Nikol Paşinyan Ermənistan Xalq Partiyasının sədri Stepan Dəmirçiyana prezident vəzifəsini verəcəyini vəd edib.

Axar.az xəbər verir ki, bu məlumatı “Qraparak” qəzeti yayıb.

Paşinyanın Dəmirçiyanın qarşısına yalnız onun opponentlərinə qoşulmamaq şərtini qoyduğu bildirilib.

Paşinyanın Dəmirçiyanı Mülki Müqavilə Partiyasının seçki siyahısına daxil etmək üçün razı sala bilmədiyi də iddia edilib:

“O, Dəmirçiyandan radikal müxalifəti, xüsusilə Robert Köçəryanı tənqid etməsini xahiş edib. Şayiələr gəzir ki, Dəmirçiyan, əvvəlki seçkilərdə olduğu kimi, Ermənistan Milli Konqresi Partiyasının siyahısında yer almayacaq. Görünən odur ki, Dəmirçiyan Ter-Petrosyanın yerinə Paşinyanın vədinə ciddi yanaşıb və prezident olmaq təklifini qəbul edib”.

Rusiya xarici işlər naziri Sergey Lavrovun Qarabağda “status”la bağlı açıqlaması gözlənildiyindən daha çox ciddiyə alındı və bir-birinin ardınca politoloqların şərhi yayımlandı.

Lavrov demişdi ki, azərbaycanlılarla ermənilər Qarabağda yenidən ATƏT-in humanitar dəstəyi ilə yan-yana yaşamağa başlasalar, Qarabağın statusunu həll etmək asan olacaq.

Kifayət qədər “əgər”, “başlasalar” timsalında ehtimallar var və bu fikirlərdən başqa – daha pozitiv və yeni reallığa uyğun nəticələr də çıxarmaq mümkündür.

Buna baxmayaraq, yada salaq ki, bundan öncə də S.Lavrov ara-sıra keçmiş Dağlıq Qarabağda hansısa “status”un mümkünlüyü haqda bəhs edib və bunun bugünün işi olmadığı, gələcəkdə müzakirə predmeti olacağı haqda eyham vurub.

Politoloqların – əlbəttə ki, əsasən, rusiyalı politoloqlardan söhbət gedir - əksəriyyəti bu mövqeyi diplomatik hesab edirlər – yəni Ermənistanı “küsdürməmək” üçün olan baxış. Ancaq deyəsən, politoloqlar öz ərazi bütövlüyünü bərpa edən, hazırda regionda əsas güc sahibi və regional güclərin vazkeçilməz tərəfdaşı olan Azərbaycanın “küsdürülüb-küsdürülməməsi”ni ümumiyyətlə yada salmaq istəmirlər.

Məsələ ondadır ki, bu “diplomatik açıqlama”nın İrəvanın küsüb-küsməməsi üstündə qurulmasının özü ciddi gərginlik yaradır. Azərbaycan 44 günlük müharibə ilə ərazi bütövlüyünü bərpa edib, keçmiş Dağlıq Qarabağda isə rus sülhməramlılarının köçürüb gətirdiyi və ciddi humanitar yardımla dəstəkləyib-bəsləyib saxladığı cəmi 30 minə yaxın erməni əhali var. Və bunun günahı heç də müharibə deyil. Vətən müharibəsi başlanandan keçmiş Dağlıq Qarabağ ərazisində yaşayan ermənilərin sayı 60 minə qədər azalmışdı – 1989-cu ildə bu rəqəm 145 mindən çox idi. İndi bu ərazinin yaşamaq üçün daha perspektivsiz olduğunu düşünən ermənilər artıq miqrasiyanı sürətləndiriblər və doğru da edirlər.

Beləliklə, Azərbaycan 30 min erməniyə hansı statusu “gələcəkdə” müzakirə edə bilər ki?

Bu sualın birmənalı cavabı olmalıdır və ermənilərə hər hansı diplomatik, ya qeyri-diplomatik mesaj, vəd vermək kimi yanlış ənənə bitməlidir.

Əvəzində isə ötən gün rusiyalı politoloqların iki baxışı ilə üzləşirik: birini Mixaylovun, digərini isə Markovun simasında ümumiləşdirək.

Yeri gəlmişkən, dərhal əlavə edək ki, hər iki politoloq Azərbaycan cəmiyyətində xüsusi rəğbətlə qarşılanan şəxslərdir, çünki keçmiş Dağlıq Qarabağ münaqişəsinə ədalətli baxışları ilə hər zaman seçiliblər. Üstəlik, hər iki politoloqun Kremlə yaxın olduğu da diqqətdən yayınmamalıdır.

Rusiya Jurnalistləri Birliyinin üzvü Yevgeni Mixaylov qeyd edib: “Rusiya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Qarabağ Azərbaycandır!” fikrini eşidib və hesab edirəm ki, əgər gələcəkdə hər hansı statusdan söhbət getsə, bu, yalnız Azərbaycanın tərkibində ola bilər”.

Siyasi Araşdırmalar İnstitutunun baş direktoru Sergey Markov isə deyib:

“Status hava şəraiti kimidir. Çölə çıxırsınızsa, əvvəlcədən uyğun şəkildə geyinmək üçün havanın necə olduğunu bilməlisiniz. Heç bir status olmadan mümkün deyil (???). Bu, adi vilayət də ola bilər (Azərbaycanın tərkibində - red.). Ancaq bunun özü də artıq bir statusdur”.

Y.Mixaylov status məsələsinin özünün gələcəkdə müzakirə olunub-olunmayacağını şübhə altına alır və doğru da edir. S.Markov isə əksinə, “heç bir status olmadan mümkün deyil” deyə qəribə bir mövqe sərgiləyir.

Bu, Azərbaycan cəmiyyətinin altşüuruna hansı mesajın ötürülməsidir?

“Heç bir status olmadan” ona görə mümkündür ki, bunu Azərbaycanın Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyev elan edib və qətiyyən siyasi, diplomatik sürüşdürmələr, söz oyunu və manevrdən istifadə etməyib ki, indi bunu fərqli istiqamətə yozmaq mümkün olsun. İlham Əliyev konkret, birbaşa və sərt şəkildə elan edib: “Status cəhənnəmə getdi”, “Status gorbagor oldu!”

Azərbaycan xalqının da mövqeyi budur və bunu İlham Əliyev xalqın iradəçisi kimi ifadə edib.

İlham Əliyevin bu kursunu hətta 100 il sonrakı xələfi də dəyişə bilməz!

Belədə nə ermənilərə ümid verməyə ehtiyac var, nə də hansısa “gələcəklə” bağlı Azərbaycanın iradəsi əleyhinə oyun oynamağa. Kremlə yaxın və rəğbətlə qarşıladığımız politoloqların da fikri alınarkən, Azərbaycanın iradəsi ifadə edilə bilər.

Status – yerli bələdiyyədir. Əgər kompakt yaşadıqları məhəllə olsa, əgər Azərbaycanın bir milyon köçkünü geri qayıdana qədər indiki humanitar yardımlar və dəstəklər davam etsə və 30 minlik saylarını qoruya bilsələr, əgər 4,5 il sonra rus sülhməramlılarının qalma müddətinə baxılsa, rus sülhməramlılarının getmə məsələsi gündəmə gələndə Qarabağda erməni sayı kəskin azalmasa, onda kompakt yaşadıqları yerdə bacarsalar, bələdiyyə sədri seçərlər. Bitdi!

Bələdiyyə də “status”dur – bu da Azərbaycanın mövqeyi!

Yeri gəlmişkən: Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur və bunu unudublarsa, istənilən politoloqun yadına sala bilərik. Yaddaş üçün Prezident İlham Əliyevin 26 fevral 2021-ci il konfransına bir daha baxmaq olar.

Yay mövsümündə ən sevilən meyvələrdən biri yaşıl alçadır. Natrium, kalium, kalsium, maqnezium, fosfor, həll olunan lif kimi qidalarla zəngin olan alçada C və A vitaminləri və orqanik turşular da az deyil.

Ardını oxu...

Rusiyanın müdafiə naziri Sergey Şoyqunun bacısı, Dövlət Dumasının üzvü Larisa Şoyqu naməlum səbəbdən ölüb.

Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə Dövlət Dumasındakı Vahid Rusiya fraksiyasının rəhbəri Sergey Neverov məlumat verib.

O, Larisa Şoyqunun ölümünün səbəbini açıqlamayıb. Bəzi mənbələrə görə deputat koronavirus infeksiyası fonunda insultdan ölüb

Nazirin bacısı 1953-cü il yanvarın 21-də anadan olub. Dövlət Dumasında Vahiud Rusiya fraksiyasından reqlament və nəzarət üzrə komitə sədrinin müavini olub.

Braziliyanın San Paolo şəhərində Ermənistana qarşı etiraz aksiyası keçirilib.

Axar.az xəbər verir ki, Braziliyanın San Paolo şəhərində yaşayan ictimai fəal Andreia Hirominin təşəbbüsü ilə Ermənistanın bu şəhərdəki fəxri konsulluğu qarşısında etiraz aksiyası keçirilib.

Aksiyanın məqsədi Ermənistanın mina xəritələrini Azərbaycan dövlətinə təhvil verməkdən imtina etməsinə, Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirən azərbaycanlı jurnalistlər Məhərrəm İbrahimovun və Sirac Abışovun mina partlayışı nəticəsində həlak olmasına diqqəti cəlb etmək olub.

Azərbaycan və Braziliyanın dövlət bayraqları ilə aksiyaya qatılan bir qrup San Paolo sakini azərbaycanlı jurnalistlərin fotolarını və Ermənistanın mina cinayətlərini əks etdirən posterləri nümayiş etdiriblər.

A.Hiromi bildirib ki, mina xəritələrini təqdim etməsi barədə Azərbaycanın israrlı tələblərinə Ermənistan məhəl qoymur. Aksiya iştirakçıları braziliyalıların Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəklədiklərini bəyan ediblər.

Eyni zamanda Azərbaycana sevgisi ilə fərqlənən A.Hiromi və dostları terrorçu dövlət olan Ermənistanın yolverilməz davranışına etirazı əks etdirən posterlərin San Paolo şəhərinin ictimai yerlərində, o cümlədən Ermənistan konsulluğu qarşısında yerləşdirilməsi kampaniyasını gerçəkləşdiriblər. Aksiya ilə maraqlanan yerli sakinlərə Ermənistanın xalqımıza qarşı törətdiyi hərbi cinayətlər və təxribatlar barədə ətraflı məlumat verilib.

Bu bir iqtisadi layihədir, kanalın sağ və sol sahillərində iki yeni şəhərin salınması düşünülür. Bu şəhərlərin hərəsində təqribən 600.000 və 1 milyon arası yaşayış massivinin olması gözlənilir. Bu da bölgədə olan torpaq və ev qiymətlərinə indidən təsir göstərib. Kanal İstanbul layihəsi ortaya çıxan kimi həmin bölgələrdə torpaqların qiyməti təxminən 10, 20, bəzi hallarda hətta 50 dəfə qalxmağa başlayıb. Kanalın təhlükəsizliyi ilə bağlı məsələlər isə çox müzakirə olunur. Kanalla bağlı hələ də təhlükəsizlik passportu çıxarılmayıb.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Türkiyədə İstanbulun Avropa tərəfindəki Qara dənizdən Mərmərə dənizinə qədər uzanması üçün nəzərdə tutulmuş Kanal İstanbul layihəsi və təhlükəsizliyi haqda danışarkən deyib.

Türkiyədə bu mövzunun bütün gündəmi zəbt etməsinə toxunan ekspert bildirib ki, kanalda israrlı olan Türkiyənin hakim partiyası AKP və Prezident Rəcəb Tayyib Ərdoğandır:

“AKP artıq bu ay təməlin atılacağını elan edib. Ancaq məhkəmə sisteminin də müəyyən dərəcədə bu işlərə müdaxilə etmə potensialı və gücü var. İstanbul Böyükşəhər Bələdiyyəsinin rəhbəri Əkrəm İmamoğlu bu layihə ilə bağlı artıq məhkəmələrə müraciət edib. Ola bilər ki, layihənin yerinə yetirilməsi uzansın. Türkiyədə 2023 seçkilərindən çıxacaq nəticədən sonra layihənin gələcək taleyi məlum olacaq. AKP yenidən birinci partiya olub hökumət qurarsa, kanalın tikilmə şansı xeyli artacaq. Hazırda Türkiyənin əksər böyük partiyaları bu layihəyə qarşı çıxırlar. Ona görə də bu məsələ siyasi gedişatdan da asılıdır. Kanalın təhlükəsizlik pasportunun çıxarılmaması ciddi suallar doğurur, çünki kanal zəlzələ bölgəsində yerləşəcək. Onun yaxın gələcəktə başlanılması və tez tamamlanması gözləntisi yanlışdır. Başlansa belə, tamamlanması ən yaxşı halda 6-8 ilə qədər çəkə və müxtəlif problemlər layihənin yarıda saxlanmasına səbəb ola bilər”.