Hər tərəfi tar-mar edilmiş, heç bir həyat əlaməti olmayan, yerlə-yeksan olmuş bir şəhərdəyik. Bütün binalar yox edilib. Burada həyata keçirilən vəhşiliklər dünya mədəniyyət tarixinə bir zülm dövrü kimi düşəcək.
Axar.az xəbər verir ki, bu sözləri Azərtac-a açıqlamasında işğaldan azad edilmiş Ağdam şəhərinə səfər etmiş Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Əhməd Misbah Dəmircan deyib.
Əhməd Misbah Dəmircan 27 il işğal altında qalmış torpaqlarda hər şeyin məhv edildiyini görməkdən təəssüfləndiyini bildirib, eyni zamanda həyata keçiriləcək quruculuq işlərinə görə sevincini ifadə edib:
“Azərbaycan dövləti burada geniş bir inkişaf planı hazırlayıb. Yeni şəhər müasir texnologiya əsasında qurulacaq. Qısa zaman içərisində yeni bir mədəniyyətin inşa ediləcəyini görəcəyik. Yaxşı ki, Azərbaycan dövləti var, Azərbaycan ordusu var, Azərbaycan-Türkiyə qardaşlığı var. Yaxşı ki, pis kabusun sonuna çatmağın xoşbəxtliyini yaşadıq”.