Əfqanıstandakı hadisələr məntiqi olaraq başa çatmış bir ABŞ əməliyyatı deyil. Burada BMT Təhlükəsizlik Şurasının mandatını xatırlamaq lazımdır.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova çıxış edib.

"Belə demək mümkünsə, bu məsələ (ABŞ-ın Əfqanıstandakı hərbi kampaniyası - red.) həddindən artıq savadsızlığı ilə seçilir", - Zaxarova qeyd edib.

Zaxarova ABŞ-ın Əfqanıstandakı BMT Təhlükəsizlik Şurasının mandatını unutduğunu söyləyib.

Britaniya hökuməti uşaqlar və yeniyetmələr arasında COVİD-19-a qarşı kütləvi vaksinasiya aparmayacaq.

Axar.az xəbər verir ki, bu barədə məlumatı “Teleqraf” qəzeti yayıb.

Britaniyanın Vaksinasiya və İmmunlaşma üzrə Birləşmiş Komitəsi uşaqları əlavə risklərin nəticələri haqqında informasiya əldə olunmayana qədər peyvənd etdirməməyə səsləyib. Bununla bərabər 12 yaşdan 15 yaşa qədər koronavirus qarşı həssas olan uşaqların peyvənd olunmasına izn veriləcəyi vurğulanıb.

16:11

Bölgədə sabitlik və firavanlıq yaratmaq üçün qısa, orta və uzun müddətdə müzakirə edilməli olan dörd mövzunu görürük.

Axar.az xəbər verir ki, bunu Avropa Şurası prezidenti Şarl Mişel deyib.

"Birincisi, təmkinli ritorikadır. Aqressiv sözlərdən çəkinmək lazımdır. Bundan başqa, hərbi əsirlərin geri qaytarılması və minalanmış ərazi xəritələrinin veriləcəyinə ümid edirəm.

İkinci məsələ sərhəd delimitasiyasıdır. Bunun danışıqlar yolu ilə həll olunacağına ümid edirəm.

Üçüncü məqam, xüsusilə nəqliyyat məsələsində (nəqliyyat dəhlizi və kommunikasiyaların açılması nəzərdə tutulur – red.) mümkün əməkdaşlığın müzakirəsidir.

Dördüncü məqam Qarabağın “status”u və sülh məsələsidir", - deyə Mişel bildirib.

O, eyni zamanda ölkənin qarşısında duran prioritet vəzifələrin icrası üçün Ermənistana 2,6 milyard dollar ayırmağa hazır olduqlarını bildirib.

Qeyd edək ki, Şarl Mişel ötən gündən İrəvandadır. O, Bakıya sabah gələcək.

 

ABŞ Prezidenti Co Bayden 26 iyulda İraqın Baş naziri Mustafa Kazımi ilə Ağ Evdə görüşəcək.

Axar.az xəbər verir ki, bu məlumatı Ağ Evin mətbuat katibi Cen Psaki yayıb.

O deyib ki, İraq baş nazirinin ABŞ-a səfəri iki ölkə arasındakı strateji partnyorluğun göstəricisidir.

C.Psaki səfər çərçivəsində ikitərəfli əlaqələrin inkişafı üçün sazişlərin imzalanacağı, müxtəlif istiqamətlərdə - təhsil, tibb, enerji, iqlim də daxil olmaqla müzakirələr aparılacağını bildirib:

“Prezident Bayden İraqla siyasi, iqtisadi və təhlükəsizlik, o cümlədən İŞİD-ə qarşı mübarizəni gücləndirmək istiqamətində ikitərəfli əməkdaşlığın daha da güclənəcəyinə inanır”.

ABŞ Xəstəliklərin Kontrolu və Qarşısının Alınması Mərkəzi Nigeriyadan Dallasa gedən amerikalı sərnişində meymun çiçəyi virusunun (monkeypox) aşkarlandığını və həmin şəxsin xəstəxanaya yerləşdirildiyini açıqlayıb.

Ardını oxu...

İsraildə Türkiyə, İspaniya, Sinqapur kimi ölkələrdəki siyasətçiləri, jurnalistləri, fəalları və akademikləri izləyən proqram təminatını blokladıq.

Axar.az xəbər verir ki, bu barədə "Maykrosoft" şirkətindən açıqlama verilib.

Şirkət qeyd edib ki, İsraildə olan haker şirkətlərindən birinin istifadə etdiyi casus proqramı bloklanıb:

"Bu proqram vasitəsilə dünyanın bir çox ölkələrində yüzlərlə siyasətçi, insan haqları fəalı, jurnalisti və akademikləri izlənilib".

"Maykrosoft" proqramın bloklanması üçün Toronto Universiteti nəzdindəki "Citizen Lab" şirkəti ilə birgə çalışdıqlarını vurğulayıb:

"Fələstin, İsrail, İran, Livan, Yəmən, İspaniya, İngiltərə, Türkiyə, Ermənistan və Sinqapurdakı bəzi hədəflərə hücum edilib".

Şirkət konkret olaraq kimin hədəf alındığını açıqlamayıb.