Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 705 yoluxma halı qeydə alınıb, 14 nəfər ölüb.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat yerləşdirilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 351 954, ölənlərin sayı isə 4 996 nəfərə çatıb.
Virusa yoluxanlardan 337 023 nəfərin sağaldığı bildirilir.