- Sünikin (Zəngəzur) keçmiş qubernatoru Vahe Akopyan Azərbaycanın Qorayk kəndi istiqamətində irəlilədiyini deyir: “Ermənistan məsələni güc yolu ilə həlli imkanını itirdi, indi hərbi-siyasi rəhbərlik nə edəcəyini bilmir”.
- Geqarkunikdə (Göyçə gölü istiqaməti) icma rəhbəri Akop Avetyan Azərbaycan hərbçilərinin mövqelərində möhkəmləndiyini deyir: “Kəndlərimizdən 4-5 kilometr məsafədədirlər. Bir təpədə mövqe tutublar və kəndlərimiz nəzarət altındadır”.
- Rusiya sülhməramlıların komandanı Rüstəm Muradov sərhəd məsələsini müzakirə etmək üçün mayın 24-də Bakıda olub. Muradov bu gün İrəvanda Azərbaycanın tələblərini müzakirə etmək məqsədilə Ermənistan müdafiə naziri Vaqraşak Arutyunyanla görüşüb. Daha sonra Ermənistan təhlükəsizlik xidmətinin rəhbəri Armen Abazyanla eyni mövzunu müzakirə edib.
“Hraparak” qəzetinin əldə etdiyi məlumata görə, Ermənistan tərəfi Azərbaycanın bəzi tələblərini yerinə yetirməyə razılaşıb.
Xarici işlər naziri Ceyhun Bayramov Avstriya Respublikasına işgüzar səfəri çərçivəsində Avstriyanın aparıcı beyin mərkəzlərinin rəhbərləri ilə görüşüb.
Bu barədə Axar.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.
C.Bayramov görüş iştirakçılarına Ermənistanın işğalçılıq siyasəti və onun nəticələri, Azərbaycana qarşı törədilən hərbi təxribatlar və buna cavab olaraq həyata keçirilən əks hücum əməliyyatı, 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın ərazilərinin işğaldan azad edilməsi, habelə münaqişə sonrası bölgədə yaranan yeni vəziyyət barədə məlumat verib.
Nazir üçtərəfli bəyanatlar və onların icrasına dair məsələlər barədə, işğal faktorunun aradan qaldırılması ilə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması, həmçinin bölgədə əməkdaşlıq və dayanıqlı inkişafın təmin edilməsi imkanının yaranması, azad edilmiş ərazilərdə həyata keçirilən bərpa, yenidənqurma və reinteqrasiya prosesindən danışıb.
Nazir Ceyhun Bayramov, eyni zamanda, üçtərəfli bəyanatların icrasına maneə olan və bölgədə yaranmış əməkdaşlıq imkanlarına təhlükə törədən məsələlərdən bəhs edib. Bu xüsusda, Ermənistanın Azərbaycan ərazisinə hərbçilərini gizli şəkildə keçirmək cəhdləri, mina xəritələrini Azərbaycana təqdim etməkdən imtina etməsi, rəsmi Yerevanın revanşist və Azərbaycana qarşı nifrət əks etdirən açıqlamaları və digər məsələləri vurğulanıb.
Görüşün sonunda nazir iştirakçıların çoxsaylı suallarını cavablandırıb.
Bakı ilə sülh müqaviləsinin imzalanması və diplomatik münasibətlərin bərpası Ermənistan üçün yeganə ağıllı variantdır. Regionun inkişafı və iki qonşu ölkənin gələcək nəsilləri naminə, sabitliyin qorunması üçün bu çox vacibdir.
Bu barədə Axar.az-a açıqlamasında PolitRUS ekspert-analitik şəbəkəsinin rəhbəri, rusiyalı ekspert Vitali Arkov bildirib.
Onun sözlərinə görə, Azərbaycan rəhbərliyi məhz elə buna can atır: bu günlərdə Azərbaycan lideri İlham Əliyev sülh müqaviləsinin imzalanmasının, sərhədlərin delimitasiya və demarkasiya edilməsinin vacibliyini qeyd edib.
“Azərbaycanın elə özü də KTMT-yə maraq göstərir və bütövlükdə təşkilatla və onun ayrı-ayrı üzvləri ilə fəal əməkdaşlıq edir. Xüsusilə, Bakı beynəlxalq hərbi oyunlarda iştirak edir və bu ölkənin kursantları Rusiyanın hərbi universitetlərində təhsil almağa göndərilir. Qeyd edim ki, məhz Azərbaycan üçün KTMT-də “müşahidəçi” və “tərəfdaş” kimi qarşılıqlı fəaliyyət formatları işlənib hazırlanmışdır.
Məlum səbəblərdən bu məsələləri əvvəllər Ermənistan tərəfi hər vasitə ilə bloklayırdı. Amma İrəvanın KTMT-yə qarşı açıq “qayda pozuntuları” və təşkilatın digər ölkələrinin qınağına səbəb olan müəyyən hərəkətlərindən sonra Ermənistanın istəkləri əvvəlki çəkisini itirib”, - deyə müsahibimiz qeyd edib.
Ekspert hesab edir ki, Azərbaycan-KTMT münasibətlərinin inkişafı məhz Bakının müşahidəçi/tərəfdaş statusu alması vasitəsilə məntiqli şəkildə həyata keçiriləcək.
“Bundan başqa, mən istisna etmirəm ki, bu (KTMT-yə üzvlük), eləcə də Azərbaycanın Avrasiya İqtisadi İttifaqına qoşulması 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın şifahi “bəndlər”indən biri də ola bilər”, - deyə Arkov bildirib.
Səudiyyə Ərəbistanı builki Həcc ziyarəti ilə bağlı qərarını açıqlayıb.
Milli.Az APA-ya istinadən bildirir ki, Səudiyyə Ərəbistanı rəhbərliyi xaricdən zəvvarların Həcc ziyarətinə gəlməsinə icazə verib.
Lakin pandemiyaya görə əvvəlki illərlə müqayisədə kvota azaldılıb. Belə ki, iyul ayında baş tutacaq Həcc ziyarətində 60 min zəvvar (45 min ölkə xaricindən, 15 min isə Səudiyyə Ərəbistanından) iştirak edə biləcək.
Səudiyyə Ərəbistanı Həcc ziyarətində iştirak edəcək zəvvarlar üçün müəyyən edilən qaydaları da açıqlayıb.
Əsas qaydalar aşağıdakılardır:
- Zəvvarlar 18-60 yaş arasında olmalıdır;
- Zəvvarlar son altı ayda hər hansı xəstəliyə görə xəstəxanada yatmamalıdır;
- Zəvvarlara peyvəndin hər iki dozası vurulmalıdır;
- Həmin peyvənd Səudiyyə Ərəbistanı Krallığının Səhiyyə Nazirliyinin təsdiq etdiyi siyahıda olmalıdır;
- Peyvəndin ikinci dozası Səudiyyə Ərəbistanına gəlmədən ən azı 14 gün əvvəl vurulmalıdır;\
Bakı metrosu əvvəlki qaydalarla fəaliyyət göstərməyəcək.
Axar.az xəbər verir ki, bunu ARB-24-ün “Nə baş verir?” verilişinə açıqlamasında millət vəkili Soltan Məmmədov deyib. O bildirib ki, metroya daxil olan insanların sayının tənzimlənməsi ilə onun fəaliyyətinə icazə verilə bilər:
“Gündəlik 400 nəfərin yoluxması az rəqəm deyil. Bu o demək deyil ki, artıq virus yoxdur və qadağaları aradan qaldıra bilərik. Metrolarda havalandırma sistemi mərkəzləndirilmiş olur. Ona görə də epidemioloqlar qeyd edirlər ki, bu məkanda yoluxma riski var. Düşünürəm ki, insanların metroya daxil olma sayını tənzimləməklə onu idarə etmək olar. Sevindirici haldır ki, Operativ Qərargah bu məsələnin üzərində işləyir. Bakı Nəqliyyat Agentliyi də yenə bütün imkanlarından istifadə edir ki, yerüstü nəqliyyatı inkişaf etdirsin və sıxlıq aradan qaldırılsın. Çünki insanların metrolarda sıx toplanması xoşagəlməz hadisələrə gətirib çıxara bilər.
İran bu gün 47 yaşlı rejissor Babək Horramdinin ölümü ilə sarsıldı.
Milli.Az oxu.az-a istinadən bildirir ki, Horramdinin paytaxt Tehrandakı eyni evdə yaşadığı anası və atası tərəfindən öldürülüb.
Onun cansız bədəni üç hissəyə bölünərək Ekbatan bölgəsindəki zibil qabına atılıb.
Hadisədən sonra saxlanılan ata Abdullah Horramdin cinayəti həyat yoldaşı ilə birlikdə etdiklərini etiraf edib.
"Yeməyinə yuxu dərmanı əlavə edərək təsirsiz hala gətirdik. Sonra tualetə apardıq. Sonra cəsədi çamadanın içinə qoyub ən yaxın zibilliyin içinə atdıq", - deyə rejissorun atası ifadəsində bildirib.
Oğullarının evdə dərs dediyi tələbələrlə uyğun olmayan münasibət qurduğunu iddia edən Abdullah Horramdin oğlunun gənc yaşlarından onları daima narahat etdiyini vurğulayıb:
"Universitetdə müəllim idi. Pandemiya səbəbindən dərsləri evdən keçirdi. Amma bizə evdə gün üzü göstərmədi. Onu ayrı evə çıxmağa razı salmağa çalışsaq da, qəbul etmədi".
Həmin şəxs əlavə edib ki, qızını və kürəkənini də eyni qaydada öldürüblər:
"2011-ci ildə kürəkənimi, 2017-ci ildə isə əxlaq problemlərinə görə qızımı öldürdüm".
ABŞ-ın dövlət katibi Entoni Blinkenlə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında keçirilən görüşdə Azərbaycan və Ermənistan sərhədindəki vəziyyət də müzakirə olunub.
Axar.az Report-a xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays deyib.
Onun sözlərinə görə, görüş iki saata yaxın davam edib:
“Dövlət katibi Suriya xalqına humanitar yardımın çatdırılmasının təmin olunması üçün şəraitin yaradılmasının vacibliyini qeyd edib. Tərəflər arasında regional məsələlər, o cümlədən Azərbaycan və Ermənistan arasında münaqişənin uzunmüddətli siyasi yolla tənzimlənməsi üçün axtarışların davam etdirilməsi müzakirə olunub”.
Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri söyləyib ki, A.Blinken və S.Lavrov iki ölkənin qarşılıqlı maraqlarını təqdim edəcək əməkdaşlıq mövzularını da müzakirə ediblər. Onlar strateji sabitlik, İran və Şimali Koreyanın nüvə proqramı, habelə Əfqanıstandakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar:
“Dövlət katibi və xarici işlər naziri gələcəkdə də müzakirələr davam etdimək barədə razılığa gəliblər”.
S.Lavrov isə bildirib ki, onların görüşünün yekununa dair məruzə ABŞ prezidenti Cozef Baydenə və Rusiya prezidenti Vladimir Putinə təqdim ediləcək.
Hindistan dünyaya yeni koronavirus ştammı bəxş edib və indi hər gün milyonlarla insan kovidə yoluxur.
Qazaxıstanda bir gündə iki zəlzələ qeydə alınıb.
Axar.az xəbər verir ki, Qazaxıstan seysmik stansiyalar şəbəkəsi maqnitudası 4.3 olan birinci zəlzələni mayın 19-da Almatı vaxtı ilə saat 07:31-də qeydə alıb.
Zəlzələnin episentri Almatı şəhərindən 410 km şərqdə Çin ərazisində yerləşir.
Maqnitudası 4.2 olan ikinci zəlzələ isə mayın 19-da saat 14:56-da qeydə alınıb. Zəlzələnin episentri Almatıdan 165 km cənub-şərqdə, Qırğızıstan ərazisində, ocağı 10 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.
Milli.Az Al Arabiya-ya istinadən bildirir ki, İranın dini liderinə göndərilən məktubda Haniyə, Xameneini Həmasa kömək üçün müsəlman, ərəb və beynəlxalq ölkələr səviyyəsində təcili tədbirlər görməyə çağırıb.
Məktubda o İsraili "yəhudiləşdirmə əməliyyatı və onların məskunlaşmasını sürətləndirməkdə, fələstinliləri məcburi köçürməkdə, etnik təmizləmə həyata keçirməkdə və Bab əlAmud və Şeyx Cərrah bölgələrinə hücumlarını, habelə Əl Əqsa məscidinə və burada ibadət edənlərə hücum etməkdə, məscidin qapılarını bağlayaraq fələstinliləri orada namaz qılmasına və ibadət etməsinə mane olmaqda" günahlandırıb.
Haniyə məktubun davamında yazıb: "50 ildən çoxdur ki, Qüdsdə Fələstin torpaqlarını və müqəddəs dəyərlərini qorumaq üçün və İslam, ərəb ümməti adından müqavimət və səbr yolunu tutan Fələstin xalqı qələbəyə qədər bu yolu davam etdirməkdən, bu torpaqlara qayıtmaqdan və paytaxtı müqəddəs Qüds olan müstəqil Fələstin dövlətini qurmaqdan heç vaxt dayanmayacaq".