Yunanıstanın paytaxtı Afinanın Stamata rayonunda meşə sahəsində yenidən yanğın başlayıb.
Axar.az xəbər verir ki, 112 fövqəladə hallar üzrə yardım xidməti Stamata və Rodopoli əhalisi, eləcə də bu ərazilərdə olanların təxliyəsi ilə bağlı məlumat yayıb.
Qeyd edək ki, bundan öncə 27 iyulda Stamata rayonunda güclü meşə yanğını baş vermişdi.