Nikol Paşinyan Ermənistan Xalq Partiyasının sədri Stepan Dəmirçiyana prezident vəzifəsini verəcəyini vəd edib.
Axar.az xəbər verir ki, bu məlumatı “Qraparak” qəzeti yayıb.
Paşinyanın Dəmirçiyanın qarşısına yalnız onun opponentlərinə qoşulmamaq şərtini qoyduğu bildirilib.
Paşinyanın Dəmirçiyanı Mülki Müqavilə Partiyasının seçki siyahısına daxil etmək üçün razı sala bilmədiyi də iddia edilib:
“O, Dəmirçiyandan radikal müxalifəti, xüsusilə Robert Köçəryanı tənqid etməsini xahiş edib. Şayiələr gəzir ki, Dəmirçiyan, əvvəlki seçkilərdə olduğu kimi, Ermənistan Milli Konqresi Partiyasının siyahısında yer almayacaq. Görünən odur ki, Dəmirçiyan Ter-Petrosyanın yerinə Paşinyanın vədinə ciddi yanaşıb və prezident olmaq təklifini qəbul edib”.