ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq antiterror koalisiyası qüvvələrinin istifadə etdiyi İraqın "Əyn əl-Əsəd" hərbi bazası raket atəşinə tutulub.
Axar.az xəbər verir ki, İraqın Anbar vilayətində yerləşən həmin hərbi bazaya ən az iki raket atılıb. Bazanın yerləşdiyi Əl-Bağdadi bölgəsi təhlükəsizlik qüvvələri tərəfindən tamamilə mühasirəyə alınıb, hücumu törədənlərin axtarışı davam edir.
Raket hücumu nəticəsində mümkün dağıntı və xəsarət alanlar barədə məlumat verilməyib.