Muğanbank Açıq Səhmdar Cəmiyyəti məhkəməyə verilib.
Axar.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, iddiaçı türkiyəli iş adamı Altıntaş Eyyup Zəkidir. İddia Bakı Kommersiya Məhkəməsinin hakimi Leyla Əliyevanın icraatındadır.
Məhkəmə çəkişməsinin səbəbi müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə mübahisələrdir. "Muğanbank"ın səhmdarları aşağıdakı şəxslərdir:
Mehdiyev Maqbet Rəhim oğlu - 12.14%
Mehdiyeva Fəridə Cahandar qızı - 10.52%
Mehdiyeva Vəfa Əhməd qızı - 11.17%
Mehdiyev Elmir Maqbet oğlu - 66.17%.
Maqbet Mehtiyevlə Fəridə Mehtiyeva "Odlar Yurdu” universiteninin rektoru, keçmiş deputat Əhməd Vəliyevin qudaları, Vəfa Mehdiyeva qızı, Elmir Mehdiyev isə kürəkənidir. Keçmiş rektor "Muğanbank”da payçı olmasa da, bankın qeyri-rəsmi sahibi hesab edilir.
Onu da qeyd edək ki, bundan əvvəl Binəqədi bələdiyyəsinin üzvü Rasim Gözəlovun qanuni təmsilçisi olduğu "Bakı Cihazqayırma Zavodu” və Aqreqat İstehsalat Birliyi MMC-lər Muğanbak ASC-ni məhkəməyə vermişdi.