Supergüclər arasındakı nüvə yarışı insanlığı nəzarətsiz hərbi qarşıdurma ilə təhdid edir.
Axar.az xəbər verir ki, bu sözləri "San" nəşrinə müsahibəsində ABŞ Silahlara Nəzarət Dərnəyinin tərksilah və təhdidlərin azaldılması siyasəti üzrə direktoru Kinqston Reyf deyib.
Mütəxəssis vurğulayıb ki, böyük dövlətlər arasında yaxın gələcəkdə daha böyük və təhlükəli ola biləcək yeni bir nüvə rəqabətinin şahidi oluruq: "Nüvə yarışı ABŞ və müttəfiqlərinin milli təhlükəsizliyinə təhlükə yaradır".
Onun sözlərinə görə, supergüclər arasındakı rəqabət artır və tərəflər rəqibin hərəkətlərinə cavab olaraq arsenalının ölçüsünü, müxtəlifliyini və imkanlarını genişləndirirlər.