İranın xarici siyasəti 2015-ci il nüvə anlaşmasından ibarət olmayacaq, əksinə, bütün dünya ilə qarşılıqlı əlaqədə olacağıq.
Axar.az xəbər verir ki, bunu İranın yeni prezidenti İbrahim Rəisi deyib.
O, hökumətin xarici ölkələrlə diplomatiya aparmağa davam edəcəyini və bu yanaşmanın nüvə anlaşmasının dirçəldilməsi ilə bağlı davam edən danışıqlarla məhdudlaşmayacağını vurğulayıb:
"Dünya ilə qarşılıqlı əlaqədə olacağıq. İran xalqının mənafelərini nüvə razılaşmasına bağlamayacağıq. Ölkəmizin maraqları təmin olunmadıqca nüvə anlaşması barədə danışıqlar aparmaq niyyətimiz yoxdur".
Rəisi nüvə razılaşmasının ləğv edilməsindən yalnız ABŞ-ın cavabdeh olmadığını, Trampın geri çəkilməsindən sonra AB-nin də razılaşma üzərindəki vəzifələrini yerinə yetirmədiyini bildirib.
İsveç hökuməti Avropa İttifaqı və Avropa İqtisadi Zonasından İsveçə səyahət qadağasının uzadılmasına qərar verib.
Vasitəçilik olmadan regionda sülhə nail olmaq mümkün deyil. Mehriban qonşuluq münasibətləri yaradılmalıdır. Bunun alternativi yoxdur.
Axar.az Report-a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin Antalya şəhərində keçirilən Antaliya Diplomatiya Forumu çərçivəsində “Cənubi Qafqaz: Regional sülh və əməkdaşlıq üçün yeni imkanlar” mövzusunda təşkil edilmiş panel müzakirələri zamanı bildirib.
Onun sözlərinə görə, noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatdan sonra Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində addımlar atır. Buna misal kimi Bayramov ötən qış Rusiya qazının Azərbaycan ərazisindən keçməklə Ermənistana ötürülməsinə icazə verilməsini göstərib.
Qeyd edək ki, forum iyunun 18-dən 20-dək davam edəcək.
Türkiyə-Azərbaycan münasibətlərini rəsmi Bakının NATO-ya üzv olması kimi qələmə vermək mümkün deyil. Azərbaycan heç bir hərbi blokun üzvü deyil və yaxın illərdə də bu haqda düşünmür.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli Rusiya Dumasının Müdafiə komitəsi sədrinin birinci müavini Aleksandr Şerinin “Azərbaycanı faktiki olaraq NATO üzvü saymaq olar” sözlərini şərh edərkən deyib.
Q.Hüseynli qeyd edib ki, Aleksandr Şerinin “Azərbaycan Türkiyə ordusu ilə birgə KTMT üzvünə qarşı vuruşdu” ifadəsi yanlış, bir o qədər də məkrli düşüncənin məhsuludur:
“Birincisi, belə bir şey olmayıb. Əgər Türkiyənin NATO üzvü olması və müharibə zamanı Azərbaycana siyasi dəstək verməsi bütövlükdə NATO-nun dəstəyi mənasına gəlirsə, belə çıxır ki, NATO həm də Ermənistana dəstək verib. Çünki NATO-nun digər bir üzvü olan Fransa 44 günlük müharibə zamanı Ermənistana həm siyasi, həm iqtisadi, həm də qeyri-rəsmi hərbi dəstək verib. Fransa bu gün də Ermənistanı dəstəkləyir.
Aleksandr Şerinin sözlərindən həm də bu nəticəyə gəlmək olar ki, Fransa və Rusiyanın timsalında NATO və KTMT birlikdə Ermənistana yardım edib, başqa sözlə, Ermənistan həm KTMT, həm də "faktiki olaraq" NATO üzvüdür.
İkincisi, Azərbaycan hansısa hərbi blokda yer almaqdansa, Qoşulmama Hərəkatını seçib. Ölkəmiz bu gün adıkeçən təşkilatın sədridir. Zənnimcə, bu, hər şeyi aydınlaşdırır”.