Qarabağdakı separatçıların lideri Araik Arutyunyan yaxın günlərdə Moskvaya getmək niyyətindədir.
Axar.az xəbər verir ki, bu məlumatı “Qraparak” qəzeti yayıb.
“Arutyunyan komandasına deyib ki, Moskvadan qayıtdıqdan sonra siyasi məsləhətləşmələrə təşəbbüs göstərəcək və ondan narazı olan müxalifətçilərə “vəzifə” verəcək. Arutyunyan, həmçinin Moskvada “növbədənkənar seçki”nin keçirilməsi imkanlarını müzakirə edəcəyini də söyləyib”, – deyə o bildirib.
Məşhur rusiyalı iqtisadçı və siyasi xadim İrina Xakamada 15 il sonra Rusiyanın SSRİ ilə oxşar taleyi yaşayacağını bildirib.
Axar.az xəbər verir ki, Xakamada bu fikrini “Rossiya 1” telekanalında Vladimir Solovyevun verilişində çıxışı zamanı səsləndirib. O, Rusiya elitasını ölkəni uçuruma aparmaqda ittiham edib:
“Nə biz, nə Ukrayna, nə də Moldova iqtisadiyyat qura bildik. Heç kim bizə mane olmurdu. Bu, hansısa sui-qəsd deyil, çünki ortada 80 il var idi. İndi gəl 20 ilə yeni elita qurmağa cəhd göstər. Bu yoxdur, belə insanlar yoxdurlar. Onları hələ yetişdirmək lazımdır...
Sovet dövründə bütün imperiya Amerika imperializminə qarşıydı. Nüvə qalxanının yaradılmasına, Kennedi ilə Kubaya kimin birinci raket yerləşdirəcəyi ilə bağlı rəqabətə həddən artıq böyük pullar xərclənmişdi. Xalq ac idi, amma bütün pullar düşmənlə mübarizəyə gedirdi. Bu nə ilə bitdi? Neft qiymətləri düşdü və SSRİ dağıldı. İndi bizə yenə oxşar şey təklif edirlər. Bütün pullar hərbi büdcəyə, NATO ilə birgə Rusiya və Ukraynanı fəth etməyə çalışan ABŞ-la mübarizəyə gedir. Xalq qoy ac qalsın, çünki biz əsl vətənpərvərik. Biz Avropa və ABŞ-a qarşı döyüşəcəyik. Bütün bunlar nə ilə bitəcək? Bütün bunlar Rusiyanın çöküşü ilə bitəcək. Mənim sözlərimi qeyd edin və 15 il sonra onları yenidən izləyin. O zaman görəcəksiniz ki, nə baş verir”.
Xakamada Rusiyanın daim kimlərdəsə günah axtardığını deyib. O, Ukrayna və digərlərinin Rusiyadan qaçmasının əsas səbəbinin Moskvanın nəyisə düzgün etməməsi olduğunu bildirib.
Türkiyənin zirehli avtomobil şirkətləri ən böyük rəqibimizdir. Hansı ölkəyə məhsulumuzu aparmaq istəsək, orada hər kəslə dostluq münasibətləri qurmağ bacarmış və məhsullarını təqdim etmiş türk müəssisələri var.
Axar.az xəbər verir ki, bunu Rusiyanın zirehli nəqliyyat şirkəti "Remdizel"in baş dizayneri İqor Zaxaroviç deyib.
Zaxaroviç Türkiyə şirkətlərinin uğrunun səbəbini belə izah edib:
"Türkiyə qanunvericiliyi yerli müəssisələrə öz nəqliyyat vasitələrini rəsmi qurumlardan icazə almadan xaricə təklif etməyə imkan verir. Son 5 ildə Türkiyədə ixracat 30 faiz artıb, idxal isə 59 faiz azalıb".
"Barselona" ötən ayın sonu klubla müqaviləsi başa çatan Lionel Messi ilə danışıqları davam etdirir.
Axar.az Qol.az-a istinadən xəbər verir ki, İspaniyanın "Marca" nəşri danışıqlarla bağlı bir sıra detalı öyrənə bilib. Məlumata görə, müqavilədə bəzi məqamlar tərəflərin yekun razılığa gəlməsini yubadır.
Argentinalı futbolçu Kataloniya klubu qarşısında bir neçə vacib şərt irəli sürüb.
Birincisi, Messi hazırda maddi problemləri olan klubdan müqavilə ilə ona çatacaq pulun, yeni pandemiya dalğası başlanacağı halda belə tam olaraq ödənilməsini tələb edir.
İkincisi, Messinin agentləri öyrənmək istəyir ki, "Barselona" futbolçusuna köhnə müqavilədən qalan borcunu yeni müqavilə bağlandıqdan sonrakı hansı müddətdə ödəyəcək.
Üçüncüsü, futbolçunun yaxınlarına klubun vergi ilə bağlı məsələni necə yoluna qoyacağı hələ də aydın deyil. Əgər yaxın 2 ildə klub Messinin köhnə borcunu ödəyə bilməsə, bu halda o, həmin pulu artıq ABŞ-da almalı olacaq (Messi 2023-cü ildə MLS-ə getmək fikrindədir). Agentləri bilmək istəyir ki, Messi ABŞ-da olarkən vergini bu ölkəyə, yoxsa İspaniyaya ödəməli olacaq.
Bundan başqa, Messi klubun yeni idman proyektinin nəticə verməyəcəyindən narahatdır. Klub bu yay Serxio Aquero, Memfis Depay, Erik Qarsiya ilə müqavilə bağlasa da, Messi bu transferlərin "Barselona"nı yeni səviyyəyə çıxaracağından əmin deyil.
Məlumatda o da bildirilir ki, argentinalı hücumçunun "Barselona" ilə yeni müqavilə başlayacağına dair yekun qərarı yoxdur.
Ukrayna Prezidenti Vladimir Zelenski bir sıra şəxslərin orden və medallarla təltif edilməsi haqqında fərman imzalayıb.
Axar.az xəbər verir ki, təltif edilənlər arasında Ukraynada yaşayan soydaşımız da var. Vladimir Zelenskinin Fərmanı ilə Ukrayna Baş Prokuror Ofisi Departamentinin şöbə müdiri Samir Şirxan oğlu Allahverdiyev “Xidmətə görə” 3-cü dərəcəli medal ilə təltif edilib.
Qeyd edək ki, Samir Allahverdiyev uzun müddətdir Ukrayna hüquq-mühafizə orqanlarında çalışır.
Bir neçə ölkə Cənubi Kiprdə iki gündür davam edən meşə yanğını ilə əlaqədar bu ölkəyə yanğınsöndürmə təyyarəsi göndərib.
Axar.az xəbər verir ki, bu barədə BBC nəşri məlumat yayıb.
Güclü külək nəticəsində sürətlə yayılan alov bir neçə kəndin təxliyəsinə gətirib çıxarıb. Yanğın zamanı 4 nəfərin öldüyü bildirilib.
Ölkənin daxili işlər naziri Nikos Nuris ölkədə davam edən yanğının 1974-cü ildən bəri ən böyük yanğın olduğunu söyləyib.
İranda ötən sutka ərzində 165 nəfər koronavirusdan (COVID-19) ölüb.
Azərbaycanda zəlzələ qeydə alınıb.
Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, yerli vaxtla saat 20:52-də Beyləqan rayonunda zəlzələ qeydə alınıb.
Zəlzələ hiss olunmayıb.