Rusiya Prezidenti Vladimir Putinin yeni tarixi məqaləsinin dərc olunacağı yayım yeri hələ müəyyənləşməyib.

Axar.az xəbər verir ki, bu sözləri Kreml sözçüsü Dmitri Peskov deyib.

"O, bir məqalə üzərində işləyir. Yayım yeri hələ müəyyən edilməyib", - Peskov bildirib.

Qeyd edək ki, bir müddət öncə Putin açıqlamasında Rusiya xalqının tarixi, o cümlədən Ukrayna ilə əlaqələri haqqında ayrıca bir analitik məqalə yazacağını bəyan edib.

ABŞ Rusiyanın qarşısını almaq planlarından imtina etmir.

Axar.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, bu, iki ölkənin münasibətlərinə neqativ təsir edəcək.

Somalinin Qalmuduq bölgəsində “Əş-Şəbab” terror qruplaşması hökumət qüvvələrinə qarşı hücum həyata keçirib.

Axar.az xəbər verir ki, hadisə Visil yaşayış məntəqəsində baş verib.

Minalanmış avtomobilin partladılmasından sonra ərazidə şiddətli atışmalar olub.

Moqadişu və Hobyo şəhərlərindən göndərilən hərbi kortejlərin də pusquya salındığı bildirilib.

“Əş-Şəbab” bir müddət Visil zonasını nəzarətə götürüb, daha sonra isə geri çəkilib.

Baş verən qarşıdurmalar zamanı hökumət qüvvələrindən 50, terrorçulardan isə 42-nin öldürüldüyü deyilir.

Dünya ictimaiyyəti koronavirusun indiki pandemiya dərslərindən ibrət götürməli, yeni epidemiyalara və pandemiyalara hazırlaşmalıdır.

Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

"Biz hamımız pandemiyanın dərslərindən nəticə çıxarmalıyıq”, - deyə o əlavə edib. ÜST rəhbəri vurğulayıb ki, yeni epidemiyalara və pandemiyalara hazırlıq, onların qarşısını alması, üzə çıxarılması və pandemiyalara ümumi səhiyyə xidmətləri və güclü ilkin tibbi yardım əsasında reaksiya vermək üçün hər şeyi etmək lazımdır.

COVID-19 pandemiyasından danışan Qebreyesus diqqəti yüksək və aşağı gəlirli ölkələr arasındakı fərqi artıran peyvənd bərabərsizliklərinə və vaksin millətçiliyinə cəlb edib. Onun sözlərinə görə, hazırda koronavirusa qarşı peyvəndlər 77 % -i dünyanın yalnız 10 ölkəsində edilir. Eyni zamanda, az gəlirli ölkələrin əksəriyyəti hələ də ən həssas və risk altındakı əhaliyə çatacaq qədər peyvəndə malik deyillər.

"Əgər ölkələr dərhal peyvəndləri COVAX mexanizmi ilə paylaşsalar və istehsalçılar COVAX sifarişlərinə üstünlük versələr, onda sentyabr ayına qədər hər ölkənin əhalisinin azı 10 %-ni və ilin sonuna qədər isə azı 40 %-ni peyvənd edə bilərik", - ÜST rəhbəri deyib.

O, xatırladıb ki, sentyabr ayına qədər əlavə olaraq 250 milyon doza peyvənd tapmaq lazımdır.

Hər tərəfi tar-mar edilmiş, heç bir həyat əlaməti olmayan, yerlə-yeksan olmuş bir şəhərdəyik. Bütün binalar yox edilib. Burada həyata keçirilən vəhşiliklər dünya mədəniyyət tarixinə bir zülm dövrü kimi düşəcək.

Axar.az xəbər verir ki, bu sözləri Azərtac-a açıqlamasında işğaldan azad edilmiş Ağdam şəhərinə səfər etmiş Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Əhməd Misbah Dəmircan deyib.

Əhməd Misbah Dəmircan 27 il işğal altında qalmış torpaqlarda hər şeyin məhv edildiyini görməkdən təəssüfləndiyini bildirib, eyni zamanda həyata keçiriləcək quruculuq işlərinə görə sevincini ifadə edib:

“Azərbaycan dövləti burada geniş bir inkişaf planı hazırlayıb. Yeni şəhər müasir texnologiya əsasında qurulacaq. Qısa zaman içərisində yeni bir mədəniyyətin inşa ediləcəyini görəcəyik. Yaxşı ki, Azərbaycan dövləti var, Azərbaycan ordusu var, Azərbaycan-Türkiyə qardaşlığı var. Yaxşı ki, pis kabusun sonuna çatmağın xoşbəxtliyini yaşadıq”.