Britaniya hökuməti uşaqlar və yeniyetmələr arasında COVİD-19-a qarşı kütləvi vaksinasiya aparmayacaq.
Axar.az xəbər verir ki, bu barədə məlumatı “Teleqraf” qəzeti yayıb.
Britaniyanın Vaksinasiya və İmmunlaşma üzrə Birləşmiş Komitəsi uşaqları əlavə risklərin nəticələri haqqında informasiya əldə olunmayana qədər peyvənd etdirməməyə səsləyib. Bununla bərabər 12 yaşdan 15 yaşa qədər koronavirus qarşı həssas olan uşaqların peyvənd olunmasına izn veriləcəyi vurğulanıb.