Almaniyanın paytaxtı Berlində "Querdenken" hərəkatının COVİD-19 məhdudiyyətləri əleyhinə mitinqi baş tutub.

Axar.az xəbər verir ki, Almaniya hüquq-mühafizə orqanları Berlində razılaşdırılmamış aksiya keçirən 500-dən çox adamı saxlayıb.

Alman mediası bildirir ki, saxlanılanların sayı arta bilər, çünki polisin əməliyyatı davam edir.

Supergüclər arasındakı nüvə yarışı insanlığı nəzarətsiz hərbi qarşıdurma ilə təhdid edir.

Axar.az xəbər verir ki, bu sözləri "San" nəşrinə müsahibəsində ABŞ Silahlara Nəzarət Dərnəyinin tərksilah və təhdidlərin azaldılması siyasəti üzrə direktoru Kinqston Reyf deyib.

Mütəxəssis vurğulayıb ki, böyük dövlətlər arasında yaxın gələcəkdə daha böyük və təhlükəli ola biləcək yeni bir nüvə rəqabətinin şahidi oluruq: "Nüvə yarışı ABŞ və müttəfiqlərinin milli təhlükəsizliyinə təhlükə yaradır".

Onun sözlərinə görə, supergüclər arasındakı rəqabət artır və tərəflər rəqibin hərəkətlərinə cavab olaraq arsenalının ölçüsünü, müxtəlifliyini və imkanlarını genişləndirirlər.

Türkiyədən yanğınlar səbəbi ilə qalxan tüstü Aralıq dənizinin ortasına qədər çatıb.

Axar.az xəbər verir ki, Avropa Birliyinə məxsus peyk səhifəsi bu gün rəsmi Tvitter hesabında foto paylaşıb.

Peykdən çəkilən fotoda Türkiyədən çıxan tüstünün Aralıq dənizin ortasına qədər gəldiyi görüntülənib.

İtaliyanın cənub bölgələrində, xüsusilə Siciliya adasında meşə yanğınları güclənib.

Axar.az xəbər verir ki, bu barədə İtaliyanın Yanğınsöndürmə Departamenti məlumat yayıb.

Məlumatda Siciliyada 250, Puglia və Kalabriyada 130, Latsioda 90, Kampaniya bölgəsində isə 70-dən çox yanğın ocağının olduğu qeyd olunub.

Yanğınların güclü küləyin təsiri ilə daha da geniş vüsət aldığı bildirilib.

Yanğınsöndürmə briqadalarının, xüsusən Siciliyanın iki ən böyük şəhəri Palermo və Kataniya yaxınlığında yanğınları söndürmək üçün fasiləsiz çalışdıqları vurğulanıb.

ABŞ bu gündən etibarən Rusiyadakı səfirlik və konsulluqlarının tərkibini Rusiya və üçüncü ölkələrin vətəndaşlarını işə götürməyi qadağan edən yeni tələblərə uyğunlaşdırmalıdır.

Axar.az xəbər verir ki, bunu ABŞ-ın Rusiya səfiri Con Sallivan deyib.

"Rusiya hökumətinin tədbirləri nəticəsində bu ölkədəki diplomatik nümayəndəliklərin sayı 120 nəfərə qədər azalacaq və buna görə də konsulluq tam olaraq xidmət göstərə bilməyəcək. Bu zəhlətökən tədbirlər potensial olaraq personalımızın təhlükəsizliyinə və Rusiya hakimiyyəti ilə diplomatik təmas imkanlarını özündə ehtiva edən missiyalarımızın işinə ciddi təsir göstərəcək", - Sallivan vurğulayıb.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin qərarına uyğun olaraq ABŞ-ın Rusiyadakı Səfirliyində çalışan 182 Rusiya vətəndaşı işdən çıxarılacaq.

Azərbaycandakı qardaşlarımızın Qarabağ müharibəsi dövründə qəhrəman Azərbaycan əsgərinə, ordusuna necə kömək etdiyinin şahidi oldum. Azərbaycandakı qardaşlarımızla fəxr edirəm. Biz “Bir millət, iki dövlət”ik və xüsusiyyətlərimiz də birdir.

Axar.az İTV-yə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

"Yanğın zamanında olduğu kimi, həmişə yanımızda olan qardaş Azərbaycana, cənab Prezident İlham Əliyevə, nazirlərinə və Azərbaycan xalqına təşəkkürümü bildirirəm. Əvvəlcə qardaşım Ceyhun mənimlə əlaqə saxladı. Daha sonra fövqəladə hallar naziri Kəmələddin Heydərov mənə zəng etdi və cənab Prezidentin tapşırığı ilə əlaqə saxladığını bildirdi. O, Türkiyəyə yardım göndərmək istədiyini söylədi. Həmin vaxt həyat yoldaşım və meşəçilik naziri yanımda idi. Biz də təşəkkürümüzü bildirdik. Telefon zəngindən sonra Azərbaycandan 100-dən çox yanğınsöndürən göndərildi. Bu çətin günlərdə qardaşlarımızın bizi düşünməsindən məmnun qaldıq. Bir daha təşəkkürümüzü bildiririk” - XİN başçısı deyib.