Ukrayna Avropa Birliyi və ABŞ-la ölkənin ərazi bütövlüyü üçün hərbi təhlükəsizlik zəmanəti verəcək "B" planını işə salmaq istəyir.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.
Zelenski qeyd edib ki, AB ilə ABŞ Ukraynanın ərazi bütövlüyünü möhkəmləndirə bilər:
"Söhbət geosiyasi vəziyyətdən getmir, atışmanı dayandırmaq, canları, insanları, ordumuzu xilas etməkdən gedir. Yəni, bu, belə bir "B" planıdır".
Ukrayna lideri bildirib ki, məqsəd böyük siyasi oyunçularla dialoq məsələsidir:
"Alyansa üzv olmağımızdan qorxan Avropa ölkələrini başa düşürük. Ancaq bütün zəmanətləri almalıyıq ki, gələcəkdə Avropanın Rusiyaya sanksiyaları ləğv etdiyi zaman yenidən çətin vəziyyətdə qalmayaq".
Prezident bu planın xüsusilə hərbi zəmanətləri və enerji təhlükəsizliyini özündə ehtiva etdiyini söyləyib.