:

“Rusiya və KTMT üzvləri, eyni zamanda Stanislav Zas çox yaxşı başa düşür ki, delimitasiya və demarkasiya prosesi SSRİ xəritələri üzərində həyata keçirilməlidir. Çünki əgər sərhədin dəqiqləşdirməsi SSRİ xəritələrinə görə müəyyən edilməsə, növbəti mərhələdə bu, Rusiyanın milli təhlükəsizlik maraqları və KTMT-nin strukturu üçün təhdid olacaq. Çünki KTMT-nin üzvləri olan dövlətlər və ümumiyyətlə post-sovet ölkələri arasında sərhədlərin dəqiqləşdirilməsi prosesi tam şəkildə yekunlaşmayıb. Əgər Rusiya Ermənistanın istədiyi formada sərhədlərin müəyyən edilməsini dəstəkləsə, son nəticədə bu, keçmiş SSRİ respublikaları arasında ərazi münaqişələrinin qızışmasına səbəb olacaq. Yəni bu, Rusiyanın öz əli ilə mənfi presedent formalaşdırılması mənasına gəlir. Situasiyanın belə inkişafı gələcəkdə Rusiyanın özünə qarşı çevrilə bilər və ona qarşı da ərazi iddiaları açıq şəkildə səsləndirilər”.

Ekspert səfərin tarixinə də diqqət yetirilməsini vacib məqamlardan biri hesab edir. Onun sözlərinə görə, səfərin Dumanın MDB ölkələri üzrə komitəsinin sədr müavini, ermənipərəst Zatulinin səfərindən sonra gerçəkləşməsi heç də təsadüf deyil:

“Burada diqqət çəkən digər bir önəmli məqam 4-5 avqust tarixində Dumanın MDB ölkələri üzrə komitəsinin sədr müavini Zatulinin Ermənistana etdiyi səfərdir. Zatulin həm də MDB Ölkələri İnstitutunun rəhbəridir və Rusiyadakı ən böyük ermənipərəstlərdəndir. Ən önəmli məqam isə bundan ibarətdir ki, o, səfər zamanı sırf müxalif qüvvələrlə görüşmüşdü. Zatulin Köçəryan və qondarma rejimin keçmiş rəhbəri Arkadi Qukasyanla da görüşdü. Sonra isə Ermənistan parlamentinə gedən Zatulin Köçəryanın “Ermənistan” blokunun deputatları ilə müzakirələr apardı. Parlament sədri ilə görüşü isə çox qısa oldu. Zatulin nə Paşinyanla görüşdü, nə də Ermənistan XİN rəsmiləri ilə.

Əslində Rusiya bununla Zasın səfərindən öncə Paşinyana xəbərdarlıq mesajı verdi. Yəni əgər Paşinyan Zasa etiraz etsə, Rusiyadakı ermənilər və Ermənistan daxilində müxalifət Paşinyanın əleyhinə qalxa bilər. Zatulin həm də səfəri zamanı müxalifəti təlimatlandırdı”.

Məcidov Zasın səfərinin nəticəsi olaraq delimitasiya və demarkasiya prosesinin başlayacağını hesab edir:

“Düşünürəm ki, Zasın səfəri zamanı delimitasiya və demarkasiya prosesləri müzakirə ediləcək. Nəticə olaraq isə sərhədlərin dəqiqləşdirilməsi prosesinin Tavuş və Tovuz istiqamətində başlayacağını demək mümkündür. Çünki rus əsgərləri ilk olaraq ora yerləşdirilib. Ermənilərin müharibə dövründə işğal etdikləri və sonradan Voskepar adlandırdıqları Yuxarı və Aşağı Əskipara kəndləri də Azərbaycanın nəzarətinə keçəcək”.