Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 1 120 yoluxma halı qeydə alınıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 399 096, ölənlərin sayı isə 4 136 nəfərə çatıb.
Bildirilir ki, ötən gün koronavirusdan 1 656 nəfər, hazırkı dövrədək isə 374 070 nəfər sağalıb.