80 seçki məntəqəsinin (2008 seçki məntəqəsindən) rəsmi nəticələrinə əsasən Nikol Paşinyanın Mülki Müqavilə Partiyası 58,04, Robert Köçəryanın “Ermənistan” bloku 22,01 faiz səs toplasa da, paytaxtdakı məntəqələrdə vəziyyət başqadır.
Axar.az RİA-ya istinadla xəbər verir ki, sayılan seçki məntəqələrinin İrəvana düşən hissəsinə əsasən, Köçəryan paytaxtda 68,22% səslə liderdir. Nikol Paşinyan isə İrəvanda hələlik cəmi 19,38% səs toplayıb.
Qeyd edək ki, Teleqram kanalları artıq 268 seçki məntəqəsinin nəticəsinin bəlli olduğunu, N.Paşinyanın ümumilikdə 62,8, R.Köçəryanın isə 17,5 faiz səs aldığını yazıb.