İKEA Fondu və Rokfeller Fondu inkişafda olan ölkələrdə yenilənmiş enerji mənbələri proqramının dəstəkləməsi üçün 1 milyard dollar dəyərində fond yaratmağı planlaşdırırlar.
Axar.az xəbər verir ki, bu məlumatı “Röyters” agentliyi yayıb. Hər fondun ümumi fond üçün yarım milyard dollar təqdim edəcəyi bildirilib.
Üstəlik, onların cari ildə beynəlxalq inkişaf agentliklərdən, institusional investorlardan 10 milyard dollar əlavə vəsait cəlb edəcəklərinə ümid etdikləri vurğulanıb.
Fondun xüsusilə Hindistan, Nigeriya və Efiopiya üçün çalışacağı qeyd edilib.