Ermənistanda keçirilən parlament seçkilərində Paşinyan qalib gəldi. Nəticə Ermənistan qədər Rusiya, ABŞ, Azərbaycan və Türkiyəni maraqlandırır.
Axar.az xəbər verir ki, bunu türkiyəli tanınmış jurnalist Taha Dağlı deyib.
O bildirib ki, Qarabağ məğlubiyyəti Qərb tərəfindən dəstəklənən Paşinyanla rusiyapərəst erməni müxalifləri arasında dərin bir uçuruma səbəb oldu:
“Rusiya tərəfindən dəstəklənən Ermənistan ordusu Paşinyana qarşı çevriliş etməyə çalışdı. Nəticədə Paşinyan böhranı özü üçün yaxşı idarə etdi, erkən seçki qərarı verdi. Bir növ bu seçkiləri Qərblə Rusiya arasındakı mübarizənin əks olunması da adlandırmaq olar. Çünki bu, ABŞ administrasiyasının dəstəklədiyi Paşinyanla Rusiyanın dəstəklədiyi Köçəryanın qarşı-qarşıya gəldiyi bir seçki idi. Paşinyan qalib, Rusiya məğlub oldu. Moskva Qarabağ müharibəsində istədiyini almışdı. Rusiya Qarabağa sülhməramlı qüvvə adı altında əsgərlərini göndərdi, ancaq Rusiyanın Ermənistanda ağalıq iddiası qarşısında bir Paşinyan maneəsi var idi və seçkilərin nəticəsi göstərdi ki, bu maneə bir müddət qalacaq”.
T.Dağlının sözlərinə görə, Rusiya bölgəni “arxa baxçası” kimi görür:
“Rəsmi Moskva Ermənistan-Azərbaycan münaqişəsini son 30 ildir demək olar ki, təkbaşına idarə edirdi. Bu status-kvo pozuldu. Azad olunan Qarabağda "sülh gücü" adı altında mümkün itkinin qarşısını aldılar. Ancaq Paşinyanın rəhbərlik etdiyi Ermənistan Rusiyanın tam nəzarətində deyil. Ermənistanda Paşinyanın davam etməsi xüsusən ABŞ faktoruna görə Rusiyanın hərəkət sahələrini məhdudlaşdıra bilər. Misal üçün Zəngəzur dəhlizi. Rusiya bu dəhlizin vacib nöqtəsi olan Sünik şəhərində hərbi baza yaratmağa çalışır. Bu bazanın qarşısında ən böyük maneə Paşinyandır. Çünki ABŞ bu dəhlizdə qalıcı Rusiya hərbi varlığının əleyhinədir. Paşinyanın qazandığı seçkiləri də Bayden effekti kimi qiymətləndirə bilərik. ABŞ Prezidentinin 24 aprel tarixindəki soyqırım böhtanı Paşinyan üçün Qarabağ məğlubiyyətindən sonra itirdiyi nüfuzun əvəzini çıxarmaq üçün vacib bir hədiyyə oldu. Rusiya Qarabağ prosesində bitərəf qalmaqla Paşinyanı cəzalandırmağa üstünlük verdi. Əlbəttə ki, birbaşa Azərbaycan və Türkiyə ilə üz-üzə gəlmək istəmirdilər. Ancaq aydındır ki, Qarabağ müharibəsində Paşinyan yox, Köçəryan Ermənistanın başında olsaydı, ruslar hər şeyə rəğmən səs-küy salmaqdan əl çəkməzdilər. Paşinyan kimi bir fiqurun Türkiyəyə və Azərbaycana çox böyük zərər verəcəyini söyləmək çətindir. Bu mənada Paşinyanın davam etməsi Azərbaycan üçün mənfi vəziyyət yaratmır. Əksinə, Rusiyanın dəstəklədiyi Köçəryanın qələbəsi Qarabağa yeni hücum cəhdlərini tətikləyə bilərdi. Köçəryan Ermənistandakı parçalanmaya səbəb ola bilərdi”.
Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 914 yoluxma halı qeydə alınıb, 24 nəfər ölüb.
Sərkisyan və Köçəryan hətta ikisi birlikdə belə Nikol Paşinyan kimi “zəif” sayılan rəqibi məğlub edə bilmədilər. Amma bu hələ başlanğıcdır – quldur Robik və Serjik təslim olmaq fikrində deyillər.
Axar.az xəbər verir ki, bu barədə erməni siyasi icmalçı Samvel Ohanesyan yazır.
“Robik və Serjikin bu cür biabırçı uduzması onu göstərir ki, erməni xalqı quldurlardan, terrorçulardan bezib. İnsanlarımızın yadından çıxmayıb ki, bu iki quldurun hakimiyəti dövründə biznesi olanlar qazanclarının yarısını onlara verməli idilər. Orduda əsgərlər alçaldılırdı, “dedavşina” baş qaldırmışdı. Əsgərləri zorlayırdılar. Avropaya inteqrasiya cəhdləri batırılırdı. Amma biz gördük ki, hətta ölkənin ağır siyasi vəziyyətində belə bu quldurların spekulyasiya etmək cəhdləri heçə endi. Onlar özləri üçün ən əlverişli bir anda məğlub oldular.
İndi Paşinyan Ermənistanın siyasi və iqtisadi dalandan çıxarılması üçün titanik işlər görməlidir.
Amma qudur Robik və Serjik Paşinyanı mümkün qədər ağrılı vurmaq üçün gizli şəkildə təxribatlar təşkil edəcəklər”, - deyə Ohanesyan qeyd edib.
Azərbaycan və Qazaxıstan arasında dostluq və qardaşlıq əlaqələrinin əsası ulu öndər Heydər
11:25
Ermənistan Kremlin hegomoniyasından daha bir addım uzaqlaşdı və bu ona özünəməxsus inkişaf perspektivi vəd edir.
Axar.az xəbər verir ki, bu sözləri tanınmış rusiyalı tarixçi, politoloq Oleq Kuznetsov Ermənistanda keçirilən növbədənkənar parlament seçkisinin nəticələrinə münasibətində qeyd edib.
O bildirib ki, bu inkişaf perspektivi yalnız Azərbaycanın Qarabağ və sərhədlə bağlı qanuni tələblərinə qarşılıq verəndən sonra mümkündür:
“Rus təbliğatı isə növbəti dəfə öz vecsizliyini, mənasızlığını və satqınlığını bir daha göstərdi”.
Qeyd edən ki, ötən gün Ermənistanda keçirilən seçkilərdə Paşinyanın Mülki Müqavilə Partiyası 53,92 faiz səslə qalib gəlib. Onun əsas rəqibi, Rusiyanın dəstəklədiyi Robert Köçəryan isə 21,04 faiz səs toplayıb.
Şimali Koreya lideri Kim Çen İnin dediklərini maraqlı siqnal kimi qəbul etdik.
Axar.az xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.
“Önümüzdəki dövrdə birbaşa əlaqə qurmaq üçün hər hansı bir yolun olub-olmadığını izləyəcəyik", - deyə o bildirib.
Qeyd edək ki, Kim Çen İn ölkəsinin ABŞ administrasiyası ilə həm dialoqa, həm də qarşıdurmaya hazır olmalı olduğunu bildirmişdi.