İngiltərəli səlahiyyətlilər siyasi iradə göstərərsə, Rusiya lideri Vladimir Putinlə Böyük Britaniya Baş naziri Boris Conson görüşə bilər.
Axar.az xəbər verir ki, bunu Kreml sözçüsü Dmitri Peskov deyib.
"Belə bir görüş hazırlanmır, amma potensial olaraq mümkündür. İkitərəfli münasibətlərimizi bərpa etmək üçün London siyasi iradə göstərərsə, görüş mümkündür".
Qeyd edək ki, daha öncə rəsmi London Moskvanın siyasətində dəyişiklik olacağı təqdirdə Rusiya ilə münasibətlərin normallaşmasında müzakirəyə hazır olduqlarını bəyan edib.