Rusiya xarici işlər naziri Sergey Lavrov misirli həmkarı Samih Şükrü ilə telefon əlaqəsi saxlayıb.
Axar.az xəbər verir ki, nazirlər telefon danışığı zamanı Fələstində artan gərginlikdən narahat olduqlarını bildiriblər.
XİN rəhbərləri tərəfləri mövcud vəziyyəti daha da gərginləşdirə biləcək davranışlardan uzaq durmağa çağırıblar.