Azərbaycan və Qazaxıstan arasında dostluq və qardaşlıq əlaqələrinin əsası ulu öndər Heydər
Əliyev və Qazaxıstanın birinci Prezidenti - Elbası Nursultan Nazarbayev tərəfindən qoyulub.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycanda rəsmi səfərdə olan Qazaxıstan Baş nazirinin müavini - xarici işlər naziri Muxtar Tleuberdi Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla mətbuat konfransında deyib.
O qeyd edib ki, Qazaxıstan yük qatarlarının və buğda ixracının Azərbaycana davam etməsinə hazırdır: "İki ölkə arasında əhatəli tərəfdaşlıq münasibətləri qurulub. Məqsədimiz bundan sonra da bu münasibətləri daha da dolğun etməkdir".