Cinsi əlaqə isanların təkcə nəsil artıra bilmək üçün yaratdığı bir fantaziya deyil.
Çinin Nankin şəhərində məmurlar koronavirusun yayılmasında yol verdikləri nöqsanlara görə cəzalandırılıblar.
Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Tokio Olimpiadasında bürünc medala sahib olub.
Pakistanda koronavirusun "Delta" ştammına yoluxan 106 yaşlı qadın sağalıb.
Orduda xidmət edən şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması üçün yeni təlim poliqonlarının inşası çox vacibdir və böyük əhəmiyyət daşıyır. Hazırki durumda Azərbaycan əgər türk ordu modelinə keçidi hədəf kimi qarşısına qoyubsa, ordunun say tərkibinin artılırması üçün addımlar atılırsa və Quru Qoşunları komandanlığı yaradılırsa, Kəlbəcərdə bu addımın atılması gözlənilən idi.
Bunu Axar.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev müdafiə naziri Zakir Həsənovun Kəlbəcərə səfərini şərh edərkən deyib. Ekspert həm də Vətən müharibəsindən sonra hərbçilərimizin xidmət sahələrinin genişləndiyini bildirdi:
“Vətən müharibəsi başlayana qədər də bizim hər bir hərbi birliyin, hətta ön xəttə yaxın yerləşən bölmələrimizin özlərinin təlim poliqonları olub. Artıq hərbçilərimiz Laçında və Kəlbəcərdə döyüş növbətçiliyinə cəlb olunursa, onların təlim poliqonları xidmət etdikləri ərazinin yaxınlığında yerləşməlidir ki, həm xidmət getsin, həm də mütəmadi şəkildə təlimlər keçirilə bilsinlər. Bu, eyni zamanda, hərbçilərimizin real relyef şəraitinə uyğun şəkildə təchiz edilmiş poliqonlarda peşəkarlıq səviyyəsinin artırılmasına imkan verəcək. Kəlbəcərdə hərbi infrastrukturun yaxşılaşdırılması üçün atılan addımlar kifayət qədər ciddidir və zamanında atılıb”.
Mərkəzi Asiya Əfqanıstandan yaraqlıların nüfuz etməsindən narahatdır.
Axar.az xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya deyib.
“Qaçqın adı altında terrorçuların bölgəyə girmə riski Orta Asiyadakı qonşularımızın narahatlığına səbəb olmaya bilməz. Mərkəzi Asiyanın 5 ölkəsi ilə daimi əlaqədəyik”, - Nebenzya bildirib.
Yunanıstanın paytaxtı Afinanın Stamata rayonunda meşə sahəsində yenidən yanğın başlayıb.
Axar.az xəbər verir ki, 112 fövqəladə hallar üzrə yardım xidməti Stamata və Rodopoli əhalisi, eləcə də bu ərazilərdə olanların təxliyəsi ilə bağlı məlumat yayıb.
Qeyd edək ki, bundan öncə 27 iyulda Stamata rayonunda güclü meşə yanğını baş vermişdi.
Moldova parlamenti yeni baş nazirin proqramını və hökumətin tərkibini təsdiq edib.
İranda ötən sutka ərzində 34 913 nəfər koronavirusa yoluxub, 458 nəfər koronavirusdan ölüb.