İyunun 3-də Azərbaycan Dillər Universitetinin (ADU) Elmi Şurasının növbəti onlayn iclası keçirilib.
Axar.az xəbər verir ki, iclası giriş sözü ilə açan Universitetin rektoru, akademik Kamal Abdulla mayın 26-da ADU-da “Arye Qut və Azərbaycan həqiqətləri” mövzusunda dəyirmi masa keçirildiyini, həmin tədbirdə Arye Quta ADU-nun “Fəxri professor” adının verilməsinin Elmi Şuranın gündəliyinə daxil edildiyinin elan olunduğunu bildirib.
Kamal Abdulla əlavə edib ki, Arye Qut xaricdə təşkil olunan ən mötəbər tədbirlərdə Azərbaycanla bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırır, ən nüfuzlu media orqanlarında dəyərli məqalələrlə çıxış edir. O, ABŞ-da, Avropa və Yaxın Şərq ölkələrində təşkil olunan ən nüfuzlu beynəlxalq tədbirlərdə Azərbaycan reallıqları haqqında çıxış edərək bu istiqamətdə çox vacib işlər görür:
“Uzun illərdir Arye Qut Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin Regionşünaslıq kafedrası və İsrail və Yaxın Şərq Araşdırmaları Mərkəzinin tədbirlərində, ustad dərslərində, dəyirmi masa və görüşlərində yaxından iştirak edir. Arye Qutun Qarabağ münaqişəsi, Xocalı faciəsi, Ermənistan-Azərbaycan münasibətlərinə aid yazılmış 700-dən artıq məqaləsi müəllimlər və tələbələr tərəfindən araşdırılır və öyrənilir. Bütün bunları nəzərə alaraq, Arye Quta ADU-nun “Fəxri professoru” adının verilməsi təklif olunur”.
Elmi Şura üzvləri təklifi yüksək qiymətləndirib və təqdirəlayiq hal kimi dəyərləndiriblər.
Qeyd edək ki, Arye Qut 1975-ci ildə Bakıda anadan olub. Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsini bitirərək, gənc yaşlarında BDU-da müəllim kimi fəaliyyət göstərib. O, Azərbaycan, rus, ingilis, ivrit, türk və alman dillərində sərbəst danışır.
2000-ci ildən İsrailə köçən Arye Qut İsrail-Azərbaycan münasibətlərinin inkişafında, İsraildə Azərbaycan diasporunun fəaliyyətində daim fəal iştirak edib.
Hazırda Arye Qut İsraildəki “Cəmiyyət üçün beynəlxalq layihələr” adlı qeyri-hökumət təşkilatının başçısıdır. 2016-cı ildən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri kimi fəaliyyət göstərir.
Fransa Azərbaycanla Ermənistan arasında sülhü bərpa etmək, dialoqu inkişaf etdirmək üçün müvafiq səylər göstərəcək.
Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə Fransa Prezidenti Emanuel Makron Ermənistan Baş naziri əvəzi Nikol Paşinyanla Parisdəki görüşü zamanı bildirib.
“ATƏT-in Minsk qrupu həmsədri kimi Fransa Rusiya və ABŞ ilə birlikdə gərginliyi azaltmaq, tərəflər arasında dialoqu, o cümlədən birbaşa təmasları bərpa etmək üçün əlindən gələni etmək niyyətindədir” – deyə, dövlət başçısı qeyd edib.
Tərəflər arasında danışıqların gündəliyində iki ölkə arasında iqtisadi əməkdaşlıq, habelə Ermənistana humanitar yardım məsələləri də var.
İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 217 nəfər ölüb.
Moskva yaxın günlərdə Vaşinqtonun xoşuna gəlməyəcək siqnallar verəcək.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
O bildirib ki, bu, Rusiya Prezidenti Vladimir Putinlə amerikalı həmkarı Co Bayden arasındakı görüşlə əlaqəli deyil:
“Rusiya və ABŞ-ın Putin-Bayden sammiti ilə bağlı gündəmləri üst-üstə düşmür. Ancaq Moskva ənənəvi olaraq ABŞ tərəfinin verdiyi hər bir sualı cavablandırmağa hazırdır. Çox təəssüf ki, qarşı tərəf buna Rusiya qədər hazır deyil”.
Koreya Xalq Demokratik Respublikasının (Şimali Koreya) lideri Kim Çen İn 24 gündür ictimaiyyət arasında görünmür.
Axar.az Report-a istinadən xəbər verir ki, bunu Cənubi Koreyanın Birləşmə üzrə Nazirliyinin (Şimali Koreya ilə birləşmə məsələlərini kurasiya edir) sözçüsü mayın 31-də keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, dövlət başçısı sonuncu dəfə mayın 7-də ölkə paytaxtı Pxenyanda keçirilən konsertdə iştirak edib. Həmin gündən sonra o, xalq arasına çıxmayıb:
“Kim Çen İnin ictimaiyyət arasında görünməməsi bu il ən uzun dövr sayılır”.
Cənubi Koreya rəsmisi Şimali Koreya liderinin ictimaiyyət arasında görünməməsinin səbəbini açıqlamayıb. O deyib ki, indiki şəraitdə bu barədə dəyərləndirmə aparmaq yersiz hərəkət olar.
Qeyd edək ki, 2020-ci ilin mayında Kim Çen İnın ciddi xəstəliyi və ya ölümü barədə xəbərlər yayılmışdı. O, yalnız 20 gün sonra ictimaiyyət arasında görünmüşdü.
Şimali Koreya lideri 2011-ci ildə atası Kim Çen İr öldükdən sonra hakimiyyətə gəlib.
2021.05.30, 23:20
Nəqliyyat kommunikasiyalarının bərpası ilk növbədə fəaliyyət göstərən dəmiryol kommunikasiyalarının açılması deməkdir, halbuki sovet illərində fəaliyyət göstərən avtomobil yollarından danışmırıq.
Axar.az Virtualaz.org-a istinadən xəbər verir ki, bunu Ermənistan baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan tərəfdarları ilə görüşündə bəyan edib.
Onun sözlərinə görə, prioritet dəmiryol xətlərinin bərpası və yenidən açılmasıdır.
"Dəmiryol rabitəsi MDB tərəfindən təsdiqlənmiş müqavilələr çərçivəsində hərəkət üçün beynəlxalq standartlara uyğun olmalıdır", - deyə Paşinyan Ermənistan və Azərbaycanın MDB sazişlərindəki bir sıra məsələlərdə "xüsusi fikir və qeyd-şərtləri" olduğunu qeyd edib.
Paşinyan yük daşınması prosesinə başlamaq üçün qeyd olunan rezervasyonların geri götürülə biləcəyini istisna etməyib.
Qeyd edək ki, regional kommunikasiyaların bərpası Azərbaycan və Rusiya prezidentləri və Ermənistanın baş nazirinin 11 yanvar 2021-ci ildə Moskvadakı danışıqlardan sonra imzaladığı birgə bəyanatda da əksini tapıb.
4 ildən - Qarabağdakı rus sülhməramlılar çıxandan sonra münaqişənin həlli necə olacaq, bilmirəm.
Axar.az xəbər verir ki, bunu Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan erməni telekanalına müsahibəsində deyib.
“Mən heç nə bilmirəm. Bilmək üçün rusların proqramını başa düşməliyəm. Əliyev, Azərbaycan nə istəyir, biz bunu bilirik. Amma mən Rusiyanın planlarını bilmirəm. Rusiya heç kimə öz planlarını açmır”, - Petrosyan bildirib.
Onun sözlərinə görə, Rusiyanın bu gün Ermənistanda bir həmsöhbəti var, o da hökumət başçısıdır:
“Ruslar heç kimə heç nə demir. Ermənistana görə məsuliyyəti Paşinyan daşıyır və sözlərini ona da deyirlər. Əminəm ki, Rusiya Paşinyana Ermənistanda, Qarabağda və regionda nə etmək istədiyini izah etməkdə çox səmimidir. Amma Paşinyan anlamır ki, ruslar ona nə deyir”.
Keçmiş prezident qeyd edib ki, mümkün ssenarilər arasında yeni müharibə də var. Amma Türkiyənin “ovqatı”nı bilmək vacibdir.
Petrosyan Moskvanın Zaqafqaziya ilə bağlı ciddi planları olduğunu da vurğulayıb.