ABŞ İsrailə göndərilən hərbi heyətini geri çağırıb.

Axar.az xəbər verir ki, bunu Pentaqon sözçüsü Con Kirbi deyib.

“İsrailə göndərdiyimiz 120 mülki və hərbi heyət ölkədən çıxarılaraq Almaniyaya yola salınıb. Bu kadrları çıxarmaqla bağlı qərarı İsraildən olan həmkarlarımızla birgə qəbul etdik. Amerikalı nümayəndə heyəti illik təlimləri planlaşdırmaq üçün İsraildə olublar. Onlar işlərini həftəsonu yekunlaşdırmağı planlaşdırsalar da, biz bu şəxslərin İsraildən çıxmasını sürətləndirdik”, - C.Kirbi bildirib.

Türkiyə freqatları Xüms limanından 28 mil uzaqlıqda 97 miqrantı xilas edib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bölgədə fəaliyyət göstərən türk freqatı miqrantları daşıyan qayığın təhlükəli vəziyyətdə olduğunu görüb.

Liviya Sahil Təhlükəsizlik Xidmətinə məlumat verilib və freqatdan havalanan helikopterlər qayığı müşayiət etməyə başlayıb.

Liviya Sahil Təhlükəsizlik Xidmətinin əməkdaşları bölgəyə gələrək 97 miqrantı qayıqdan götürüb. Miqrantlar xilas edildikdən sonra qayığın batması böyük faciənin qarşısının alınması kimi qiymətləndirilib.

ABŞ Prezidenti Co Baydenin kiberhücumlarla bağlı beynəlxalq qaydaların yaradılması yönündə açıqlaması müsbət siqnaldır.

Axar.az xəbər verir ki, bu sözləri Kreml sözçüsü Dmitri Peskov deyib.

Peskov bildirib ki, daha əvvəl Vladimir Putin də belə bir təkliflə çıxış etmişdi:

“Bu, Rusiyanın köhnə təklifidir. Təəssüf ki, o zamanlar Amerika tərəfindən dəstəklənmədi”.

Qeyd edək ki, C.Bayden kibertəhlükəsizlik sahəsində beynəlxalq standartların yaradılması gərəkdiyini ifadə edib.

Zəngəzur istiqamətində Azərbaycan Ordusunun dövlət sərhədini bərpa etməsi ilə ötən gündən başlayan yalançı hay-küyü Ermənistan rəhbərliyi davam etdirir.

Axar.az xəbər verir ki, Qarabağın 30 ilə yaxın işğalda saxlanıldığı zaman dövlət sərhədini pozaraq, qanunsuz olaraq sərhədlərini qabağa çəkən ermənilər hazırda Ordumuzun sərhədi qanuni yerinə qaytarması üzərində şou düzəldir, bacardıqca hay-küy salaraq, torpaq qamarlamağa çalışırlar.

Növbəti belə bir şou Qaragöl ətrafında yaradılıb. 44 günlük Qarabağ savaşında olduğu kimi, bu dəfə də Ermənistan rəsmiləri Rusiya və Fransa rəhbərlərinə ardıcıl zənglər edib, yalvarırlar.

Ermənistan baş naziri vəzifələrini icra edən Nikol Paşinyan az öncə Fransa Prezidenti Makrona da zəng edib və Azərbaycan Ordusunun guya Ermənistan sərhədinə müdaxilə etdiyini bildirib. Yelisey sarayından yayılan məlumata görə, Makron Ermənistanın ərazi bütövlüyünə bağlılığını dilə gətirib. Eyni zamanda, Makron ənənəvi simasını nümayiş etdirib və hadisənin mahiyyətini bilmədən və yaxud bunu öyrənmək istəmədən, “qərarını” elan edib, “təcili sürətdə Azərbaycan qoşunlarının Ermənistan ərazisindən çıxarılması gərəkdiyini” ifadə edib.

Makron BMT TŞ vasitəsilə sərhəddə sabitliyin və təhlükəsizliyin təminatına ümid bəslədiyini də vurğulayıb.

Burda məsələnin ən mühüm tərəfi Paşinyanın məhz Makrona müraciəti, Fransa Prezidentinin isə birtərəfli açıqlamasıdır. Halbuki Ermənistan KTMT-nin üzvüdür və bu marionet dövlətin sərhədlərini də Rusiya Sərhəd Xidməti qoruyur. Başqa sözlə, faktiki olaraq Ermənistan sərhədi Rusiyanın nəzarətində, KTMT-nin himayəsindədir. Əgər sərhəddə hər hansı gərginlik varsa, bunu da Rusiya sərhədçiləri ilə Azərbaycan Ordusu müzakirə edir və sərhəd delimitasiyasını aparırlar. Belə məqamda Fransaya şikayətə qaçmaq və ənənəvi yalvarış kimə və nəyə lazımdır?

Görünür, Nikol Paşinyan da həmin ərazilərin Azərbaycana məxsus olduğunu, Azərbaycan Ordusunun GPS və xəritələrlə davrandığını yaxşı bilir və Rusiya və KTMT də Paşinyana məhz bunu çatdırıb. Həqiqətin Rusiya tərəfindən təsdiqlənməsindən sonra isə Nikol bacı Emmanuel qardaşına şikayətə qaçıb.

Makronun olaya qeyri-peşəkar, birtərəfli və qeyri-obyektiv münasibəti isə Fransanın Cənubi Qafqaz siyasətinin və Minsk Qrupunun həmsədri kimi iflasının daha bir sübutudur.

ABŞ və İsrailin yüksək rütbəli hərbi nümayəndələri arasında Qəzzadan raket hücumları ilə bağlı Vaşinqtonda danışıqlar aparılıb.

Axar.az xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.

“Llyod Ostinin siyasi məsələlər üzrə müavini Kolin Kal və İsrail Müdafiə Nazirliyinin Hərbi-Siyasi bürosunun direktoru Zoxar Parti Pentaqonda görüş keçirib. Onlar müdafiə sahəsində partnyorluğu və ikitərəfli əməkdaşlığın mümkün inkişafı yollarını müzakirə ediblər. Tərəflər son günlər Qəzzadan edilən raket hücumlarını da müzakirə ediblər”, - deyə bildirilib.

Türkiyənin Muğla vilayətinin Bodrum ilçəsində meşə ərazisində yanğın başlayıb.

Axar.az xəbər verir ki, külək səbəbindən qısa müddətdə yanğın ətrafa yayılıb.

Ərazitə yanğınsöndürmə briqadaları cəlb edilib.

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Ramazan bayramı münasibətilə ölkənin müsəlman icmasının nümayəndələri ilə görüş keçirib.

Axar.az xəbər verir ki, görüşdə Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin rəhbəri Zaza Vaşakmadze də iştirak edib.

Hökumət başçısı müsəlman həmvətəndaşlarını Ramazan bayramı münasibətilə təbrik edərək onlara ən xoş arzularını çatdırıb. İ.Qaribaşvili deyib ki, Gürcüstanda müsəlman və xristianlar tarixən bir-birlərinin dini etiqadlarına qarşılıqlı hörmət şəraitində yaşayıblar.

Qərbi Gürcüstan üzrə müfti Adam Şantadze görüşün təşkilinə görə baş nazirə minnətdarlığını bildirib. O, Gürcüstanın bu gün də mədəni, etnik və dini müxtəlifliyi ilə fərqləndiyini qeyd edib: “Müxtəlif dinlərə mənsub olan insanlar Gürcüstanda həmişə qardaşlıq və dostluq mühitində yaşayıblar və bu da vahid güclü dövlətin qurulmasına kömək edib”.

Rusiya xarici işlər naziri Sergey Lavrov misirli həmkarı Samih Şükrü ilə telefon əlaqəsi saxlayıb.

Axar.az xəbər verir ki, nazirlər telefon danışığı zamanı Fələstində artan gərginlikdən narahat olduqlarını bildiriblər.

XİN rəhbərləri tərəfləri mövcud vəziyyəti daha da gərginləşdirə biləcək davranışlardan uzaq durmağa çağırıblar.